Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Əsas xristian konfessiyaları



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə43/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   175
3.2.5. Əsas xristian konfessiyaları 
 
Katoliklik
Katoliklik və ya katolisizm (yunan dilində “ümumdünya” mənasını verən 
“katholikos” sözündən törəmişdir. – Red.) mənsublarının sayına görə ən böyük 
xristian konfessiyasıdır. 2016-cı ilin statistik məlumatına görə, dünyada təqribən 
1 milyard 299 milyon insan özünü katolik məzhəbin mənsubu sayır.
Bu xristian konfessiyası üçün sərt mərkəzləşdirilmiş idarə sistemi xasdır. 
Belə ki, katoliklərin vahid dini mərkəzi Vatikan şəhər-dövlətində yerləşir. 
Katoliklərin dini-inzibati mərkəzi rəsmi olaraq Müqəddəs Taxt-Tac adlanır. 
Müqəddəs Taxt-Tac – teokratik seçkili monarxiyadır. 
Bu teokratik dövlətə konklav (kardinallar kollegiyası. – Red.) tərəfindən 
ömürlük seçilən bütün katoliklərin dini rəhbəri Roma Papası (yun. “papış” – 
“ata”) başçılıq edir. Roma Katolik Kilsəsinin başçısı “pontifik” (lat. pontifices 
– baş kahin, baş keşiş, körpüləri tikənlər. – Red.) də adlanır. Onun tam titulu 
belədir: Roma Yepiskopu, İsa Məsihin canişini, həvarilər knyazının (yəni 
apostol Pyotrun. – Red.) varisi, Qərb kilsəsinin ali ruhanisi, Qərbin patriarxı, 
İtaliya priması, Roma əyalətinin arxiyepiskopu və mitropoliti, Vatikan şəhər-
dövlətinin hökmdarı. 


MULTİKULTURALİZMƏ GİRİŞ
88
Roma Katolik Kilsəsinin başçısının qərarları Ümumdünya Kilsə 
Məclislərinin qərarlarından belə üstün tutulur. Katolik təlimə əsasən, Roma 
Papası dini məsələlərlə bağlı qərar verərkən qətiyyən səhv buraxmır. 1870-ci 
ildə Birinci Vatikan Məclisində qəbul edilmiş həmin ehkama görə, pontifik 
etiqadi və əxlaqi məsələlərlə bağlı rəsmi şəkildə çıxış edən vaxt Müqəddəs 
Ruhdan xüsusi ənam alır. Bu ənam kilsə başçısını əqidə mövzularında səhv fikir 
bildirməkdən qoruyur.
Katoliklikdə Məryəm Ana İsa Məsihə bərabər tutulur. Belə ki, xristianlıqda 
“İsa Məsihin pak döllənməsi” haqqında ehkam mövcuddur. Bu ehkama əsasən, 
İsa Məsih möcüzəvi şəkildə Müqəddəs Ruhdan döllənmiş və Bakirə Məryəm 
tərəfindən dünyaya gətirilmişdir. Katolik etiqadında isə bu dini təlimlə yanaşı, 
“Bakirə Məryəmin pak döllənməsi” barədə ehkam da vardır. Həmin katolik 
ehkamına əsasən, Bakirə Məryəm İoakim və Anna adlı adi valideynlər tərəfindən 
dünyaya gətirilsə də, onun da döllənməsi məsumanə şəkildə baş vermişdir. 
Katolik ehkamın başqa fərqli cəhətləri də var. Belə ki, pravoslav və 
protestantlardan fərqli olaraq, katoliklər Ərafa (dini təsəvvürə görə, cənnətlə 
cəhənnəm arasında yer. – Red.) inanırlar. Bununla yanaşı, Roma Katolik 
Kilsəsinin özünəməxsus “filiokve” (lat. Filioque - “oğuldan” . – Red.) adlı təlimi 
mövcuddur. Həmin dini təlimə əsasən, Müqəddəs Ruh təkcə Ata Tanrıdan deyil, 
həm də Oğul Tanrıdan, yəni İsa Məsihdən gəlir. 
Katoliklər imanın mənbəyi kimi Bibliya və Müqəddəs Rəvayəti 
qəbul edirlər. Katolik kilsəsinə görə, Müqəddəs Rəvayət - İman Rəmzindən 
(xristianlığın inanc əsaslarının qısa ifadəsi. – Red.), Kilsə Ataları
və Kilsə 
Müəllimlərinin
dini təlimləri, habelə Ümumdünya Kilsə Məclislərinin 
qərarlarından ibarətdir. 
Katoliklərə görə, ümumdünya kilsə məclislərinin sayı iyirmi birdir. Belə 
ki, 1054-cü ildə xristian dünyası iki qola parçalandıqdan sonra Roma Katolik 
Kilsəsi yalnız özünün keçirdiyi məclisləri də ümumdünya kilsə məclisi kimi 
səciyyələndirmişdir. Axırıncı belə katolik məclis (II Vatikan Məclisi) 1962-
1965-ci illərdə keçirilmişdir.
Roma Katolik Kilsəsində dyakonlar istisna olmaqla, ruhanilərə evlənmək 
qadağandır. Bu dini hökm katoliklikdə “selibat” (latınca “subay kişi” mənasına 
gəlir. – Red.) adlanır. Katoliklikdə boşanmaq demək olar ki, qeyri-mümkündür.
Bu xristian məzhəbində həmçinin fransiskan, karmelit, dominikan, 


89
DÜNYA DİNLƏRİ 
avqustin kimi müxtəlif yoxsul ordenlərə (cəmiyyətlərə) bölünən rahiblik 
institutu mövcuddur.
Katoliklər diofizit dini təliminə etiqad bəsləyirlər. Həmin təlimə əsasən, 
İsa Məsihin həm insani, həm də ilahi təbiəti mövcuddur. Katolikliyin ardıcılları 
mələklərə, müqəddəslərə və onların qurumuş cəsədlərinə, “müqəddəs” əşyalara 
sitayiş edirlər. Roma Katolik Kilsəsi ikonapərəstliyi qəbul edir. Lakin katoliklikdə 
pravoslavlıqla müqayisədə ikonalara daha az əhəmiyyət verilir.
İbadətlərin yerinə yetirilməsi formasına görə katoliklər latın ayinli, 
şərq ayinli, milan ayinli, braq ayinli və mosarab ayinli kimi müxtəlif qruplara 
bölünürlər. Bu qruplar içində sayca ən böyük olanı latın ayinli katoliklərdir. 
Latın və ya Roma ayinli katoliklər beş düz barmaqla soldan sağa xaç çevirirlər. 
Onlarda əsas ibadət dili latın dilidir. Lakin II Vatikan Kilsə Məclisinin qərarı ilə 
latın ayinli katoliklərə də milli dillərdə ibadət etməyə icazə verilmişdir.
Hər il dekabr ayının 25-də keçirilən İsa Məsihin Miladı katoliklərin ən 
əsas dini bayramı sayılır. Sırf katolik dini bayramları bunlardır: İsa Məsihin 
cismi günü, İsanın müqəddəs qəlbi bayramı, Padşah İsanın bayramı və s. 
Bununla yanaşı, katoliklikdə Müqəddəs Məryəmə 16 bayram həsr olunmuşdur. 
Xüsusən 8 dekabrda keçirilən Bakirə Məryəmin Pak Döllənməsi bayramı böyük 
əhəmiyyətə malikdir.
Katoliklərdə xaç dördguşəlidir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə