Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə111/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   140
marketinq-tedqiqatlar qaralama

İstehsal güchrinin artıqlığı va məhsulun yetərli səviyyədə olmayan diferensiasiyası ilə şərtlənən' qiymətlərin səviyyəsinin azalması. Bazarda məhsulların satışının artımı yavaşıyan və yaxud mənfi qiymət alan kimi optimist ssenariyə hesablanan istehsal gücləri qədərindən artıq olur. Bundan başqa, sahənin təkamülünün nəticəsi kimi çox zaman rəqiblər tərəfindən istehsal edilən analoji məhsulların təkmilləşdirilməsi çıxış edir ki, bu da məhsullarm bundan sonra diferensiasını çətinləşdirir.

  • İstehlakçıların informasiyalandırılması və ‘'aldadılması ”. Həyat dövranının yetkinlik mərhələsinə daxil olan məhsullar haqqında müştərilər daha çox informasiyalandırılmış olur. Bu məqamda müştərilər məşhur ticarət markası ilə müdafiə olunan və yüksək qiymətə təklif olunan əmtəələrin alınmasına az meylli olurlar.

  • Əmtəələr ~ həm də texnologiyalar - əvəzedicilər. Bu və ya digər əmtəənin əvəzedicisi bazara təklif edilən kimi əvvəlki əmtəənin bazarı tənəzzülə uğrayır.

  • Bazarın doyması. Məhsulların ilkin seçimini edən potensial müştərilərin sayının azalması bazann yetkinlik mərhələsinə daxil olmasının və yaxud tənəzzülə uğramasımn göstəricisidir.

  • Artım imkanlarının mövcud olmaması. Əgər əmtəənin yeni istifadəçiləri, yeni istehlak üsulları və yaxud növləri yoxdursa, onda bazar doymuş hesab olunur.

  • Müştərilər tərəfindən marağın olmaması. Müştərilərin bazara təklif olunan yeni əmtəələrə maraq göstərməmələri bazann doymasının və ya tənəzzül mərhələsində olmasının göstəricisidir.

    Bazann mənfəətUliyinin təhlilL İqtisadçıları həmişə nəyə görə bu və ya digər istehsal sahəsinin və yaxud bazarın məfəətli olması, başqa istehsal sahəsinin və yaxud bazann isə mənfəətli olmaması düşündürmüşdür. Bu suala cavabın tapılması dəyərli tədqiqatlarm meydana çıxmasına səbəb olmuşdur. Bu sahədə ən dəyərli tədqiqatın müəlliflərindən biri Amerika iqtisadçısı Maykl Porterdir. Ona görə bu və ya digər sahənin, yaxud bazarın cəlbediciliyini (və yaxud cəlbedici olmamasını) beş amilin və yaxud qüv

    vənin təsiri şərtləndirir. Onlara aşağıdakılar aiddir: bazarda fəaliyyət göstərən (mövcud) müəssisələr; alıcıların bazar mövqeyi; malgöndərənlərin bazar mövqeyi; əvəzedici əmtəələri bazara təklif edən müəssisələrin mey- danaçıxma təhlükəsi; bazara yeni iştirakçıların daxilolma təhlükəsi. Bu və ya digər sahənin və yaxud bazarm cəlbediciliyinə təsir göstərən sadalanan amillər əvvəlki mövzuda ətraflı nəzərdən keçirilmişdir.



    Məsrəflərin strukturu. Bazarda fəaliyyət göstərmək üçün tələb olunan məsrəflərin strukturu haqqında bilgilərə malikolma həmin bazar üzrə müəssisənin müvəffəqiyyətli fəaliyyətinə təsir edən amilləri müəyyənləşdirməyə imkan verir. Müəssisənin bazarda müvəffəqqiyyətinin əsas amillərini müəyyənləşdirmək üçün isə, istehlakçılar üçün dəyərin yaradılması zəncirinin təhlilinə ehtiyac yaranır. Bu təhlilin aparılması zamam dəyərin yaradılması prosesinin ayrı-ayrı mərhələlərində tələb olunan xərcləri müəyyənləşdirmək və daha çox xərc tələb olunan mərhələdə xərclərin səviyyəsinin optimallaşdınimasma nail olmaqla, rəqabət üstünlüyü əldə etmək və müəssisənin bazar mövqeyini möhkəmləndirmək olur. Məsələn, metal konteyner istehsalında nəqliyyat xərcləri nisbətən yüksək olduğuna görə, sözügedən məhsulun istehsal prosesini bilavasitə müştərilərin yaxınlığında yerləşdirilməsinə nail olan rəqib müəssisə məsrəflər üzrə üstünlük əldə etmiş olur.

    Bəzən əlavə edilmiş dəyərin əsas kütləsinin yaradıldığı mərhələdə məsrəflər

    üzrə üstünlüyün əldə edilməsi mümkün olmur. Belə ki, bəzi növ xammallar (məsələn, çörəkbişirmə müəssisələri üçün un) istehsalçının əsas məsrəfləri rolunu oynayırsa və həmin xammallar münasib qiymətə satılırsa, onda, məsrəf amilinə müəssisəyə rəqabət mübarizəsində müvəffəqqiyyət gətirən amil kimi baxmaq doğru deyil. Bununla belə, dəyərin yaradılması zəncirində hazır məhsulun istehsalına çəkilən xərclərin mərhələlər üzrə müəyyənləşdirilməsi və daha çox xərc tələb edən mərhələlərdə xərclərin azIdılması üzrə tədbirlərin işlənib hazırlanması çox vacibdir. Bazann öyrənilməsi zamanı məsrəflərin strukturunun təhlil olunmasına başqa yanaşma təcrübə əyrisi üzrə effektə nail olmanın mümkünlüyünü müəyyənləşdirməkdən ibarətdir. Konkret biznes üzrə kompaniya təcrübənin artırılması sayəsində məsrəflər Ü23*ə dayeımqlı üstünlüyə nail ola bilərmi ? Təcrübənin artırılması sayəsində azaldılması mümkün olan sabit xərc maddələri vardırmı? və s. kimi suallara cavab tapılması biznesdə təcrübənin artıniması

    sayəsində effektin əldə edilib-edilməyəcəyini dəqiqləşdirməyə imkan verir.




    Yüklə 0,79 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   107   108   109   110   111   112   113   114   ...   140




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə