Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə44/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   175
Pravoslavlıq
1054-cü ildə xristianlıq iki böyük qola parçalandıqdan sonra şərqi 
xristianlar ortodoks (yunan dilində “doğru təlim”, “həqiqi inanc”, “düzgün 
etiqad” mənasına gəlir. – Red.) və ya pravoslav (hərfi tərcüməsi: “doğru mədh 
etmə” . – Red.) adlandırıldı. 
Pravoslavlıq katoliklik və protestantlıqdan sonra xristianlığın sayca 
üçüncü ən böyük qoludur. Dünyada pravoslavların sayı 125-180 milyon nəfər 
arasında dəyişir. Başqa xristian məzhəbləri ilə müqayisədə pravoslavlar daha 
çox mühafizəkardır. Onlar erkən xristianlığın ehkamlarını dəyişdirmir və ya 
onlara əlavə etmirlər. 
Müqəddəs Rəvayət pravoslavlıqda imanın əsas mənbəyi sayılır. 
Pravoslavlara görə, Müqəddəs Rəvayət - Bibliya, Kilsə Ataları (pravoslavlar 


MULTİKULTURALİZMƏ GİRİŞ
90
yalnız II-VIII əsrlərdə yaşamış kilsə atalarının təlimlərini qəbul edirlər) və Kilsə 
Müəllimlərinin dini təlimləri, ilk yeddi ümumdünya kilsə məclislərinin qərarları 
və müqəddəslərin həyat hekayələrindən ibarətdir.
Pravoslavlar etiqadca diofizitdirlər. Bu xristian konfessiyanın mənsubları 
arasında Məryəm Anaya, mələklərə, müqəddəslərə, onların “cəsədlərinə”, 
ikonalar kimi müqəddəs sayılan dini əşyalara pərəstiş geniş yayılmışdır. 
Pravoslavlarda katoliklərdəki kimi sərt mərkəzləşdirilmiş kilsə hakimiyyəti 
mövcud deyildir. Yəni pravoslavlıqda Müqəddəs Taxt-Taca bənzər vahid dini 
mərkəz yoxdur. İri yerli pravoslav kilsələri tamamilə müstəqildir (avtokefal). 
Müstəqil pravoslav kilsələri milli kimlik əsasında formalaşmışdır. Bunu onların 
rəsmi adlarından da görmək mümkündür: Yunan Pravoslav Kilsəsi, Gürcü 
Pravoslav Kilsəsi və s. Hər avtokefal pravoslav kilsə öz yerli məclisini keçirərək 
qərarlar qəbul edir. Pravoslav kilsələrini sadəcə ortaq dini dəyərlər və ibadət 
şəkilləri birləşdirir.
Pravoslav aləmdə vahid dini mərkəz olmasa da, nüfuzuna görə 
Konstantinopol Ortodoks Kilsəsi ilk yerdə gəlir. Bu kilsənin rəsmi adı belədir: 
Ümumdünya Konstantinopol Patriarxatlığı.
Pravoslavlıqda əsas dini ayin liturgiya adlanır. Dini ayinlər milli dillərdə, 
daha çox onların arxaik formalarında yerinə yetirilir (məs.: Rus Pravoslav 
Kilsəsində ayinlər qədim slavyan dilində həyata keçirilir). İbadət zamanı 
məbədlərdə şam və buxur (ətirli tüstü. – Red.) yandırılır. Pravoslavlar sağdan 
sola üç barmaqla xaç çevirirlər. Onlarda daha çox səkkizguşəli xaç forması 
səciyyəvidir.
Pravoslav dünyada rahiblik geniş yayılıb. Bu xristian məzhəbində 
ruhanilər qara (rahib həyatı yaşayan) və ağ olmaqla iki qrupa bölünürlər. Qara 
ruhanilərə evlənmək qadağandır. Ağ ruhanilər isə yüksək dini rütbə alanadək 
evlənə bilər. Lakin ağ ruhanilərə boşanmaq və ya həyat yoldaşlarını itirsələr 
belə, təkrar evlənmək qadağandır.
Pravoslavlarda ən böyük dini bayram İsa Məsihin dirilməsi şərəfinə 
keçirilən Pasxadır. Bu dini bayram aprel və ya may aylarında yaz gecə-gündüz 
bərabərliyindən sonra ilk bazar günü keçirilir. Pasxadan sonra bu on iki dini 
bayram da pravoslavlıqda böyük əhəmiyyətə malikdir: İsa Məsihin Miladı, İsa 
Məsihin vəftiz olunma günü, Sreteniye (Rəblə qarşılaşma günü), Preobrajeniye 
(İsa Məsihin şəklini dəyişmə günü), Məryəm Ananın Mövludu, Müqəddəs 


91
DÜNYA DİNLƏRİ 
Məryəmin Qüds Məbədinə daxil olması günü, İsa Məsihin Qüdsə daxil olması 
günü, Blaqoveşşeniye (Məryəm Anaya xoş xəbərin verilməsi günü), Uspeniye 
(Müqəddəs Məryəm Ananın vəfatı günü) və İsa Məsihin çarmıxının qurulması 
günü. 
Pasxa və yuxarıda 
sadalanan on iki bayramdan 
başqa, pravoslavlar “müqəd-
dəs”lər, “möcüzəvi” ikona-
lar və əlamətdar dini hadisə-
lərə həsr olunmuş bir çox 
bayram qeyd edirlər. Hər 
yerli pravoslav kilsənin öz 
“müqəddəsi” vardır. Yerli 
kilsələr öz müqəddəslərinin 
şərəfinə 
bayramlar 
keçirirlər. Məsələn, Rus 
Pravoslav Kilsəsinin Bakı və 
Azərbaycan Yeparxiyasının 
müqəddəsi 

apostol 
Varfolomey sayılır. Hər il iyun ayının 24-də ölkəmizdə yaşayan rus pravoslavları 
Qız qalasının yanında yığışaraq, bu həvarinin şərəfinə dini ayin yerinə yetirirlər. 
Eyni zamanda, Azərbaycandakı rus pravoslavlar hər il noyabr ayının 2-də 
Müqəddəs Əzabkeş Bakılı İohannın xatirəsini yad edirlər. 
Protestantlıq
Mənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyası 
protestantlıqdır. Dünya üzrə protestantların sayı 800 milyon nəfərdən yuxarıdır. 
Protestantlığın meydana gəlməsi alman rahibi və ilahiyyatçısı Martin 
Lüterin (1483-1546) adı ilə bağlıdır. Belə ki, o, 31 oktyabr 1517-ci ildə 
Saksoniya knyazlığının inzibati mərkəzi olan Vittenberqdə “95 tezis”ini bəyan 
edir. Latın dilində yazılan bu sənədlə M.Lüter Roma Katolik Kilsəsində geniş 
yayılmış sui-istifadə hallarına qarşı çıxırdı. Alman ilahiyyatçısı cənnət qəbzinin 
(indulgensiya) satışını kəskin tənqid edir, keşişlərin Tanrı ilə insan arasında 
Bakıda yaşayan rus pravoslavları Müqəddəs 
Varfolomeyin anım mərasimini keçirərkən. 
“Jen Mironosits” rus pravoslav 
kafedral kilsəsi. 24 iyul 2016-cı il.


MULTİKULTURALİZMƏ GİRİŞ
92
vasitəçi ola bilməyəcəklərini deyir, Tanrı tərəfindən Roma Papasına günahları 
bağışlamaq kimi imtiyaz və səlahiyyətin verilmədiyini bildirirdi. O, “95 tezis”ində 
vurğulayırdı ki, insan kilsənin hökmü ilə deyil, yalnız imanı ilə xilas ola bilər. 
Əslində, M.Lüterin yeni bir məzhəb yaratmaq niyyəti yox idi. O, sadəcə 
Roma Katolik Kilsəsində islahatların aparılmasını tələb edirdi. Lakin “95 
tezis”in bəyanından sonra cərəyan edən tarixi proseslər sonunda yeni bir xristian 
məzhəbin yaranmasına gətirib çıxardı. Belə ki, Roma Katolik Kilsəsinin zülmü 
və katolik ruhanilərin hərisliyindən əziyyət çəkən alman əhalisi M.Lüterin 
ideyalarını dəstəklədi. 
1520-ci ildə Roma Papası “95 tezis”in müəllifini bidətçi elan etdi. Bununla 
yanaşı, Müqəddəs Roma İmperiyasının imperatoru V Karl (1500-1558) 1521-
ci ildə “Vorms edikti” adlı fərmana imza atdı. Həmin fərmanı imzalamaqla 
imperator M.Lüteri bidətçi və cinayətkar elan etdi, onun əsərlərinin nəşrinə və 
yayılmasına qadağa qoydu. Buna baxmayaraq, bəzi alman knyazları M.Lüteri 
müdafiə etdilər. Saksoniya kurfüstü (seçici knyazı) III Fridrix (1463-1525) isə 
ona himayəçılik etdi. 
1529-cu ildə 2-ci Şpeyer reyxstaqı (Müqəddəs Roma imperiyasında 
qanunverici məclis. – Red.) M.Lüteri cinayətkar sayan “Vorms edikti”ni 
təsdiqlədi. Bu səbəbdən 19 aprel 1529-cu ildə M.Lüterin tərəfini tutan altı alman 
knyazı və on dörd müstəqil şəhər etiraz əlaməti olaraq “Şpayer etirazı” və ya 
“Şpayer protesti” adlı sənədi reyxstaqa təqdim etdilər. Bundan sonra həmin 
sənədin adına uyğun olaraq, M.Lüterin tərəfdarları “etiraz edənlər” mənasına 
gələn protestantlar adını aldılar. 
M.Lüterin dini ideyaları XVI əsrdə Qərbi Avropada Roma Katolik Kilsəsi 
əleyhinə yönəldilən Reformasiya (İslahatçılıq) hərəkatının baş verməsinə səbəb 
oldu. Bu dini, ictimai-siyasi hərəkatın geniş vüsət alması nəticəsində Avropanı 
qanlı məzhəblərarası müharibə bürüdü. Ən əsası isə M.Lüterin “95 tezis”i yeni 
xristian qolunun – protestantlığın yaranmasına gətirib çıxardı. Zaman keçdikcə 
protestantlığın özü də müxtəlif dini cərəyanlara və təriqətlərə parçalandı. 
Müasir dövrdə protestantlıq olduqca mürəkkəb, rəngarəng və çoxcəhətli 
xristian konfessiyasıdır. Həmçinin günümüzdə bu xristian məzhəbi bəzi Qərb 
dövlətlərində hakim mövqeyə malikdir. 


93
DÜNYA DİNLƏRİ 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə