Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə3/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
10
TABLE OF CONTENTS
INTRODUCTION............................................................... 23
Chapter I. Concept and components of crimes against 
humanity in international law
1.1. The emergence and development of the concept of '
Crimes against humanity' .......................................................29
1.2. Component elements of the crimes against humanity ....47
1.3. Distinctive features of crimes against humanity from  
other  similar international crimes .........................................70
Chapter II. Types of crimes against humanity
2.1. Crimes against life and health of people ...................134
2.1.1. Murder  .......................................................................134
2.1.2. Extermination  ............................................................138
2.1.3. Torture  .......................................................................143
2.1.4. Other inhuman acts of a similar nature, consisting  
in the deliberate infliction  of severe suffering or serious  
bodily harm or serious damage to mental  or physical  
health ....................................................................................152
2.2. Crimes against the freedom of people .......................154
2.2.1. Enslavement orbringing to the state of a slave  .........154
2.2.2. Forced disappearances ...............................................163
2.2.3. Deportation  ...............................................................166
2.2.4. Deprivation of physical freedom in violation of the 
fundamental norms of international law ............................. 178


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
11
2.3. Crimes related to the right of people not to be  
exposed to  discrimination  ................................................180
2.3.1. Apartheid  ...................................................................180
2.3.2. Persecution on political, racial, national, 
ethnic or religious grounds ...................................................185
2.4. Crimes against sexual inviolability and sexual  
freedom ...............................................................................191
2.4.1.Rape ............................................................................191
2.4.2.Forced pregnancy ........................................................194
2.4.3.Forced sterilization ......................................................196
2.4.4.Sexual violence ...........................................................197
2.4.5.Forced to prostitution ..................................................198
Chapter III. The implementation of the international 
legal norms providing for responsibility for crimes 
against humanity, in the Criminal Code of the Republic of 
Azerbaijan
3.1. General issues of the implementation of the  
international legal norms in the Criminal Code  
of the Republic of Azerbaijan ..............................................211
3.2.The provisions of the Criminal Code of the Republic of 
Azerbaijan providing for responsibility for crimes against 
humanity, and international law: comparative analysis.. 201
Appendix: The components, structure and jurisdiction of
the International Criminal Court. .........................................220
The Rome Statute of the International Criminal Court ........248
Bibliography ........................................................................386


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
12
GİRİŞ
B
eynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hü quq 
sistemlərindən fərqli olan və onlardan asılı olma-
yaraq mövcud fəaliyyət göstərən hüquq norma-
ları sistemidir. Beynəlxalq hüquq məhz dövlətlər arasındakı 
müxtəlif  xarakterli  münasibətləri  hüquqi  formaya  salmaq 
üçün  dövlətlərin  qarşılıqlı  razılığı  əsasında  yaradılmış  və 
beynəlxalq hüquq normaları formasında dövlətlərarası mü-
nasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə 
edir. Bu normalar beynəlxalq hüququn müxtəlif institutları 
çərçivəsində sistemləşdirilmiş formada həyata keçirilir. Bu 
institutlardan biri kimi, Beynəlxaq cinayət hüququna diqqət 
yetirmək maraqlı olardı. Məlumdur ki, Beynəlxalq cinayət 
hüququ  fiziki  şəxslərin  beynəlxalq  cinayət  məsuliyyətini 
müəyyən etməklə, dövlətlərin qanuni maraq və mənafeləri-
ni qoruyur. Beynəlxalq hüququn bu institutu özündə yalnız 
beynəlxalq cinayət hüquq normalarını ehtiva edir. 
Beynəlxalq cinayət hüququ beynəlxalq cinayətlərin qar-
şısının alınması və ona qarşı mübarizənin gücləndirilməsin-
də mühüm rola malikdir. Beynəlxalaq cinayət hüququ çərçi-
vəsində beynəlxalq cinayətlərə qarşı ciddi mübarizə aparılsa 
da,  sivilizasiyaların  inkişafı,  dövlətlərarası  münasibətlərin 
və informasiya mübadiləsinin genişlənməsi ilə paralel ola-
raq müxtəlif növ beynəlxalq cinayətlərin də dairəsi geniş-
lənmiş və dövlətlərin maraq və mənafelərinə zərər vurmaqla 
müasir  dünyada  real  təhlükəyə  çevrilmişdir.  Xarak terinə, 
təhlükəlilik dərəcəsinə və doğurduğu neqativ nəticələrə görə 
bir və ya bir neçə dövlətin deyil, bütün bə şəriy yətin həyati 
ma raqlarına toxunan əməllərin qarşısını almaq və bu əməl-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
13
lərlə səmərəli mübarizənin aparılma sını təmin etmək üçün 
milli hüquq sistemləri kifayət etmir. Bu kimi əməllərin tər-
kib elementləri beynəlxalq ümumi hüquqla müəyyən  olunur 
və həmin əməlləri törətmiş şəxslərin cinayət məsuliy yətinin 
həyata  keçirilməsi  üçün  müvafiq  mexanizmlər  yaradılır. 
Müasir dövrdə bu istiqamətdə mühüm irəliləyiş olmuşdur. 
Yuqosla viya və Ruanda ad hoc
1
 beynəlxalq cinayət tribunal-
ları, Bey nəl xalq Cinayət Məhkəməsi (BCM), eləcə də ay-
rı-ayrı ölkələrdə (Kambocada, Syerre – Leonedə, Kosovo-
da, Livanda və s. ) “qa rışıq” və ya “beynəlmiləlləşdirilmiş” 
tribunallar, yəni tərkibində beynəlxalq hakimlər və (və ya) 
prokurorlar olan məhkəmə orqanları təsis edilmiş və fəaliy-
yətə başlamışdır. Bu məhkəmə və ya tribunalların hər birinin 
predmet yurisdiksi ya sına ən ağır beynəlxalq cinayətlər – ge-
nosid, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri 
aid edilmişdir. Bunların hər üçü müstəqil tərkibli beynəlxalq 
cinayətlərdir. Genosid və müharibə cinayətləri insanlıq əley-
hinə cinayətlərdən fərqli olaraq müxtəlif zamanlarda tədqiq 
olunmuş və bununla bağlı mühüm nəticələr əldə olunmuş-
dur. Bunlara nisbətən, insanlıq əleyhinə cinayətlər daha az 
tədqiq olunduğundan onun tədqiqi günümüz üçün olduqca 
aktualdır. 
İnsanlıq əleyhinə cinayətlər bir sıra xüsusiyyətlərə ma-
likdir. Beynəlxalq cinayətlərin bu növü: 
•  olduqca geniş tərkibə malikdir
•  həm  dinc  dövrdə,  həm  də  silahlı  münaqişə  zamanı 
törədilə  bilər; 
•  əvvəllər universal müqavilə əsasına malik olmamış, 
1
ad  hoc-konkret  tarixi  şəraitdə  və  konret  məkanda  baş  vermiş  hadisələri
araşdırmaq  və  ağır  cinayət  törətmiş  şəxsləri  mühakimə  etmək  məqsədilə
yaradılmış  beynəlxalq  cinayət  tribunalı


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə