Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə37/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   175
Buddhist meditasiya halında. 


73
DÜNYA DİNLƏRİ 
təsadüf mövcud deyil. Heç nə boş yerə yaranmır və ya yox olmur, hər şeyin 
səbəbi vardır. Buddizm mənbələrində qeyd olunur ki, arası kəsilməyən bu 
sonsuz zəncirvari dəyişkənlik ailəmində bənd rolunu oynayan “skandhi” adlı 
kiçik hissəciklər vardır və yalnız bu hissəciklər möhkəm sayılır, dəyişikənliyə 
uğramır. Budda hesab edirdi ki, insan nəfsinin – “mən”inin möhkəm, bölünməz 
hissəciyi isə “atmana”dır. O, hər bir şəraitdə stabildir. Stabillik, öz növbəsində, 
asılılıq yaradır, asılılıq isə əzab və iztiraba səbəb olur. Ona görə də atmananı 
daim qruplaşdırılmış skandhilərlə əvəzlədikdə insan asılılıqdan qurtulur, bununla 
da əzab və iztirabdan azad olur. Bir sözlə, bu qeyd olunan təlimlərin məqsədi 
insanın eqosentrizmdən xilas olmağına yönəlmişdir.
Buddizmdə aləmi yaradan tanrı ideyasından bəhs olunmur. Çünki 
Budda tanrı haqqında fikir söyləməmişdir. Bu baxımdan aləmin yaradılışı 
və sonu haqqında səmavi dinlərə məxsus metafizik anlayışlar Buddizmə xas 
deyil. Buddistlərin nəzərində kainat əzəldən sonsuz olaraq yaranma və məhv 
olma xüsusiyyətinə malikdir. Bu dinə görə, kainatın sayı sonsuz olduğu kimi, 
buddaların sayı da sonsuzdur. Budda Şakyamuni tələbələrinə özünün 25-ci 
budda olduğunu bildirmiş, həmçinin ondan sonra Metteyya (yaxud Maytreya) 
adlı buddanın gələcəyini söyləmişdir. Onun zühur edəcəyi dövr “qızıl əsr” 
dövrü hesab olunacaqdır. Buddaların vəzifəsi müəllimlik edərək insanlara 
qurtuluş yolunu göstərməkdir. İnsan isə yalnız öz səyi və çalışqanlığı ilə xilas 
olacaqdır.
Ehkam və ibadət
Bir insan özünü buddist adlandırmaq üçün ayrı-ayrılıqda üç iman 
kəlməsini, yəni “Buddaya, dharmaya (təlimə) və sanqhaya (rahiblərin icmasına) 
pənah gətirirəm” cümləsini deməlidir. Bu dinin mənsublarının praktik əxlaq və 
ehkam normaları baxımından minimum aşağıdakı beş öhdəliyə riayət etmələri 
vacibdir: 
1. Canlı varlıqlara heç bir ziyan yetirməmək; 
2. Əgər könüllü bəxş etmirsə, heç kimdən heç nə almamaq; 
3. Ər-arvad sədaqətini pozmamaq; 
4. Yalan danışmamaq; 
5. Sərxoşedici içki və digər vasitələrdən uzaq durmaq.


MULTİKULTURALİZMƏ GİRİŞ
74
Rahibliyə hazırlaşanlar isə bundan əlavə beş öhdəliyə də əməl etməlidirlər: 
1. Qarınqululuqdan imtina etmək və az yemək; 
2. Rəqs, musiqi, mahnı oxumaqdan uzaq olmaq, həmçinin tamaşaya 
baxmamaq; 
3. Ətir vurmamaq və bər-bəzək taxmamaq; 
4. Hündür oturacaq və yataqlardan istifadə etməmək; 
5. Heç kimdən qızıl və gümüş almamaq.
Rahiblik yolunu seçənlər saçlarını dibindən kəsdirməli, sarı (narıncı, 
yaxud çəhrayı) rəngdə sadə geyim geyinməlidirlər. İki ayda bir dəfə oruc tutmalı 
və oruclu olanda günahlarını etiraf etməlidirlər.
Buddizmdə konkret dua, yaxud ibadət forması mövcud deyil. Bunun 
əvəzində 
“samatha”
və 
“vipassana”
adlanan iki meditasiya növü var. Samatha 
statik meditasiya sayılır və şüuru mənəvi sakitliyə, aydınlığa qovuşdurmaq, 
zehni çirkab duyğulardan təmizləmək üçün icra olunur. Vipassana isə dinamik 
və analitik meditasiyadır. Onun vasitəsi ilə dörd nəcib həqiqət və fanilik 
ideyası barədə dərindən düşünülür və anidən daxili aydınlanma hissi keçirilir. 
Buddistlər meditasiya zamanı dünyanı və özlərini müəyyən elementlərin yığını 
kimi gözdən keçirirlər. Bu zaman onlar özlərinin həm ətraf dünyadan, həm də öz 
cismani bədənlərindən fərqli olduqlarını dərk edirlər.
Buddizmin məbədləri 
“paqoda”
adlanır. Bu məbədlərdə Buddanın bütü 
yerləşdirilir. Hər buddist məbədə girəndə Buddanın heykəlinə hörmət göstərir, 
çiçək, ətirli tüstü və qida qoyur. Buddist evlərində də Buddanın bütünün 
yerləşdiyi guşə mövcuddur. Lakin qeyd etmək lazımdır ki, Buddanın özü bütlərə 
sitayiş etməyə qarşı çıxmışdır. Zaman keçdikcə bu dinin mənsubları Buddanın 
şəxsiyyətini tanrılaşdırmış və onun heykəlini düzəldərək sitayiş etmişlər. 
Bu baxımdan hazırda Buddanın heykəllərini, ona aid müqəddəs əşyaların 
saxlandığı stupaları, xüsusilə də altında ilham aldığı Bodhi ağacını ziyarət etmək 
Buddizmdə böyük mənəvi əhəmiyyət kəsb edir.
Dini mətnlər
Budda daim səyahət edərək öz təlimini insanlara öyrətdiyi üçün onun 
sağlığında sözləri yazılı mətn formasına salınmamışdır. Ona görə də Buddizm 
dörd əsrə yaxın müddət ərzində nəsildən-nəsilə şifahi şəkildə öyrədilmişdir. 


75
DÜNYA DİNLƏRİ 
Büddanın sözləri ilk dəfə eradan əvvəl I əsrdə Seylon adasında (Şri-Lanka) pali 
dilində yazıya köçürülmüş və bununla da Buddizmin dini mətnləri – 
“Tripitaka”
formalaşmışdır. “Tripitaka” “üç səbət” mənasını verir. O dönəmdə yazılı mətnlər 
palma yarpaqlarında qələmə alınıb səbətlərdə saxlanıldığından bu ad verilmişdir.
“Tripitaka”
üç hissədən ibarətdir: 
1. 
Vinaya-pitaka
(Nizam-intizam səbəti) dini icma, rahib və rahibələrlə 
bağlı qaydaları ehtiva edir. Burada moizə söyləmə, qidalanma və geyimlə 
əlaqədar mövzulardan bəhs olunur, rahiblərin günahlarının etirafı məsələlərinə 
yer verilir; 
2. 
Sutra-pitaka
(Təlqin səbəti) Buddanın və onun bəzi tələbələrinin moizə, 
xütbə, nəsihət və hikmətli sözlərini ehtiva edir; 
3. 
Abhidharma-pitaka
(fəlsəfi və psixoloji izahlar səbəti) isə Buddizmin 
fəlsəfi və psixoloji təlimlərini açıqlayan, nirvanaya aparan yolların mahiyyətini 
göstərən mövzulardan bəhs edir.
Hazırda “Tripitaka”nın üç variantı mövcuddur. Pali dilində olan variant 
Şri-Lanka, Birma (Myanma), Tailand, Kamboca və Laos buddistləri üçün 
müqəddəs sayılır. Digər variant isə çin dilindədir (VII əsrdə tərcümə olunmuşdur). 
Tripitakanın bu variantı Çin, Koreya, Yaponiya və Vyetnam buddistləri tərəfindən 
mötəbər hesab edilir. “Tripitaka”nın üçüncü variantı isə tibet dilindədir. Tibet, 
Monqolustan və Rusiya Federasiyasının subyektləri olan Buryatiya, Kalmıkiya 
və Tıva respublikalarında yaşayan buddistlər bu varianta istinad edirlər.
Mütəxəssislərin fikrincə, keçmişdə “Tripitaka”nın sanskrit dilində də 
variantı olmuş, lakin tam şəkildə müasir dövrə qədər gəlib çatmamışdır. Bu 
variantın ancaq müəyyən kiçik hissələri aşkar edilmişdir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə