Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə39/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   175
3.2. Xristianlıq
3.2.1.Tarixi
Mənsublarının sayına görə dünyanın ən böyük dini olan xristianlıq 
bizim eranın I əsrində Fələstində yəhudi cəmiyyətində meydana gəlmişdir. Bu 
dinin yaranması İsus Xristosun (İsa Məsih) adı ilə bağlıdır. Xristos yunanca 
“məsh edilmiş” deməkdir. “Xristianlıq” sözünün özü də “xristos” kəlməsindən 
törəmişdir.
Fələstində meydana gəldikdən sonra xristianlıq Pyotr, Pavel və digər 
apostolların (İsa Məsihin şagirdləri və ya həvarilər. – Red.), habelə onların 
davamçılarının təbliğatı sayəsində qədim Roma imperiyasının nüfuz dairəsinə 
daxil olan Aralıq dənizi sahilindəki şəhərlərdə yayılır. Erkən kilsələrdən biri 
Antioxiya şəhərində (indiki Türkiyənin Antakya şəhəri. – Red.) təşəkkül tapır. 
Burada İsa Məsihin davamçılarına ilk dəfə “xristian” adı verilir. Xüsusən apostol 
Pavelin fəaliyyəti xristianlığın bütpərəst xalqlar arasında yayılmasında böyük 
rol oynayır. 
Zaman keçdikcə xristian təlimi bütün qədim Roma imperiyası ərazisində 
özünə tərəfdar qazanır. İlk vaxtlar xristianlığı yoxsul və məzlum insanlar 
qəbul edirdi. Roma imperatoru Neronun (hakimiyyət illəri: 54-68) dövründə 
xristianları dövlət səviyyəsində təqib etməyə başladılar. Bu amansız təqiblər IV 
əsrədək davam etmişdir. 
Təqiblərə baxmayaraq, xristian dini Roma imperiyasının əyanları və 
varlıları arasında da yayılırdı. Nəhayət Roma imperatorları I Konstantin 


MULTİKULTURALİZMƏ GİRİŞ
80
(hakimiyyət illəri: 306-337) və Lisiniy (hakimiyyət illəri: 308-324) 313-cü ildə 
Milan şəhərində görüşüb imperiya ərazisində dini dözümlülüyün elan edilməsi 
ilə bağlı razılaşma sənədi imzaladılar. “Milan edikti” adlanan bu sənəd qəbul 
edildikdən sonra xristianların nəinki təqiblərinə son qoyuldu, hətta xristianlığın 
hakim dinə çevrilməsi istiqamətində addımlar atılmağa başlanıldı.
Xristianlığın nüfuzu artdıqca, onun mənsubları arasında ziddiyyətlər 
böyüyür, İsa Məsihin təbiəti ilə bağlı müxtəlif təlimlər ortaya çıxırdı. Bu 
ixtilafların aradan qaldırılması məqsədilə fərqli dövrlərdə kilsə məclisləri 
çağırıldı. Qeyd edək ki, tarixdə xristian ehkamının formalaşmasına böyük təsir 
göstərən aşağıdakı yeddi ümumdünya kilsə məclisi keçirilmişdir:

Ümumdünya 
Kilsə 
Məclisi 

Roma 
imperatoru 

Konstantin tərəfindən 325-ci ildə Nikeya (indiki Türkiyənin 
İznik şəhəri. – Red.) şəhərində çağırıldı. Həmin məclisdə arianlıq
bidətçi təlim kimi səciyyələndirildi, həmçinin Tanrının üç sifətdən ibarət olması 
əqidəsi, yəni Müqəddəs Üçlük (Ata, Oğul və Müqəddəs Ruh) haqqında ehkam 
rəsmi şəkildə qəbul olundu. 
II Ümumdünya Kilsə Məclisi - 381-ci ildə Konstantinopol (indiki 
Türkiyənin İstanbul şəhəri. – Red.) şəhərində keçirildi. Bu kilsə məclisində 
Müqəddəs Üçlük haqqında ehkamın formalaşması başa çatdırıldı.
431-ci 
ildə 
Efes 
şəhərində 
(Türkiyə 
ərazisindədir. 
– 
Red.) keçirilmiş III Ümumdünya Kilsə Məclisində nestorianlıq
və 451-ci ildə Xalkedon (indiki İstanbul şəhərinin Kadıköy bölgəsi. – 
Red.) şəhərində çağırılmış IV Ümumdünya Kilsə Məclisində monofizitlik
bidətçi təlimlər kimi rədd edildi.
V Ümumdünya Kilsə Məclisi - 553-cü ildə Konstantinopol şəhərində 
Bizans imperatoru I Yustian tərəfindən çağırıldı. Bu məclisdə suriyalı üç xristian 
ilahiyyatçısının (Mopsuestiyalı Feodor, Kiriyalı Feodorit və Edesalı İv) nestorian 
təlimləri, eləcə də yunan xristian mütəfəkkiri Origenin dini-fəlsəfi görüşləri 
kəskin şəkildə tənqid edildi. 
VI Ümumdünya Kilsə Məclisi - 680-681-cı illərdə Konstantinopol 
şəhərində keçirildi. Bu məclisdə İsa Məsihdə həm ilahi, həm də insani iradənin 
olduğu haqqında dini təlim qəbul edildi. 
VII Ümumdünya Kilsə Məclisi - 787-ci ildə Nikeya şəhərində (hazırda 
Türkiyənin İznik şəhəri. – Red.) keçirildi Bu məclisdə isə ikonalara (xristianlıqda 


81
DÜNYA DİNLƏRİ 
müqəddəs sayılan şəxslərin və ya dini hekayələrin bədii təsviri. – Red.) qarşı 
çıxanlar küfrdə ittiham olundu. 
Qeyd edək ki, xristian dünyasında ixtilafların səbəbi təkcə ilahiyyatçıların 
dini təlimlərindən qaynaqlanmırdı. 395-ci ildə qədim Roma imperiyasının 
iki hissəyə - Qərbi və Şərqi Roma imperiyalarına bölünməsi də xristianlar 
arasında nifaqın yaranmasına və vahid xristian kilsəsinin parçalanmasına 
gətirib çıxardı. Belə ki, Qərbi Roma imperiyası ərazisində yaşayan 
xristianlar dini ayinlərini latın dilində yerinə yetirirdilər. Zaman keçdikcə 
onlar Roma şəhərində oturan yepiskop (Roma Papası) ətrafında birləşdilər. 
Şərqi Roma imperiyasındakı xristianlar isə yunan dilində ibadət edirdilər. 
Onların əsas dini mərkəzi Konstantinopol şəhərində yerləşən patriarxatlıq
oldu. Əsrlər ötdükcə qərbi və şərqi xristianlar arasında ziddiyyətlər böyüdü, 
nəticədə 1054-cü ildə Roma Papası və Konstantinopol Patriarxı bir-birlərini 
lənətlədilər. Beləliklə, xristian dini katoliklik (qərbi xristianlıq) və pravoslavlıq 
(şərqi xristianlıq) olmaqla iki böyük qola bölündü. 
Bütün bu təzad və ixtilaflara rəğmən, xristianlıq Avropada öz mövqeyini 
möhkəmləndirməkdə davam edirdi. Artıq IX-X əsrlərdə bu monoteist din german 
və slavyan xalqları, X-XIII əsrlərdə isə baltik xalqları tərəfindən qəbul olundu. 
Bununla yanaşı, erkən orta əsrlərdə Qərb dünyasında katolik kilsəsinin başçıları 
mütləq hakimiyyət əldə etdilər. Roma Papası III İnnokentinin (hakimiyyət illəri: 
1198-1216) dövründə isə Papalıq (752-1870-ci illərdə Roma Papaları tərəfindən 
idarə olunmuş teokratik dövlət. – Red.) Avropanın ən qüdrətli dövlətinə çevrildi. 
Lakin XVI əsrdə Roma Katolik Kilsəsinin nüfuzu xeyli sarsıldı. Həmin dövrdə 
qərb dünyasını katoliklik əleyhinə yönəlmiş reformasiya hərəkatı bürüdü, 
nəticədə xristianlığın yeni qolu – protestantlıq meydana gəldi. 
Xristian dünyasını bürümüş bütün bu təlatümlərə baxmayaraq, böyük 
coğrafi kəşflər (XV-XVI əsrlər), Avropa dövlətlərinin yürütdüyü müstəmləkəçilik 
siyasəti, qərb müstəmləkəçiləri tərəfindən dəstəklənən katolik və protestant 
missionerlərin fəaliyyəti sayəsində xristianlıq Avropanın hüdudlarını aşaraq 
daha geniş coğrafi arealda - Afrika, Amerika və Avstraliya qitələrində, eləcə də 
Okeaniyada yayıldı. Beləliklə, xristianlıq mənsublarının sayına görə dünyanın 
ən böyük dininə çevrildi. Hazırda Yer kürəsində yaşayan xristianların ümumi 
sayı 2,2 milyard nəfərdən çoxdur. 


MULTİKULTURALİZMƏ GİRİŞ
82

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə