Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə123/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   140
marketinq-tedqiqatlar qaralama

(Ö2+a):2

  • 100,


burada: LQ - tələbin faizlə ifadə olunmuş dəyişməsi; ö, - tələbin kəmiyyətinin əvvəlki qiyməti;

Q2 - tələbin kəmiyyətinin sonrakı qiyməti.

Analoji yanaşmam qiymətin faizlə ifadə olunmuş dəyişməsini hesab- lamaq üçün də istifadə etmək olar:



P -P

A? = ----- 2^ 100,

(P,+P,)/2

burada: AP - qiymətin faizlə ifadə olunmuş dəyişməsi;

P, - dəyişmədən öncəki qiymət;

P2 - dəyişmədən sonrakı qiymət.

Yuxarıdakı ifadələri nəzərə almaqla, tələbin qiymət elastikliyini he-

sablamaqdan ötrü aşağıdakı düsturdan istifadə etmək olar:

* _Ag (a-a)/(g2+a)

^ AP (P2-p,)/(P2+p,) ■


Əgər, yuxarıda göstərdiyimiz nümunədə Q^ =100 kq, Q2 =70 kq,

P, =2.4 manat, P, =2.8 manat qəbul etsək, onda:



= (70-100)/(70+ 100)

(2.8-2.4)/(2.8+ 2.4)

= -2.28.


Göründüyü kimi, tələbin qiymət elastikliyi ~ 2,28-ə bərabərdir.

Praktikada « - » işarəsinə fikir verilmir. « - » işarəsi onu göstərir ki, qiymətin dəyişməsinə uyğun olaraq məhsula tələb əks istiqamətdə dəyişir. Baxılan halda qiymətin 1% dəyişməsinə tələbin 2,8 % dəyişməsi uyğun gəlir və yaxud başqa sözlə, qiymətin 1% yüksəlişinə müvafiq olaraq tələbin kəmiyyəti 2,8 % azalır.



Qeyd edək ki, eyni tələb əyrisi üzərində tələbin elastikliyinin həm yüksək (£^>1), həm aşağı olduğu < 1) hallarına uyğun intervallar

mövcud ola bilir. Ona görə də, təcrübədə konkret bazarda konkret əmtəəyə qiymətin

real dəyişkənliyi özünü göstərən zaman qiymət elastikliyi əmsa- lınm kifayət qədər dar intervalda hesablanması məqsədəmüvafiqdir.

Tələbin qiymət elastikliyinin hesablanmasımn mürəkkəbliyi həm də on\m dinamikliyi ilə bağlıdır. Belə ki, bu əmsalın qiyməti müxtəlif amillərin təsiri nəticəsində sürətlə dəyişir. Məsələn, mağazaya yaxın yerdə yeni analoji məhsul satan rəqib mağazanın açılması və yaxud mağazada satılan məhsullann çeşidinə yaxşı əvəzedici əmtəənin daxil edilməsi tələbin qiymət elastikliyinin yüksəlişinə gətirib çıxanr.

Aydmdır ki, ölkənin ayn-ayn regionlarında bu və ya digər məhsula tələbin qiymət elastikliyi müxtəlif qiymətlər ola bilər. Bununla yanaşı onu da qeyd edək ki, tələbin qiymət elastikliyi zamanla bağlıdır və iqtisadi situasiyanın dəyişməsindən asılı olaraq sürətlə dəyişir.

Mütəxəssislər tələbin qiymət elastikliyinin təqribən 25 % dəqiqliklə müəyyəhləşdirilməsinin mümkün olmasım vurğulayırlar. Fikrimizcə, bu qədər genişlikdə xəta qiymətəmələgəlməsinin praktik məsələlərinin həlli baxımdan yol verilməzdir və belə təqribiliyə əsaslanmaqla qərar qəbul etmək arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Ona görə də praktikada elas- tiklik əmsalına əsaslanmaqla, məhsullara əlverişli qiymətlərin müəyyənləşdirilməsi çox çətin olur.

Göründüyü kimi, tələbin qiymət elastikliyinin hesablamiması kifayət qədər mürəkkəb məsələdir, lakin, buna baxmayaraq, satış şöbəsinin işçiləri qiymət elastikliyini yaxşı hiss etməli və hesablamağı bacarmalıdırlar. Onlar tələbin qiymət elastikliyini bu və ya digər dərəcədə dəqiqliklə təyin etməklə, əmtəənin qiymətinin yüksəldilməsinin və yaxud azaldılmasımn məqsədə- müvafiq olub-olmadığını əsaslandırmağı bacarmalıdırlar.

Tələbin qiymət elastikliyinin öyrənilməsi məhsullarm qiymətlərinin müəyyənləşdirilməsinə dair qərar qəbulu və firmanın qiymət siyasətinin işlənib hazırlanması baxımından çox vacibdir. Qiymət elastikliyinin öyrənilməsi həm də əmtəəyə optimal qiymət səviyyəsini müəyyən etməyə imkan verir. Əmtəəyə qiymət nə qədər az elaslikdirsə, mənfəəti maksimumlaşdır- mağa imkan verən optimal qiymət də bir o qədər yuxarıdır. Əgər elastiklik məlumdursa, onda optimal qiyməti aşağıdakı düsturla hesablamaq olur [26, s. 621]:





əlavə.


başqa sözlə:

optimal qiymət = Məhsul vahidinə çəkilən dəyişən xərclər x Xərclərə



Burada:

Xərclərə əlavə = Qiymət elastikliyi / (Qiymət elastikliyi +1 ).

Elastikliyinin mütləq qiyməti nə qədər aşağıdırsa (elastiklik vahidə nə qədər yaxındırsa) xərclərə əlavə də bir o qədər yüksəkdir. Aparılan tədqiqatlar göstərmişdir ki, qiymət elastikliyinin yüksək olduğu zaman (belə vəziyyət intensiv rəqabət və diferensiallaşdırılmamış məhsullar bazan üçün xarakterikdir) xərclərə əlavə vahidə yaxınlaşır, eyni zamanda firma tərəfindən qəbul edilə biləcək qiymət məhsulun maya dəyərinə yaxın olur və firmaların bazar gücü böyük olmur. Əksinə qiymət elastikliyi vahidə nə qədər yaxın olursa, məhsulun bazar qiyməti də bir bir o qədər yuxan olur.

Fərz edək ki, məhsul vahidinə çəkilən dəyişən xərclər 112 man., qiymət

elastikliyi e = -2,4- ə bərabərdir. Onda məhsulun optimal qiyməti:


-2.4 + U



-2.4
= (112) X (1.7) = 190.4 manat olacaqdır.

Qeyd etmək lazımdır ki, qiymətlərə dair qərar qəbulu əmtəənin möv- qeləşdirilməsinə dair qərar qəbulu ilə fasiləsiz olaraq uyğunlaşdınimalıdır. Belə ki, qiymətlər müəyyənləşdirilməmişdən əvvəl əmtəənin dəqiq mövqe- ləşdirilməsinə nail olunmalıdır.

Qiymət əmtəənin və yaxud markamn istehlakçı tərəfindən ümumi şə- kildə qavranılmasına və potensial istehlakçıların gözündə markanın mövqe- ləşdirilməsinə ciddi surətdə təsir göstərir.

Çarpazlaşan elastiklik. Eyni bir firma tərəfindən bazara təklif olunan əmtəələrin sayının artımı ilə əlaqədar həmin əmtəələr arasında qarşılıqlı asılılıq güclənir. Bu, özünü firmanın əmtəə çeşidində olan əmtəələrin qar- şılıqlı əvəz oluna bilən və biri-birini tamamlayan əmtəələr olması şəklində göstərir. Firma tərəfindən bazara təklif olunan iki A və B əmtəəsinin qarşılıqlı əvəz olunma və yaxud biri-birini tamamlama dərəcəsini müəy- yənləşdirməkdən ötrü çarpazlaşan elastiklik əmsalından istifadə edilir. Bu əmsal aşağıdakı kimi hesablanır:

Ep= (A məhsulunun satışının %-h dəyişməsi) / (B məhsulunun qiy- mətinin % -lə dəyişməsi).

Əgər Ep>0 ödənilirsə, onda əmtəələr qarşılıqlı əvəz oluna bilən əm-təələrdir («hanibalizm»). Məsələn, fərz edək ki, firma baha, orta qiymətə və ucuz qiymətə qadın pencəkləri satır. Əgər firma bahalı kostyumların (A) qiymətini azaltmaqla, onlara tələbi artırmaq istəyirsə, onda, bu zaman, orta qiymət səviyyəsinə olan qadın kostyumlarına (B) tələb azalacaqdır. Bu halda orta qiymət səviyyəsinə satılan qadın kostyumlarını əvvəllər bahalı qiymətə satılan qadın kostyumları əvəz edəcəkdir. Nəticədə, bu məhsullar üzrə hesablanmış (jiymət elastikliyi vahiddən kiçik olacaqdır.



Ep = 0 ödənilirsə, onda əmtəələr biri-biri ilə əlaqəli deyil.

Əgər Ep.< 0 ödənilirsə, onda əmtəələr biri-birini qarşılıqlı tamamlayan əmtəələrdir.

Məsələn, fərz edək ki, firma aynca qadın geyimlərini - A donlannı və B pencəklərini satır. Əgər firma pencəklərə qoyulan qiymətləri azaltmaqla onlara tələbi artırmaq istəyirsə, onda bu zaman donlara da tələb artacaqdır. Ona görə də bu əmtəələr biri-birini qarşılıqlı tamamlayan əmtəələr hesab e(|ilir və bu əmtəələrin qiymət dəyişkənliyinə uyğun hesablanan elas-iklik əmsalı sıfırdan kiçik olacaqdır. Benzin və maşın, printer və kompyuter və s. kimi əmtəələr biri-birini qarşılıqlı tamamlayan əmtəələrdir.

Firma çarpazlaşan elastikliyi öyrənməklə, bu və ya digər əmtəənin qiymətini dəyişdirilməsinin başqa əmtəənin satışınm həcminə necə təsir göstərəcəyini aşkara çıxarır və əldə edəcəyi ümumi mənfəətin məbləğini hesablaya bilir.

Tələbin uzunmüddətli və qısamüddətli qiymət elastikliyini fərqləndirirlər. Tələbin qısamüddətli qiymət elastikliyi nisbətən qısa zaman inter- valında (gün, hşftə, bir neçə ay ərzində) qiymətin dəyişməsinə alıcı tələbinin reaksiyamı xarakterizə edir. Tələbin uzunmüddətli qiymət elastikliyi isə yarım ildən çox, hətta bir il və daha çox müddət ərzində qiymətlərin dəyişməsinə alıcı tələbinin reaksiyasım xarakterizə edir. Stabil olmayan iqtisadiyyata malik ölkələrdə tələbin qısamüddətli dövrdə qiymət elastikliyinin öyrənilməsi təcrübi baxımdan daha böyük əhəmiyyət kəsb edir. Marketinq tədqiqatları zamanı qısamüddətli dövrdə qiymət elastikliyinin öyrənilməsinə daha çox fikir verilir. İstehlakçılar arasında sorğulann aparılması yolu ilə qiymət elastikliyinin müəyyənləşdirilməsi qısamüddətli dövrdə qiymətlərin dəyişməsinə alıcı reaksiyasını öyrənmək məqsədilə apanlır.

Qiymət elastikliyini müəyyənləşdirmək məqsədilə aşağıdakı metodlardan istifadə edilə bilər:


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə