Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   67
Maili quyular

 
10.2. Baltanın fırlanma tezliyi 
 
Qazımanın mexaniki sürəti dağ süxurlarına ancaq güc 
təsiri ilə deyil, həmçinində balta dişlərinin quyudibi ilə 
qarşılıqlı təsir sürətilə də təyin edilir. 
Qazıma təcrübəsi göstərir ki, baltanın fırlanma tezliyi 
balta dişlərinin həmçinin də baltanın dayaq elementlərinin 


281 
yeyilmə intensivliyini təyin edir. Araşdırmalar göstərir ki, 
turbin qazıyıcısı ilə qazıma zamanı (baltanın fırlanma tezliyi 
600 – 700 dövr/dəq artıq olur) baltanın dayanıqlığı rotor qazıma 
üsuluna nisbətən (baltanın dövrlər sayı 50 – 100 dövr/dəq) bir 
qədər aşağı olur. Ona görə də baltanın fırlanma tezliyini seçən 
zaman qazıma prosesinin effektivliyini və süxurdağıdıcı alətin 
dayanıqlılıq xüsusiyyətlərini nəzərə almaq lazımdır. Əgər neft
layları kiçik və orta dərinliklərdə yerləşirsə, o zaman turbin 
qazıma üsulu daha sərfəlidir, çünki bu zaman baltanın artırılmış 
fırlanma tezliyi yüksək mexaniki sürətlə xarakterizə olunur. 
Qazıma kəmərinin az vaxt sərfilə endirilməsi və qaldırılması, 
ümumilikdə qazıma işlərinin qiymətini təyin edən yüksək reys 
sürətini almağa imkan verir. Deməli, turbin üsulu ilə çox dərin 
quyuların qazılması lazım olan effektivliyi vermir.
Qazıma məhlulunun vurulması ilə turbin qazıyıcısının 
valının fırlanma tezliyini tənzimləməklə balta gedişini artırmaq 
mümkün olmamış və lazım olan nəticə alınmamışdır. Qazıma 
məhlulunun sərfini azaltmaqla turbin valında kiçik sürət alınır, 
bu isə turbin qazıyıcısının dayanıqlı işləməsinə gətirib çıxarmır, 
belə ki, qazıma məhlulunun sərfi baltanın fırlanma tezliyi ilə 
mütənasibdir, fırlanma momenti isə qazıma məhlulunun 
sərfinin kvadratı ilə mütənasibdir. Qazıma məhlulunun sərfinin 
azaldılması fırlanma momentinin qiymətinin ciddi şəkildə 
azalmasına gətirib çıxarır və nəticədə kiçik dövrlərlə turbin 
qazıması çətinliklərlə müşaiyət olunur. 
Kiçik dövrlər sayına malik olan quyudibi mühərriklərin 
yaradılması və tətbiqi göstərir ki, ancaq mexaniki sürət və 
baltanın gedişi nisbətini təyin edən məhdud qazıma 
şəraitlərində tətbiqi, iqtisadi cəhətdən məqsədəuyğundur. 
Hal-hazırda bir çox neft rayonlarında yüksək və kiçik 
dövrlər sayına malik olan quyudibi mühərriklərin səmərəli 
tətbiq sahələri, həmçinin də iqtisadi cəhətdən rotor qazıma 
üsulunun sübutlu tətbiq sahələri təyin olunmamışdır. Ona görə 


282 
də baltanın səmərəli fırlanma sürətini seçmək qazımada əsas 
məsələlərdən biridir. 
Baltanın dövrlər sayı 
n
qazıma göstəricilərinə müxtəlif 
təsir göstərir. Əgər qazımada şaroşkalı baltalardan istifadə 
olunursa, o vaxt baltanın dövrlər sayının artması ilə balta 
dişlərinin quyu dibinə endirdiyi zərbələrin sayı, zərbənin 
endirilmə sürəti və zərbə yükünün dinamik əvəzləyicisi də artır. 
Bu da, öz növbəsində, qazımanın mexaniki sürətini 
m

yüksəldir. Eyni zamanda bu amillər baltanın quyu dibində 
işləmə müddətini azaldır, dövrlər sayının artması ilə balta 
dişinin süxurla təmas müddəti azalır. Süxurun dağılmasının 
səmərəliliyi azalır, bununla yanaşı, mexaniki sürət azalır. 
Vahid zaman ərzində (1 dəqiqədə) zərbələrin sayı 
ş
d
D
n
eZ
m


ş

burada 

e
şaroşkaların sayı; 

ş
Z
şaroşka dişlərinin sayı; 

ş
d
,
D
uyğun olaraq balta və şaroşkanın diametrləridir.
Qopan süxur həcmini 
h
V
qəbul etsək, onda vahid zaman 
ərzində dağılan süxurun həjmi 1 dəqiqə ərzində 
ş
ş
h
d
D
n
eZ
V
V


1
1 saat ərzində 
60
1



ş
ş
h
d
D
n
eZ
V
V
Dağıdılmış süxurların həcminə nəzərən qazımanın 
mexaniki sürəti 


283 
2
1
2
1
785
0
60
4
60
D
,
V
D
V
V
m





;
Baltanın bir dövrdəki gedişini 

ilə işarə etsək 
3
2
27
1
785
0
ş
ş
h
ş
ş
ş
h
d
D
n
eZ
V
,
d
,
d
D
n
eZ
V






Onda qazımanın mexaniki sürəti 
n
m






sabit olan halda baltanın dövrlər sayı artdıqca 
mexaniki sürət düz xətt qanunu ilə artır (şəkil 10.4). Bu halda 

n
nin böyük intervalda dəyişməsi almazlı baltalarla bərk 
kövrək süxurların dağılması üçün səciyyəvidir. 
Şaroşkalı baltalarla kövrək-plastik və əsasən plastik 
süxurları qazdıqda 

n
nin artması ilə 


nın dəyişməsi 
müşahidə olunur (əyri 2), yəni A nöqtəsinə qədər 

və 
m



n
nin artması ilə artır. Sonra isə B nöqtəsinə qədər 

n
nin artması 
ilə 

azalır, 
m

isə artmaqda davam edir. 
2
kr
n
n

olduqda 

və 
m

azalır. Bu onunla əlaqədardır ki, 

n
nin artması ilə B 
nöqtəsindən sonra balta dişinin süxurla təmas müddəti kiçilir
dişin süxura zərbələrinin sürəti artır, süxurun dağılmağa 
göstərdiyi müqavimət bir qədər artır. Süxurun plastiklik xassəsi 
azalır. Bu halda qazıma kəmərinin titrəyişi artır, quyu dibində 
qazıma məhlulunun hərəkət xarakteri dəyişir, qazıma kəmərinin 
boş fırlanmasına sərf olunan güc artır. 


284 
Şəkil 10.4. 
m

=f(n), 

= f(n)asılılıqları: 
1 – almazlı balta ilə bərk və kövrək süxurları qazıdıqda; 
2 – şaroşkalı balta ilə elastik-plastik süxurları qazıdıqda. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə