Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə116/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   140
marketinq-tedqiqatlar qaralama

Özünü yoxlama sualları


  1. Bazann öyrənilməsinə hansı yanaşmalar mövcuddur ?

  2. Bazann tədqiqinin əsas istiqamətləri hansılardır ?

  3. Bazar tələbinin hansı növləri mövcuddur?

  4. İlkin və yaxud stimullaşdınlmamış tələb dedikdə nə başa düşürsünüz ?

  5. Bazar potensialı dedikdə nə başa düşürsünüz ?

  6. Cari bazar tələbi necə müəyyənləşdirilir ?

  7. Bazarın cəlbediciliyini hansı amillər müəyyənləşdirir ?

  8. Perspektiv bazar dedikdə nə başa düşürsünüz ?

  9. Bazarın perspektivliyini müəyyənləşdirmək üçün hansı göstəricilərdən istifadə edilir ?

  1. FƏSİL. QİYMƏTLƏRİN ÖYRƏNİLMƏSİ




    1. Qiymətlərin öyrənilməsinin əsas istiqamətləri

Qiymətlərin öyrənilməsinin aşağıdakı istiqamətləri fərqləndirilir:



  1. Bazar qiymətlərinin faktiki qərarlaşmış səviyyələrinin və onların dəyişmə meyill^nin öyrənilməsi; müəssisə istehsal etdiyi məhsulları bazarda qərarlaşan qiymətlərə reallaşdırırsa, onda onun marketoloqlan tərəfindən məhsulların bazar qiymətlərinin dəyişmə meylinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir; bazar qiymətlərinin səviyysini öyrənməklə, müəssisənin bazara təklif olunan məhsullardan əldə edə biləcəyi mənfəətin məbləğini dəqiqləşdirmək və yaxud proqnozlaşdırmaq mümkündür;

  2. Rəqiblərin qiymət siyasətinin öyrənilməsi; bu istiqamətdə qiymətlərin tədqiqi rəqiblərin qiymət siyasətinin çevikliyini, onların tətbiq etdiyi qiymət diskriminisiyasını və zamandan asılı olaraq qiymətlərin səviyyəsinin dəyşdirmələrini aşkara çıxarmağa imkan verir; rəqiblərin qiymət siyasətinin öyrənilməsi zamanı onların istehsal etdikləri yeni əmtəələrə qiymətləri necə müəyyənləşdirmələrinə, həmçinin, istehlakçıları və alıcıları cəlbetmə məqsədilə tətdiq etdikləri qiymət güzəştlərinə və s. xüsusi fikir verilir;

  3. Dövlət və bələdiyyə orqanları tərəfindən qiymətlərin səviyyəsinin tənzimlənməsinin öyrənilməsi; bazar iqtisadiyyatı sərbəst qiymətəmələgə- tirmə sistemi olsa da, bu iqtisadi sistemdə qiymətlərin formalaşması tamamilə bazar mexanizminin öhdəsinə buraxılmır və əlaqədar dövlət orqanları qiymətlərin səviyyələrini tənzimləyir; dövlət orqanları tərəfindən qiymətlərin səviyyəsinin tənzimlənməsi müəssisənin bazara təklif etdiyi məhsulun qiymətinə təsir göstərirsə, onda həmin müəssisənin marketoloqlan tərəfindən qiymətlərin tənzimlənməsinin öyrənilməsi qaçılmaz olur; əks halda, müəssisənin bazar mövqeyinin və onun məhsullann satışından əldə etdiyi mənfəətin məbləğinin qiymətləndirilməsi qeyri-mümkündür;

  4. Tələbin qiymət elasktikliyinin öyrənilməsi; tələbin qiymət elas- tikliyi müxtəlif amillərin təsiri nəticəsində dəyişir və istehlakçılann qiymətə həssaslığını xarakterizə edir; bu istiqamətdə tədqiqatın aparılması marketinq fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir; belə ki, müəssisənin marketoloqlan istehlakçıların qiymətə reaksiyalarını öyrənməklə onun bazara çevik uyğunlaşmasını və bazar mövqeyinin yaxşı- laşdu-ılmasını təmin etmək məqsədilə tədbirlər işləyib hazırlaya və həmin tədbirləri həyata keçirə bilirlər;

Tələbin qiymət elastikliyinin tədqiqi marketinq tədqiqatlarının mürəkkəb və vacib istiqamətlərindən biri hesab edilir. Bu istiqamətdə qiymətlərin tədqiqinə geniş nəzər salınması müəssisənin qiymət siyasətinin təkmilləşdirilməsi baxımından daha mühüm əhəmiyyət kəsb edir.


    1. Yüklə 0,79 Mb.

      Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə