Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə115/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   140
marketinq-tedqiqatlar qaralama

E/, 120

= 0.3016.



Seçmə məcmuu üzrə dispersiyanı hesablayaq:

(0.1 -0.302)^ X37 + ••• + (0.7 -0.302)^ X12



S =
120

= 0.03899.


Seçmə müşahidəsi təkrarlanmam nəzərdə tutmadığına (hər bir se- çilmiş vahid geri qaytarılmadığına görə, ayrı-ayn vahidlərin seçmə məc- muya düşmə ehtimalı həmişə dəyişir) görə, seçmə məcmular üzrə orta kə- miyyətlərin baş məcmunun orta kəmiyyətindən orta kvadratik xətası təkrar olunmamanı nəzərə alan düstur əsasında hesablamr. Daha doğrusu:

^ _ jcr^ ^N~n^

n N-\

burada: cr^ - əlamətin baş məcmuu üzrə dispersiyasıdır;



N - baş məcmunun həcmidir; n -

seçmə məcmunun həcmidir.

Seçmə məcmunun həcmi kifayət qədər böyük (>100) olduğuna görə yuxandakı düsturda baş məcmunun dispersiyasını (cr^) seçmə məcmuu üzrə dispersiya ( 5^) ilə əvəz etmək olar.

S, = 10.038991'IOOOOO-120 = 0.01801.

120 V 99999

Əgər etibarlılıq əmsalı z=1.96 (etibarlılıq ehtimalı F=0.95) götürü- lərsə, onda xətamn kəmiyyəti:

= z x S ^ =1.96 • 0.01801 = 0.0353 kq olacaqdır. Xətanı nəzərə alsaq, ərazi üzrə orta yoqurt istehlakı //: 3c - Ä ^ < // < 3c + A ^ intervalmda olacaqdır.

Əgər orta istehlak göstəricisi üzrə etibarlı intervalm hər bir sərhəddini

; rayonunda olan əhalinin sayma vursaq, onda həmin rayon üzrə

konkret məhsul bazarının tutumunun etibarlı intervalınm sərhədlərini alarıq. Yəni:


N ( x - A ^ ) < T < ( x + A J N .

Baxılan halda: 0.3016-0.0353

  1. 2663 < 0.3369. Əgər rayon əhalisinin sayı = 100 min nəfər olarsa, onda həmin ərazi üzrə yoqurt bazannm tutumu və yaxud yoqurta olan cari tələb 26630< T < 33690kq intervalmda olacaqdır.

Bazar tələbi öyrənildikdən və qiymətləndirildikdən sonra müəssisə həmin

tələbi ödəmək iqtidarında olub-olmadığım dəqiqləşdirməlidir. Bunun üqün müəssisə özü üçün perspektiv bazan müəyyənləşdirməlidir. Müəssisə üçün perspektiv bazarlar o bazarlar hesab olunur ki, həmin bazarlann cəlbedicilik səviyyəsi, eyni zamanda onlara müəssisənin əlyetərliliyi yüksək olsun. Qeyd olunan parametrlər nəzərə alınmaqla bazarların mövqeləş- dirilməsi xəritəsi tərtib olunur və hər iki parametrin yüksək qiymətləndirildiyi bazarlar müəssisəyə mənfəət gətirə biləcək bazarlar hesab olunur.

Müəssisənin bazara əlyetərliliyi aşağıdakı göstəricilərdən istifadə olunmaqla müəyyənləşdirilir:


    • rəqabət mühiti;

    • infrastrukturun (ticarət, nəqliyyat və s.) inkişaf səviyyəsi;

    • əmtəə “ötürücü” kanallara əlyetərlilik;

    • pərakəndə ticarətdə mövcud olan əmtəələr və onlarm çeşidi və s.

Bazarın cəlbediciliyni aşağıdakı göstəricilərdən istifadə etməklə qiymətləndirmək olar:

4 qiymətlərin səviyyəsi;

4 potensial tərəfdaşlann etibarlılığı;

4 regionda olan əhalinin həyat səviyyəsi;

4 yerli hökumət orqanlan tərəfindən regionlarda olan əmtəə isteh- salçılarınm stimullaşdırılması;

4 satışın mümkün ola biləcək (proqnozlaşdırılan) həcmi və s.

Yalnız bazarın cəlbedicilik səviyyəsinin yüksək olması hələ həmin bazardan müəssisənin mənfəət əldə etməsi demək deyil. Məsələn, Azərbay- camn meyvə və tərəvəz məhsullan bazarının kifayət qədər cəlbedici olmasına baxmayaraq, bəzi bölgələrdə fəaliyyət göstərən sözügedən məhsulların istehsalçıları özləri üçün əlverişli olan ölkə bazarlarına (iri şəhərlərin bazarlarına) çıxa bilmir. Bunun da başlıca səbəbi satış infrastrukturunun zəif inkişaf etməsi və məhsulların bazara çatdırılması yolunda meydana çıxan çətinliklərdir. Bu çətinliklər istehsalçıların öz məhsullanm bazarda qalıb reallaşdırmağa imkan vermir. Nəticədə məhsullar yerlərdə xarab olur və xarici istehsalçılann ölkə bazarlarına ekspansiyası daha da güclənir. Məsələn, apanlan tədqiqatlar göstərir ki, ölkəmizdə əhalinin tələbatına yetərli səviyyədə meyvə və tərəvəz məhsullarınin istehsalnm və həmin məhsulların istehsalı üçün kifayət qədər potensial imkanların olmasına baxmayaraq, son illər sadalanan məhsullar üzrə ölkənin idxaldan asılılıq göstəricisinin səviyyəsi daha da pisləşmişdir. Belə ki, 2007-ci ildə bütün növ tərəvəz üzrə

idxaldan asılılıq göstəricisi 5.5 % təşkil etdiyi halda, həmin göstəricinin səviyyəsi 2011-ci ildə 9.5 %-ə bərabər olmuşdur. Həmin dövr ərzində meyvə və giləmeyvə üzrə idxaldan asılılıq səviyyəsi 7.7 %-dən 12.3%-ə, üzüm üzrə idxaldan asılılıq göstəricisi isə 6.4 %-dən 10.2 %-ə qədər yüksəlmişdir. Sadalanan məhsullar bazarında müşahidə olunan neqativ meyillərin qarşısının alınması və əhalinin təminatınm idxaldan asılılığının güclənməsinə yol verilməməsi istehsalçıların bazara əlyetərlilik səviyyəsinin yüksəldilməsi əsasında mümkündür.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə