Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə42/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   38   39   40   41   42   43   44   45   ...   175
3.2.4. Dini ayin və mərasimlər
Xristianlıqda əsas dini ayinlər latın dilində “sirr, öhdəlik” mənasına gələn 
“sakrament” adlandırılır. Xristianlar inanırlar ki, “sakrament”lər İsa Məsihin 
özü tərəfindən təyin olunub. Bu əsas yeddi dini ayin aşağıdakıdır:
1. Vəftiz.
Xristianlıqda ən birinci və ən vacib dini ayin sayılır. “Vəftiz” 
kəlməsi yunan dilində “suya batırmaq” mənasına gələn “baptizo” sözündən 
törəmişdir. Vəftiz və ya xaç suyuna salmaq ayini insanın bütün günahlardan 
təmizlənərək yeni və pak həyata başlaması və xristianlığa daxil olmasının 
rəmzidir. 
Vəftiz ayini müxtəlif üsullarla yerinə yetirilir. Hər xristian məzhəbi bu 
ayini özünəməxsus şəkildə yerinə yetirir. Məsələn, katoliklər xaç suyuna salınan 
adamın başına üç dəfə su çiləmək və ya su tökmək yolu ilə bu ayini icra edirlər. 
Pravoslavlıqda isə vəftiz mərasimi zamanı dindarlar üç dəfə suya batırılırlar.
Xristianlar arasında vəftiz ayini ilə bağlı digər fikir ayrılıqları da 
mövcuddur. Belə ki, pravoslav və katoliklər uşaqların xaç suyuna salınmasını 
doğru saydıqları halda, baptizm, adventizm kimi bəzi protestant cərəyanlarında 
həddi-buluğ yaşına çatmayan şəxslərin vəftiz olunması qətiyyən qəbul olunmur. 
Bu protestant cərəyanların mənsubları bildirirlər ki, fərd yalnız xeyir ilə şəri 


85
DÜNYA DİNLƏRİ 
ayırd edə bildikdə, həddi-buluğ yaşına çatdıqda və xristianlığı şüurlu şəkildə 
qəbul etdikdə vəftiz olunmalıdır.
2. Yevxaristiya
(yunan dilində “minnətdarlıq”, “şükür” mənasına gəlir). 
Bu əsas xristian ayini Azərbaycan dilində “Rəbbin süfrəsi” yaxud “Çörək və 
şərab ayini” adlanır. Rəbbin süfrəsi ayininin yaranması İsa Məsihin sonuncu 
şam yeməyindən bəhs edən rəvayətlə bağlıdır. “Əhdi-Cədid”ə görə, İsa Məsih 
çarmıxa çəkilməmişdən əvvəl sonuncu dəfə 12 həvarisi ilə birgə şam yeməyi 
yemiş, onlara bir parça çörək və şərab verərək çörəyin onun bədəni, şərabın isə 
onun qanı olduğunu demişdir. Beləcə, Rəbbin Süfrəsi ayini yaranmışdır. 
Gördüyümüz kimi, yevxa-
ristiya ayini yerinə yetirilərkən 
möminlərə paylanılan çörək və 
şərab rəmzi məna daşıyaraq, 
İsa Məsihin bədəni və qanını 
təcəssüm 
etdirir. 
Xristian 
inancına görə, Rəbbin süfrəsi 
ayinində müntəzəm iştirak etmək 
lazımdır, çünki yevxaristiya 
insanın xilasında və əbədi 
həyat qazanmasında böyük rol 
oynayır. Xristianlar inanırlar ki, 
Rəbbin süfrəsi ayini dindarlara İsa Məsihin vasitəsi ilə Tanrıya qovuşmaq, Rəbb 
ilə birləşmək və vəhdətdə olmaq imkanı qazandırır.
Xristianlar arasında Rəbbin süfrəsi ayininin yerinə yetirilməsi məsələsində 
fərqlər mövcuddur. Məsələn, katoliklər bu ayin zamanı mayasız, pravoslavlar 
isə mayalı çörəkdən istifadə edirlər.
3. Mirro yağı ilə məshetmə.
 
Tarixi kökü həvarilər dövrünə gedib çıxan 
və vəftiz mərasimindən sonra yerinə yetirilən bu ayin pravoslav məzhəbində 
“mirosürtmə” adlanır, çünki bu ayin zamanı “miro” deyilən təqdis olunmuş ətirli 
yağdan istifadə olunur. Belə ki, pravoslavlıqda yepiskop (kilsədə ali dərəcəli 
ruhani rütbəsi. - Red.), əksər hallarda isə daha aşağı rütbəli keşiş Müqəddəs Ruhun 
nazil olması haqqında dua oxuduqdan sonra yenicə xaç suyuna salınmış şəxsin 
bədən üzvlərinə (alın, göz, burun, dodaq, qulaq, sinə, əl və ayaqlarına) xaç şəklində 
“miro” yağı sürtür. Pravoslavlar inanırlar ki, bu zaman “miro” yağı vasitəsi ilə 
İlk yevxaristiya. İspan rəssamı 
Visente Xuan Masip. XVI əsr.


MULTİKULTURALİZMƏ GİRİŞ
86
mömin Rəbbin lütfünü qazanır, ona ənam qismində Müqəddəs Ruh nazil olur.
Katoliklikdə bu ayin “konfirmasiya” (latın dilində “təsdiqləmə”, 
“möhkəmlənmə”, “bərqərar olma” mənasına gəlir. – Red.) adlanır və yepiskop 
tərəfindən yerinə yetirilir. Bu məzhəbdə konfirmasiya ayinindən yalnız 13-14 
yaşlı yeniyetmələr və yaşı daha yuxarı olan şəxslər keçirlər. Çünki konfirmasiya 
möminin kilsəyə qəti surətdə daxil olması və kilsə icmasına qəbulunu təcəssüm 
etdirir.
Katoliklərdə konfirmasiya belə yerinə yetirilir: yepiskop əlini möminin 
başına qoyur, alnına “miro” yağı sürtür, müəyyən dualar oxuyaraq sonda belə 
deyir: “Müqəddəs Ruh ənamının əlamətini qəbul et”. Konfirmasiya ayini 
bitdikdən sonra “miro” yağı ilə məsh edilmiş şəxs “Rəbbin döyüşçüsü” adlanır. 
4. Tövbə.
Xristianlıqda əsas yeddi ayindən sayılan tövbə belə yerinə 
yetirilir: dindar keşişin yanında öz günahlarını etiraf edir və Tanrıdan bağışlanma 
diləyir. Bundan sonra keşiş müəyyən dualar oxumaqla İsa Məsihin adından 
günahkarı bağışlayır. Katolik kilsələrdə bu ayin xüsusi tövbə hücrəsində yerinə 
yetirilir.
5. Kilsə nikahı.
Xris-tianlıqda ailə “kiçik kilsə” hesab olunur. Kilsədə dini 
qaydalara uyğun şəkildə kişi və qadın arasında bağlanan nikah isə “sakrament” 
sayılır. Xristianlar inanırlar ki, ailə həyatına qədəm qoyan şəxslər nikah mərasimi 
zamanı Tanrının lütfünü və xeyir-duasını alırlar. 
6. Keşişlik.
 
Bu ayin vasitəsi ilə namizəd üç keşişlik dərəcəsindən (yepiskop, 
presviter və dyakon) birinə təyin olunur. Bunlardan ən ali dərəcə yepiskop, ən 
aşağı dərəcə isə dyakondur. Hər üç dərəcə üçün keşişlik ayini yepiskop tərəfindən 
yerinə yetirilir. Belə ki, yepiskop keşişlik dərəcəsinə namizəd olan şəxsin başına 
əl qoyur və təntənəli surətdə həsr etmə duası oxuyur. Dua zamanı yepiskop 
Tanrıdan keşişlik dərəcəsinə namizəd üçün Müqəddəs Ruhun ənamlarının 
verilməsini diləyir. Mərasim vaxtı yepiskop namizədin başına əl qoyduğu üçün 
bu dini ayin “əlqoyulma”, “xirotoniya” (qədim yunan dilində hərfi mənada 
“əl qaldırmaqla səs vermək” deməkdir) və ya “ordinatio” (latınca “əlqoyulma, 
həsretmə”) adlanır. 
Qeyd edək ki, yalnız vəftiz olunmuş kişilər keşişliyə namizəd ola bilərlər. 
Keşişlik ayini namizədə dini mərasimləri yerinə yetirmək səlahiyyəti verir. 
7. Xəstələrin yağlanması.
 
Ayinin yerinə yetirilmə şəkli belədir: keşiş 
tərəfindən cismani və ya psixoloji (qəm, qüssə, ümidsizlik kimi) xəstəlikdən 


87
DÜNYA DİNLƏRİ 
əziyyət çəkən, eləcə də ölüm yatağında olan insanın bədən üzvlərinə təqdis 
olunmuş zeytun yağı sürtülür, beləliklə xəstələnmiş şəxs ətirli yağla məsh edilir. 
Məshetmə keşişin duası ilə müşayiət olunur. 
Bu ayini yalnız yepiskop və ya presviter yerinə yetirə bilər. Ayinin məqsədi 
Tanrıdan xəstə üçün şəfa diləmək, həmçinin onun günahlarının bağışlanması 
üçün dua etməkdir. Təqdis olunmuş zeytun yağı ilə məsh etmək ayini bir şəxs 
üzərində bir neçə dəfə yerinə yetirilə bilər.
Pravoslavlıqda sözügedən ayin yeddi keşiş, zəruri hallarda isə bir kilsə 
xadimi tərəfindən icra olunur. Katoliklikdə isə bu ayini bir və ya bir neçə keşiş 
keçirə bilər. Bununla yanaşı, pravoslavlıqda bu ayin yerinə yetirilərkən xəstənin 
alnına, burnuna, yanaqlarına, dodaqlarına, sinəsinə, əllərinə xaç şəklində zeytun 
yağı sürtülür. Katoliklikdə isə zeytun yağı ilə yalnız xəstənin alnı və ovucları 
məsh edilir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə