Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə40/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   140
marketinq-tedqiqatlar qaralama

122


lann məzmununa dair qərarlara aydınlıq gətirilməsini təmin edir. Bu, anketlərin işlənib hazırlanmasının üçüncü mərhələsidir.

Hər bir konkret sualın məzmunu dəqiqləşdirildikdən sonra həmin suala cavabın forması müəyyən edilməlidir. Tədqiqatçı verilən suala respondentin necə cavab verəcəyini, daha doğrusu, onun hansı cavab formasından istifadə edəcəyini dəqiqləşdirməlidir. Respondentin verilən suala cavabı aşağıdakı formalarda ola bilər: ixtiyarı varaintlı cavaba malik suallar; məhdud sayda cavablara malik olan suallar; iki cavab variantına malik sual; bu və ya digər şkaladan istifadə olunmaqla sualın cavablandmiması.

İxtiyari sayda cavablara malik suallara respondent öz sözləri ilə cavab verir. Bu tip suallar, adətən anketin əvvəlində istifadə edilir. Bu, onunla əlaqədardır ki, anketin əvvəlində ümumi xarakterli suallann verilməsi respondentlə müsahibəçinin qarşılıqlı əməkdaşlığını təmin edir və ondan qalan suallara cavab alınmasına imkan yaradır. Ona görə də anketin tərtibi zamam ən yaxşı variant ümumi suallardan konkret suallara keçid hesab edilir.

Respondentin suallan azad şəkildə cavablandırması, daha doğrusu, respondentə sərbəst cavablı sualların verilməsi ondan əlavə informasiyaların alınması nıəqsədilə tez-tez istifadə edilir.

Respondentə qeyd olunmuş sayda cavaba malik sual verildikdə, o, həmin cavablardan birini verilən sualı cavablandırmaq məqsədilə seçir. Çox varaintlı cavaba malik suallara nümunə olaraq tələbələrin ali məktəbdə test üsulu ilə imtahan vermələri zamam onlara verilən suallan göstərmək olar.

Çoxvariantlı cavaba malik sualdan fərqli olaraq, dixotomik sualın qoyuluşu zamam respondent yalnız iki mümkün cavabdan birini ona ünvanlanmış sualın cavabı kimi seçir.

Dixotomik suallara misal olaraq aşağıdakı şəkildə müəyyənləşdirilmiş suallan göstərmək olar:

Siz, nəqliyyat vasitələrinin sərnişinlərindən qanunvericilikdə müəyyənləşdirilmiş qaydada təhlükəsizlik kəmərlərinin bağlamalanm tələb etməyi lazım bilirsinizmi ?

bəli yox

Siz bu il avtomobil almağı planlaşdırırsımzmı ? bəli yox

Dixotomik sual çoxvariantlı cavaba malik suala və əksinə çoxva- riantlı

cavaba malik sual dixotomik suala çevrilə bilər.

Qeyd olumnuş sayda cavaba malik sual tiplərindən biri, cavabın göstərilməsi məqsədilə şkalalardan istifadə edilməsini özündə ehtiva edən sualdır. Məsələn, videomaqnitofonlardan istifadə haqqında sorğulann keçirilməsi zamanı respondentə aşağıdakı şəkildə sual verilə bilər:

Siz, teleproqramlan təkrar baxış üçün videomaqnitofona tez-tezmi yazırsınız ?




123

Verilən suala şkaladan istifadə etməklə cavablar kimi aşağıdakılar nəzərdə tutula bilər:




Heç zaman

Nadir hallarda

Bəzən

Tez-

tez

Anketlərin işlənib hazırlanmasının beşinci mərhələsində hər bir sualın qoyuluşu müəyyənləşdirilir. Bu, elə də asan məsələ deyil. Belə ki, respondentlərin sorğuda iştirak etmələrinə razılıq vermələrinə baxmayaraq, düzgün formalaşdırılmayan sual, onlar tərəfindən sualların cavablandırmalanndan imtinaya gətirib çıxara bilər. Sualın yaxşı formalaşdırılmaması respondentləri suala konkret olmayan cavab verməyə gətirib çıxara bilər. Bunu respondentlər bilərəkdən və yaxud verilən sualı başa düşməmək səbəbindən edə bilər.

Təcrübəli tədqiqatçıların qənaətinə görə sualın formalaşdınİması həmin suala verilən cavaba çox təsir edir. Lakin təəssüflə demək lazımdır ki, verilən suala konkret, təhrif olunmayan cavabın alınması məqsədilə hansı prinsiplərə riayət olunması haqqında fikirlərə marketinqə dair ədəbi)o^at- larda çox az rast gəlinir. Müvafiq ədəbiyyatlarda sualın formalaşdınimasına dair ümumi xarakterli tövsiyələrlə kifayətlənirlər. Tədqiqatçılann həmin tövsiyələr haqqında məlumatlandırılması apanlan tədqiqatın dəqiqliyini daha da artırmağa imkan verə bilər. Həmin tövsiyələrdən bəzilərinə baxaq:


1   ...   36   37   38   39   40   41   42   43   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə