Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə114/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   140
marketinq-tedqiqatlar qaralama

Q = n x q x p ,

burada: n - konkret bazarda konkret əmtəə alıcılarının sayıdır;



q - tədqiq olunan dövr ərzində alıcının əldə etdiyi məhsulların sayıdır; p - əmtəənin orta qiymətidir.

Konkret əmtəələrə tələbin kəmiyyətini müəyyənləşdirərkən yuxarıda

göstərilən düsturda əlavə amillərin nəzərə alınmasına ehtiyac yaranır. Məsələn, marketinq tədqiqatları vasitəsilə uzunmüddətli dövrdə istifadə olunan əmtəələrə tələbin kəmiyyətinin müəyyənləşdirilməsi zamam həmin əmtəələrin dəyişdirilməsinə olan tələb nəzərə alınmalıdır. Bunun üçün aşağıdakı məlumatlar əldə olunmalıdır: tədqiq olunan əmtəənin istehlakçılarda olan miqdarı (mövcud əmtəə parkı); əmtəələrin xidmət müddəti; əmtəələrin dəyişdirilməsi tempi; əmtəələri əvəz edən başqa əmtəələrin bazara təklif olunması (yeni alternativ əmtəələrin meydana gəlməsi).

Uzunmüddətli istifadə əmtəələrinin dəyişdirilməsinə olan tələb həmin əmtəələrin parkının ölçüsü və xidmət müddəti ilə düz mütənasibdir. Çox zaman əmtəələrin dəyişdirilməsi tempi ilə xidmət müddətinin azalması tempi üst-üstə düşmür. Belə ki, əmtəələr həm də ona görə köhnəlir ki, onlar dəbdən düşür və yaxud onların texniki-iqtisadi göstəriciləri istifadəçini qane etmir.

Bazar tələbini qiymətləndirmək üçün bəzi məlumatları (məsələn, əmtəələrin mövcud parkına və həmin əmtəələrin nə qədər istifadədə olmalarına dair məlumatları) əvvəlki dövrlərdə satılmış əmtəələrin həcmini təhlil etməklə əldə etmək mümkündür. İstifadədə olan əmtəələrin nə qədər istifadədə olduqlarını dəqiqləşdirmək üçün seçmə metoduna əsaslanmaqla “müayinələr” də aparmaq mümkündür. İstifadə müddəti bitməyən, lakin dəyişdirilməsinə ehtiyac olan əmtəələrə bazar tələbini dəqiqləşdirərkən həmin əmtəələrin dəyişdirilməsinin səbəbləri də öyrənilməlidir. Bu səbəbləri öyrənmədən nə qədər əmtəənin dəyişdirilməsinə ehtiyacın olduğunu müəyyənləşdirmək çox çətindir. Bu, inkişaf etmiş ölkələr üzrə özünü daha qabarıq göstərir. Həmin ölkələrdə əmtəələrə tələbin xeyli hissəsini öz istifadə müddətini tam başa vurmayan, lakin bu və ya digər səbəbdən yeniləri ilə əvəzlənməyə ehtiyac olan əmtəələr təşkil edir. Belə şəraitdə bütövlükdə bazar üzrə konkret əmtəəyə olan tələbin kəmiyyətini qiymət

ləndirmək üçün həmin əmtəənin dəyişdirilməsinin səbəbləri öyrənilməli və öz əmtəələrini dəyişdirmək istəyənlərin sayı, dəqiqləşdirilməlidir.

İstər istehsal-texniki təyinatlı məhsullara, istərsə də istehlak təyinatlı məhsullara tələbin kəmiyyətinin hesablanması zamanı tətbiq olunan metodlar və tələb olunan məlumatlar, demək olar ki, eynidir. Bununla belə, istehsal-texniki (sənaye) təyinatlı əmtəələrə tələbin qiymətləndirilməsi za- mam bəzi müxtəlifliklər də özünü göstərə bilər.

^ Bu və ya digər məhsula və məhsullar qrupuna cari bazar tələbini öyrənmək və qiymətləndirmək üçün normativ metodlardan da istifadə edilə bilər. Normativ metodlara əsaslanmaqla konkret növ markaya və ya əmtəəyə tələbin kəmiyyətini dəqiqləşdirmək olur, lakin bu və ya digər əmtəələr qrupu üzrə və həmin əmtəələrin sayı haqqmda məlumatlar olmadıqda çətinliklər meydana çıxır.



Tələbin daha dərindən təhlili və qiymətləndirilməsi satışın həcminə təsir göstərən amilləri dəqiqləşdirməyi, onlann təsir dərəcəsinin müəyyən- ləşdirilməsini tələb edir. Sözügedən amillərə qiymətlərin səviyyəsi, əhalinin gəlirləri və gəlirlərin bölüşdürülməsinin xarakteri, istehlakm strukturu, məhsulların bazara “irəlilədilməsi” metodları və s. aiddir. Sadalanan amillərin tələbin həcminə təsirini dəqiqləşdirməkdən ötrü statistik metodlardan geniş istifadə edilir.

  • Qeyd etdiyimiz kimi, bazarın öyrənilməsi zamam bu və ya digər əmtəəyə cari tələbi müəyyənləşdirməkdən ötrü seçmə metodundan da istifadə edilə bilər. Əgər əvvəllər bazarda hazırda təklif olunan məhsul olmamışdırsa, onda bu məhsulun gələcəkdə nə qədər satıla biləcəyini müəyyənləşdirilməsi zamam çətinlik meydana çıxır. Bu çətinliyi həll etməkdən ötrü seçmə metodundan istifadə edilir. Belə ki, konkret ərazidə bazarın tutumunu müəyyənləşdirməkdən ötrü həmin ərazidə seçmə məcmuu üzrə orta istehlak göstəricisini müəyyənləşdirirlər, sonra isə həmin göstəricini mümkün ola biləcək xəta nəzərə alınmaqla baş məcmuya şamil edirlər. Bundan sonra alınnuş orta kəmiyyəti göstəricisini konkret ərazidə yaşayan əhalinin sayma vurmaqla bazann həmin ərazi üzrə tutumunu və yaxud konkret əmtəəyə cari tələbin kəmiyyətini müəyyən edirlər. Fikrimizi nümunə əsasında izah edək. Fərz edək ki, seçmə məcmuu üzrə istehlak olunan yo- qurtun miqdarı aşağıdakı cədvəldə göstərildiyi kimi olmuşdur.



Yoqurt istehlakı, kq

Seçmə məcmuda adamlann sayı

0.1

37

0.2

24

0.3

21

0.5

26

0.7

12

Yekun

120

Baxılan halda rayon üzrə yoqurt istehlakının orta göstəricisi orta çəkili (çəki kimi adamların sayı götürülür) kəmiyyətin düsturundan istifadə etməklə hesablanır:

Sx,/, _ 0.1 37 + 0,2 24+ - + 0.7 12

x = -


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə