Dərs vəsaitindən


Anketin işlənib hazırlanması prosesi



Yüklə 0,79 Mb.
səhifə39/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   140
marketinq-tedqiqatlar qaralama

Anketin işlənib hazırlanması prosesi

Anketin tərtib olunması prosesi aşağıdakı ardıcıl mərhələlərdən ibarətdir:



  • Tələb olunan informasiyanın müəyyənləşdirilməsi;

  • Anketin növünün və sorğunun apaniması metodunun müəyyənləşdirilməsi;

  • Konkret sualların məzmununun müəyyənləşdirilməsi;

  • Hər bir suala cavab formasının müəyyənləşdirilməsi;

  • Hər bir sualın formalaşdınlmasımn (qoyuluşunun) müəyyənləşdirilməsi;

  • Suallarm ardıcıllığının müəyyənləşdirilməsi;

  • Anketin qabaqcadan testləşdirilməsi və zəruri hallarda onun dəyişdirilməsi;

  • 1-7 mərhələlərinin yoxlanılması və zəruri hallarda onlara yenidən baxılması;

  • Anketin fiziki xarakteristikalarının müəyyənləşdirilməsi.

Birinci mərhələdə hansı informasiyanın əldə olunacağı dəqiqləşdirilir.

İstər kauzal, istərsə də təsviri tədqiqatlar tədqiqatçının tədqiqat mövzusuna dair kifayət qədər bilgisinin və tədqiqat mövzusu üzrə hipo- tezlərin irəli sürülməsi bacarığımn olmasını tələb edir. Tədqiqatçı tərəfindən irəli sürülmüş hipotezlər tərtib olunacaq anketin xarakterini müəyyən edir. Hipotezlərin irəli sürülməsi hansı informasiyalann əldə ediləcəyini, amillər arasında hansı qarşılıqlı əlaqələrin öyrəniləcəyini dəqiqləşdirir. Əgər tədqiqatçılar yığılacaq informasiyaların daxil edilməsi üçün cədvəl maketləri tərtib etmişlərsə, bu, o deməkdir ki, onlar tərəfindən yığılacaq informasiyalann xarakterinin müəyyənləşdirilməsi praktik olaraq başa çatmışdır. Sözügedən maketlər yığılacaq informasiyaların qeyd olunması məqsədilə tərtib olunmuş cədvəldir.

Tədqiqatçılar irəli sürülmüş hipotezləri yoxlanması üçün bilavasitə cədvəllərin maketlərində göstərilən dəyişənlər üzrə informasiyalan yığmalı və həmin informasiyaları ciddi insanlardan düzgün formada əldə etməlidirlər. Ona görə də, tamamilə aydındır ki, hipotezlər nəinki yığılacaq informasiyalan göstərir, eyni zamanda informasiyaların əldə edilməsi üçün müəyyənləşdiriləcək sualın tiplərini və həmin suallara cavab formalarım dəqiqləşdirməyə kömək edir.

Anketin forması tədqiqat layihəsinin tipindən asılıdır. Axtarış xarakterli tədqiqat layihəsinin işlənib hazırlanması zamanı başlıca diqqət baş verən hadisənin daxili məzmununun başa düşülməsinə və hadisələrin başa düşülməsi üçün ideyaların generasiyasına yönəldiyinə görə, sözügedən tədqiqat layihələrində çox az strukturlaşmış anketlərdən istifadə edilir. Bu tədqiqat layihələrində tətbiq olunan zəif strukturlaşmış anketlər müəssisə üçün qeyri-müəyyən olan hadisələrin məzmununun başa düşülməsi üçün informasiyalar əldə etməyə imkan verir. Axtanş xarakterli tədqiqat layihələrindən fərqli olaraq, kauzal və təsviri tədqiqat layihələrinin işlənib hazırlanması zamanı tətbiq olunan anketlər isə daha çox strukturlaşmış olurlar.

Tədqiqatçı yığılacaq informasiyanı dəqiqləşdirdikdən sonra, həmin informasiyanın necə yığılacağına aydınlıq gətirməlidir. Tətbiq olunacaq anketin növü və həyata keçiriləcək sorğu metodu haqqında qərarların qəbulu anketin işlənib hazırlanmasının ikinci mərhələsidir. Bu mərəhələdə qəbul edilən qərarlar anketlərin standartlaşdırılma dərəcələrinə və tətbiq edilən sorğu metodlanna - poçtla, telefonda və şəxsi söhbət əsasında aparılacaq sorğulara aid olur

Tədqiqatçı lərəfındən tədqiqatın aparılması üçün zəruri olan informasiyanın xarakterinin, sualların standartlaşdırılma dərəcəsinin, açıqlığının, anketləşdirmənin aparılma metodunun müəyyənləşdirilməsi konkret sual-




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə