Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017


və  quyuların tamamlanması üçün əlavə quyu daxili avadanlıq  istifadə etmədən keçinmək olar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   67
Maili quyular

 
və 
quyuların tamamlanması üçün əlavə quyu daxili avadanlıq 
istifadə etmədən keçinmək olar. 
 
13.2. Yan lülələrin qazılma texnologiyası. 
Qazılacaq yan lüləli quyunu hazırlamaq üçün aşağıdakı 
işləri görmək lazım gəlir: 
-
əsaslı təmir üçün qurğunun sökülməsi; 
-
quyudibi avadanlığın NKB-ilə qaldırılması; 
-
quyunu kənar cisimlərdən təhlükəsiz təmizlənməsini 
aparmaq üçün perforasiya zonasına sement məhlulunun 
vurulması; 


324 
-
qoruyucu kəmərin vəziyyətinin qiymətləndirilməsi üçün 
karotaj.
Yan lülələrin qazılması əsasən istismar obyektinin və 
qoruyucu kəmərin fəza vəziyyətini dəqiqləşdirmək üçün 
giroskoplu inklinometr və karotaj cihazı endirilir.
Bu məlumatların əsasında qoruyucu kəmərdə frezerlənmə 
dərinliyi seçilir və yan lülə qazılır. Seçilmiş intervalda 
boruarxası fəzada sement halqasının ölçülməsi və yoxlanılması
aparılır, əgər boruarxası sement halqası pis vəziyyətdədirsə, 
onda frezerlənmədən sonra hərəkət edən genişləndirici 
vasitəsilə açıq intervaldan köhnə sement halqası təmizlənir və 
çıxarılır, belə halda eyni vaxtda quyu lüləsinin diametridə 
genişlənir.
Şaquli 
intervaldan 
yan 
lülə 
qazılan 
zaman 
inhirafetdiricinin istiqamətləndirilməsi maqnit ölçənlə yerinə 
yetirilirsə, onda quyu lüləsində təqribən uzunluğu 18 m olan 
interval kəsilərək qoruyucu kəmərdən azad edilir. Əgər QKAH-
nin istiqamətləndirilməsi üçün giroskop kompas istifadə 
olunursa onda frezerlənmə hissəsinin uzunluğu azala bilər. 
Quyunun açıq lülə hissəsi möhkəm sement körpüsü ilə bağlanır 
və yan lülə qazılır (şəkil 13.7). 
Qoruyucu kəmərin perimetr boyunca kəsilməsinin mənfi 
cəhətləri vardır; əgər yan lülənin qazılması üçün möhkəm 
sement körpüsünə yüksək tələbatın qoyulmasıdır, sonra ora 
daxil olmaq lazım gəlirsə onda qoruyucu kəmərin aşağı 
hissəsinin yuxarı ucunun tapılması çətinliyidir. Bir çox hallarda
süxur hissəciklərinin quyudan çıxarılması şərtilə qazımanın 
mexaniki sürəti məhdudlaşdırılır, üfüqi quyularda isə şlamın 
qaldırılması daha çətin olur. 
Qoruyucu kəmərin frezerlənməsi zamanı quyunu polimer 
qazıma məhlulu ilə yumağa daha çox üstünlük verilir, nəinki 
gilli qazıma məhluluna. Borunun frezerlənməsi zamanı 
karbohidrogen əsaslı qazıma məhlulu ümumiyyətlə məsləhət 


325 
görülmür-səbəbi yəqin yanğın baş verməsi ehtimalının 
olmasıdır. 
A B C Ç D 
Şəkil 13.7. Qoruyucu kəmərin perimetr boyunca
frezerlənməsi. 
Qoruyucu 
kəmərin 
bütün 
perimetr 
boyunca 
frezerlənməsinə alternativ olan üsul, boruda pəncərənin 
açılmasıdır. Bu uipstokun endirilməsini və bir neçə etapda 
pəncərənin açılmasını tələb edir (şəkil 13.8)
Uipstok lazım olan istiqam
ə
td
ə
b
ə
rkidilir v
ə
ondan sonra 
birinci frezerl
ə
onu saxlayan sancaq (şpilka) k
ə
silir. Bundan 
sonra qazıma k
ə
m
ə
rini fırlatmağa başlayırlar, bu zaman 
frezerin b
ə
rk materialdan hazırlanmış k
ə
sici başlıqları 
qoruyucu k
ə
m
ə
rin divarına daxil olur. Sonrakı etapda qoruyucu 
k
ə
m
ə
rin divarına yön
ə
l
ə
n uipstokun maili müst
ə
visin
ə
sıxılan 
xüsusi balta il
ə
p
ə
nc
ə
r
ə
k
ə
silir v
ə
onun arxasınca süxur 
qazılır. Konus ş
ə
killi frezerl
ə
p
ə
nc
ə
r
ə
genişl
ə
ndirilir v
ə
k
ə
narları hamarlanır. Onun üstünd
ə
AQB-nun altında bir v
ə
ya 
iki ellips formasında frezer yerl
ə
şdirilir. 


326 
A B C Ç D E 
Şəkil 13.8. Qoruyucu kəmərdə pəncərənin açılması. 
Qoruyucu kəmərdə pəncərənin açılması əməliyyatı 
aşağıdakı ardıcıllıqla aparılır: frezerdə inhirafetdirici qüvvə 
yaradan quyudan çıxarılan inhirafetdirici tətibatın (uipstokun) 
quyuya endirilməsi və istiqamətləndirilməsi (A), Uipstok lövbər 
ilə təyin olunduqdan sonra onu saxlayan sancağın (şpilkanın) 
kəsilməsi yerinə yetirilir və birinci frezer qoruyucu kəmərdə bir 
neçə düym ölçüdə pəncərə kəsir (B).
Sonrakı frezer pəncərənin kəsilməsində əsas işi yerinə 
yetirir və ellips şəkilli frezerlə birlikdə endirilir, həmin frezer 
pəncərəni genişləndirir və onun kənarlarını hamarlayır (C). 
Kəmərdə pəncərə açıldıqdan sonra şaxələnən quyunu qazımağa 
başlayırlar (Ç).
Uipstok yan lüləni qazıyıb qurtarmaq üçün avadanlıq və 
QKAH-ni yönəltmək məqsədilə istifadə olunur (D).
Yan lülə qazılıb qurtardıqdan sonra aşağıdakı laya keçidi 
təmin etmək üçün uipstoku çıxarmaq olar (E). 
Qoruyucu kəmərdə pəncərə kəsilməsiylə müqayisədə 
kəmərin en kəsiyi boyunca kəsilməsi bir çox üstünlüklərə 
malikdir: giroskop kompasının istifadəsinin lazımlılığı aradan 


327 
çıxır, istismar obyektinə yaxın yerdən əyriliyi yığmaq imkanı 
olur, frezerlənməni bir dəfəyə yerinə yetirmək olar. Digər 
tərəfdən pəncərənin kəsilməsi zamanı məcburi inhirafı təmin 
edən uipstok istifadə olunur, ancaq uipstokun və QKAH-nin 
istiqamətləndirilməsi üçün giroskop kompasının bir neçə dəfə 
endirilməsi tələb olunur. Bundan başqa pəncərənin açılması 
müxtəlif tip frezerlərlə yerinə yetirilməsi tələb olunur, QKAH 
elementlərinin yerləşdirilməsi naminə əyriliyin yığılmasını bir 
qədər yuxarıdan başlamq lazım gəlir. 
Qoruyucu kəmərin kəsilməsi və ya pəncərə açılması 
üsullarından hansı belə istifadə olunsa, boruarxası süxura 
çıxdıqdan sonra əlavə seçim imkanı yaranır. Orta radiuslu 
ənənəvi əyriliklə qazımadan başqa, yan lülə qazılması 
effektivliyini artıra bilən bir neçə üsullar vardır. Kiçik radiuslu 
əyriliyə malik qazıma, elastiki borular kəmərindən istifadə 
etməklə qazıma və çoxlüləli quyuların qazılması. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə