Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə41/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   140
marketinq-tedqiqatlar qaralama

sualın formalaşdırılması zamanı sadə sözhrdən istifadə olunmalıdır: tədqiqatçıların əksəriyyəti tipik respondentlərlə müqayisədə daha yüksək təhsil səviyyəsinə malikdirlər, ona görə də, onlar, özlərinin vərdiş etdikləri və bildikləri sözlərdən istifadə edirlər. Lakin həmin sözlər respondentlər üçün anlaşılmaz ola bilir. Ona görə də tədqiqatçı suallan formalaşdıran zaman bir anlığa özünü respondentin yerinə qoymalı və sualın formalaşdırılması məqsədilə asan anlaşılan münasib sözlər seçməlidir.

  • sualın formalaşdırılması zamanı “şübhəli sözləridən aacmaa lazımdır: suallar və sözlər nəinki sadə olmalı, eyni zamanda onlar ikimənalı xarakter daşımamalıdır. Məsələn, aşağıdakı çoxvariantlı cavaba malik suala yenidən nəzər salaq:

    Siz gələcəkdə yenidən baxmaq üçün teleproqramları öz

    videomaqnitofonunuza tez-tezmi yazırsınız ?

    Cavablar: heç zaman; nadir hallarda; bəzən; tez-tez.

    İstənilən praktik məqsədlər üçün yuxarıda verilən sualın cavab- landınlması faydasız olacaqdır. Belə ki, “nadir hallarda” və “tez-tez” sözləri cavab kimi aydın olmayan sözlərdir. Məsələn, respondentin biri üçün “tez- tez” sözü, “demək olar ki, hər gün” mənasında nəzərdə tutula bilər. Başqa bir respondent üçün həmin söz “Bəli, mənim ona tələbatım olan kimi, yazıram” mənasını verə bilər. Bu, həftədə “bir dəfə olur”. “Nadir hallarda”


    124

    və “bəzən” sözləri də müxtəlif respondentlər tərəfindən müxtəlif cür başa düşülə və izah oluna bilər. Ona görə də, yuxarıdakı sualın nəzərdən keçirilən variantlar əsasında cavablandırılması teleproqramların yazılan üçün video- maqnitafonlardan istifadə tezliyi haqqında tam təsəvvür yaratmayacaqdır. Bunları nəzərə alaraq, respondentlər tərəfindən yuxarıda qoyulan sualın cavablandıniması variantları konkretləşdirilməlidir. Məsələn, daha konkret cavab variantlan kimi aşağıdakılar nəzərdə tutula bilər:



    Heç zaman yazmıram;

    Təqribən ayda hir dəfə yazıram; Təqribən həftədə bir dəfə yazıram; Demək olar ki, hər gün yazıram;

    Sualın ikimənalılığmdan qaçmağın başqa varaintı onun aşağıdakı şəkildə çevrilməsindən ibarət ola bilər:



    Siz son iki gündə hansısa teleproqramı videomaqnitofona yazmısmızmı ? Cavablar: bəli; yox; xatırlaya bilmirəm.

    Suala müsbət cavab verənlər videomaqnitofonlardan istifadə tezliyi haqqında müəyyən təsəvvür əldə etməyə imkan verirlər.

    Anketlərin tərtibi zamanı istiqamətləndirici suallardan qaçılmalıdır. İstiqamətləndirici suallar elə suallardır ki, onların formalaşdınimasmdan respondentlərin özləri həmin suallara necə cavab verməli olduqlarım aydın başa düşürlər. Məsələn, respondentə aşağıdakı şəkildə sualın verilməsi istiqamətləndirici suallara aid edilir:

    Sizə elə gəlmirmi, qanunvericilik yolu ilə vergilərin məhdudlaş- dırılması Sizin gəlirlərinizin artırılması baxımından səmərəli vasitədir ?

    Bəli; vox: cavab verməkdə çətinlik çəkirəm

    Bu və ya digər sualın düzgün formalaşdıniması arqumentləşdiril- məli-suallar arqumentlər əsasında müəyyən edilməlidir. Tədqiqatçılar və menecerlər üçün mühüm məqam ondan ibarətdir ki, sualın son varaintda formalaşdırılması respondentlər tərəfindən verilən cavablara təsir göstərəcəkdir. Ona görə də, marketinq fəaliyyəti ilə bağlı hadisə və proseslərin gedişinə dair düzgün məlumat əldə etmək üçün respondentlərə istiqamətləndirici suallar verilməməlidir.

    Anketlərin tərtibi zamanı gizli alternativlərdən qaçmaq lazımdır. Sualın tərkibində bilavasitə ifadə olunmayan alternativə gizli alternativ deyilir. Tədqiqatların birində tədqiqatçılar işləməyən qadmlann evdənkənar işlərə dair fikirlərini öyrənmişlər. Onlar təsadüfi yolla seçilmiş qadınlara aşağıdakı iki sualı vermişlər:

    Əgər mümlıün olsaydı Siz işləyərdinizmi ? Siz işləməyi, yoxsa ev işlərini görməyi üstün tutursunuz ?

    Verilən suallann oxşar olmasına baxmayaraq, onlara verilən cavablar

    biri-birindən kəskin fərqlənmişdir. Birinci versiyada evdar qadmlann 19 %-i

    işləmək istəmədil^ərini bildirmişlər. İkinci variantda isə qadmlann 68 %-i- təqribən üç dəfə yarım çox hansısa işə malik olmaq istəmədiklərini bildirmişlər. Yuxarıda verilən iki sual arasında fərq ondan ibarətdir ki, ikinci variant aşkar alternativin olduğu variant kimi özünü büruzə verdiyi halda, birinci sualda belə alternativin mövcudluğunu yalnız zənn etmək olur. Ona görə də ikinci variantda verilən sual birinci variantda verilən sualla müqayisədə daha yaxşıdır. Anketlərin tərtibi zamam ümumi qaydalardan biri ondan ibarətdir ki, əgər xüsusi bir səbəb yoxdursa, gizli alternativlərdən həmişə yaxa qurtarmaq lazımdır.

    - anketlərin tərtibi zamanı 2İzli 2ümanlardan aacmaa lazımdır: çox zaman

    suallar elə formalaşdırılır ki, gələcəkdə nə baş verəcəyi haqqında gizli gümanlar baş qaldırır. Belə sualların verilməsi zamanı, müxtəlif insanlar həmin suallara müxtəlif cür cavab verirlər. Məsələn, “Siz xam neftin qiyməihrinə nəzarətin müəyyənləşdirilməsini bəyənirsinizmi” ? sualı bu hadisənin nəticəsinin nə olacağı haqqında heç nə demir. Ona görə də verilmiş bu suala ayn-ayrı respondentlər müxtəlif cür cavab verə bilərlər. Respondentlər sualı müxtəlif cür qavramaqla (məsələn, onlar qiymətlərə nəzarətin aşağı qiymət səviyyələrinin formalaşmasına, yanacaqdan qənaətlə istifadəyə, uzun növbələrə gətirib çıxaracağını düşünə bilərlər) müxtəlif cavablar verə bilərlər. Ona görə də belə suallar verilən zaman, hadisənin mümkün nəticəsinin sualın özündə işarə olunması lazımdır.




    Yüklə 0,79 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   37   38   39   40   41   42   43   44   ...   140




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə