Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017


 Maili və üfüqi quyuların yuyulması üçün qazıma  məhlulunun sərfi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   67
Maili quyular

 
10.3. Maili və üfüqi quyuların yuyulması üçün qazıma 
məhlulunun sərfi 
 
Quyunun yuyulma intensivliyinin təyin olunması zamanı 
quyu dibinin doğranmış süxur hissəciklərindən təmizlənməsi 
əsas rol oynayır. Maili və üfüqi quyularda qravitasiya 
qüvvəsinin təsiri altında süxur hissəcikləri lülənin aşağı 
hissələrinə və quyu dibinə yığılır. Ona görə də, nəzərə almaq 
lazımdır ki, quyudibi ətrafı zona sirkulyasiya seli ilə maksimum 
dolmalıdır. 
Qazıma məhlulunun quyu dibinə həddən artıq vurulması 
istənilməyən hallara gətirə bilər, məsələn, dayanıqsız süxurların 
qazılmsı zamanı quyu divarının yuyulması. Doğranmış süxur 
hissəcikləri maili və üfüqi lülədə quyu lüləsinin aşağı yatan 
hissəsində qazıma məhlulunun orta dövran sürətindən kiçik 
sürətlə yuxarı qalxır. 
Quyu lüləsinin yuxarı quyu divarı hissəsi ilə az çirklənmiş 
qazıma məhlulu qalxır. Onun qalxma sürəti qazıma məhlulunun 


285 
orta dövran sürətindən böyük olur. Bunları nəzərə alaraq, maili 
və üfüqi quyulara qazıma məhlulunu böyük sürətlə vurmaq 
lazımdır, nəinki şaquli quyulara. Rotor üsulu ilə qazıma 
təcrübəsi göstərir ki, qazıma məhlulunun sərfini müəyyən həddə 
qədər artırılması, qazımanın mexaniki süərtini artırır. Quyuların 
yuyulması müəyyən dərəcədə qazıma sürətini və quyu lüləsinin 
keyfiyyətini təyin edir. 
Nasosun sərfi quyudibinin təmizlənməsi və baltanın işlək 
hissələrinin soyudulması, doğranmış süxur hissəciklərinin yer 
səthinə qaldırılması, hidromonitor tipli baltaların və hidravliki 
quyudibi mühərriklərin effektli işləməsi üçün kifayət dərəcədə 
olmalıdır. 
Quyudibinin 
təmizlənməsi 
və 
baltanın 
soyudulmasının təmin edilməsi şərtindən nasosun sərfi 
aşağıdakı ifadədən təyin edilə bilər. 
Q
1
=0,785q
xüs
·
Burada, q
xüs
– quyudibinin vahid sahəsinə düşən maye 
sərfidir (q
xüs
=0,50÷0,65 m/s; 
D
b
– baltanın diametridir. 
Hidromonitor tipli baltadan istifadə olunduqda nasosun 
sərfi 80-130 m/s intervalında hidromonitor selinin sürətini 
təmin etməlidir, onda 
Q
2
=(80-130)F

burada, F
b
– baltanın borucuqlarının sahələrinin cəmidir
m
2

Dağıdılmış süxur hisssciklərinin yer səthinə qaldırılmasını 
təmin 
etmək 
və 
süxur 
hissəcikləri 
ilə 
quyudibinin 
çirklənməsinin qarşısını almaq üçün nasosun sərfi aşağıdakı 
şərti təmin etməlidir: 


286 
= 0,785(
+ )(

)
Burada, 
- hərəkət edən maye selində bərk hissəciklərin 
həqiqi tarazlıq şərtini nəzərə alan əmsal, 
= 1,14

- qazıma kəmərinin fırlanmasını nəzərə alan əmsal,
= 0,73 ÷ 0,83

- kavernaları nəzərə alan əmsal; 
u
- hissəciyin mayedə çökmə sürəti,
=
(

)/

– silıindrik formalı qırıntılar üçün forma əmsalı, 
= 3 ÷ 4
, lövhə formalı qırıntılar üçün 
= 2 ÷ 3

– bərk hissəciyin orta diametri, m; 
və 
– uyğun olaraq bərk hissəciyin və məhlulun 
xüsusi çəkidi, N/m
3

İzafi sürət 
c
bərk hissəciyin məhlulda buraxıla bilən 
konsentrasiyası şərtindən təyin olunur: 
c=v
m
F
3
/F
b.a.f.

Burada, v
m
– balta gedişinin mexaniki sürəti, m/s; 
F
3
və F
b.a.f 
– uyğun olaraq quyudibinin və boruarxası 
fəzanın sahələri, m
2

k – quyudan çıxan mayedə süxur hissəciklərinin buraxıla 
bilən həcmi konsentrasiyası, k = 0,02. 
Qazıma kəmərinin hesablanmış xarici diametri d
x
quyunun 
faktiki diametrinə uyğun qəbul olunur. 
Maili və üfüqi quyularda süxur hissəciklərinin yerin 
səthinə qaldırılmasını yaxşılaşdırmaq üçün yuxarı qalxan maye 


287 
selinin turbulentliyini təmin etmək məqsədəuyğundur. Qazıma 
kəməri fırlanmayan zaman yuxarı qalxan maye selinin sürəti
turbulent olan halda aşağıdakı ifadədən təyin oluna bilər: 
= (47 ÷ 54)
/
Burada, – dinamik sürüşmə gərginliyi, Pa; 
– mayenin xüsusi çəkisi, N/m
3

Çoxillik 
təcrübəyə 
əsasən 
müəyyən 
edilmişdir 
ki,boruarxası fəzada qazıma məhlulunun sürətini (m/s) quyu 
divarında yerləşən süxurların növündən asılı olaraq aşağıdakı 
intervallarda müəyyən etmək lazımdır. 
Püskürmə süxurlarda və karbonatlı dayanıqlı süxurlarda
0,7 – 1,0. Gilli süxurlarda, qumdaşlarda 0,9 – 1,3 
Tektonik pozulmalara məruz olmuş gilli süxurlarda,
uçmaya və tökülməyə meyilli süxurlarda 1,3 – 1,5 
Baltaya geydirilmiş kiçik diametrli hidromonitor borucuq 
ancaq quyu dibinin tmizlənməsini yaxşılaşdırmır,həmçinində 
quyudibi süxurların dağıdılmasına köməklik edir.Araşdırmalar 
göstərir ki,maye selinin borucuqdan çıxma sürəti 50-60 m/san –
dən az oımazsa ,onda onun təsiri effektli olur.Yumşaq 
süxurlarda maye selinin hidromonitor təsir sürəti artdıqca 
,qazımanın mexaniki sürətidə artır.Maye selinin sürəti 100 
m/san və ondan yuxarı olduqda maye seli ancaq quyudibi 
süxurları 
dağıtmır,həmçinində 
süxur 
hissəciklərindən 
quyudibinin təmizlənməsini artırır,buda baltaya verilən oxboyu 
yükün artırılması üçün şərait yaradır.
Qazıma prosesində quyuda qazıma məhlulunun fasiləsiz 
dövranı, 
quyu 
dibinin 
yaxşı 
təmizlənməsini, 
baltanın 
soyudulmasını təmin etməli, süxurun dağıdılmasına kömək 
etməlidir. Qazıma məhlulunun sərfinin Q, qazımanın mexaniki 
sürətinə təsiri 
 
Q
f
m


şəkil 8.5-də göstərilmişdir.


288 
Qazıma baltasının təzə olması və quyu dibinin doğranmış 
süxur hissəciklərindən tam təmizlənməsi halında qazımanın 
mexaniki sürəti qazıma məhlulunun sərfindən asılı olaraq 
demək olar ki, düz xətt qanununa uyğun olaraq artır (şəkil 10.5. 
I sahə). 
Praktiki olaraq qazıma məhlulunun sərfi lazım olan həddə 
çatdıqda (
1
Q
Q

), baltanın quyu dibində yaxşı soyumasına, 
baltanın və quyu dibinin yaxşı təmizlənməsinə, qazıma 
məhlulunda süxur hissəciklərinin miqdarının və boruarxası 
fəzada məhlulun sıxlığının, həmçinin quyu dibinə təsir edən 
hidrostatik təzyiqin azalmasına baxmayaraq, qazımanın 
mexaniki sürəti çox kiçik templə də olsa arta bilər (II sahə). 
V.S. Fyodrov isbat etmişdir ki, qazıma məhlulunun 
miqdarının optimal həddən çox olması, qazımanın mexaniki 
sürətini praktiki olaraq artırmır. Qazıma məhlulunun sərfinin 
sonrakı artımında, yəni 
max
Q
Q

olduqda boruarxası fəzada 
hidravliki itkilərin dəf olunmasına sərf olunan təzyiq itkisi artır 
və nətijədə ümumi hidravliki təzyiqin quyu dibinə təsiri artır, bu 
isə qazımanın mexaniki sürətinin azalmasına gətirib çıxarır.
Praktiki olaraq bu hal çox az əldə olunur (III sahə). Quyu 
hidravliki mühərriklə qazılan zaman qazıma məhlulunun sərfi 
onun iş xarakteristikasını təyin etdiyindən qazımanın mexaniki 
sürətinə 
1
Q
Q

olduqda çox təsir göstərir. 
Quyu dibinin təmizlənməsini yaxşılaşdırmaq üçün 
qazıma məhlulunun sərfini normadan yuxarı artırmaqdansa, 
qazıma məhlununun reoloji xassələrini yaxşılaşdırmaq balta 
oymaqlarından 
çıxan 
maye 
şırnağının 
quyudibinə 
yönəldilməsini və sürətini səmərəli təşkil etmək daha yaxşıdır. 
Qazıma məhlulunun əsas parametrlərinin mexaniki sürətə 
təsirini aşağıdakı qrafiklərdəki kimi izah etmək olar (şəkil 
10.6). 


289 
Eyni qazıma şəraitində məhlulun sıxlığı 

, məhlulda bərk 
hissəjiklərin olması 
f
.
a
C
və şərti özlülüyün artması qazımanın 
mexaniki sürətinin azalmasına, suvermənin artması isə 
mexaniki sürətin düz xətt üzrə artmasına səbəb olur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə