Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017


 Müxtəlif görünüşlü quyuların və yan lülələrin yazılış  terminləri.  İstiqamətləndirilməyən yan lülə –



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   67
Maili quyular

 
13.1. Müxtəlif görünüşlü quyuların və yan lülələrin yazılış 
terminləri. 
İstiqamətləndirilməyən yan lülə – 
quyunun yan lüləsi 
qazılan zaman telesistemin köməyilə quyu trayektoriyasına 
nəzarət olunmayan ixtiyari azimut istiqamətində qazılır.
Maili istiqamətlənmiş yan lülə – 
verilmiş azimut 
istiqamətində
 
və verilmiş zenit bucaqlı layihə trayektoriyasına 
uyğun qazılmış yan lülədir. Maili istiqamətlənmiş yan lülə 
qazılan zaman, real vaxt rejimində quyunun yan lülə 
trayektoriyasına nəzarət və onun idarə olunması telesistemin 
köməyilə yerlnə yetirilməlidir. 
Üfüqi yan lülə – 
Zenit bucağı
 
80
0
– dən böyük intervalı 
olan maili istiqamətlənmiş yan lülə. 
Üfüqi şaxələnmiş quyu - əsas lülədən və bir və ya bir neçə 
yan lülə ayrılmış quyudur.Üfüqi şaxələnmiş quyuları çoxlüləli 
(ÇLQ) və çoxdibli quyulara (ÇDQ) ayırmaq olar. 
Çixlüləli quyu (ÇLQ)
- əsas lülədən və müxtəlif 
məhsuldar laylara şaxələnən bir və ya bir neçə yan lülülərdən 
ibarət olan quyudur,bu zaman yan lülələrin əsas lülə ilə kəsişmə 
nöqtələri açılacaq laydan yuxarıda yerləşməlidir. 
Çoxdibli quyu (ÇDQ)
- əsas üfüqi lülə və məhsuldar layın 
içərisində ondan şaxələnən bir və ya bir neçə yan lüləli 
quyudur. 
Son zamanlarda neft sənayesinin inkişafının aktivləşdiyi 
bir vaxtda köhnə neft və qaz yataqlarının həyata qaytarılması 
ideyası yarandı. Beləki, optimal qərarın qəbul olunması üçün 


318 
neft sənayesi sahəsinə xarakterik olan və hazırki elmi-texniki 
baxışlardan kənara çıxan, geniş profilə malik ixtisasçılar lazım 
idi. Son onilliklərdə mədən servis işlərinin yeni texnologiya və 
strategiyası kömək etdi ki, neft çıxaran şirkətlər ümumi bir fikrə 
gələ bildilər. Bu, qazılmış quyuları olan köhnə mədənlərə yeni 
həyat vermək.
Neftə artan təlabat servis şirkətlərini məcbur etdi ki, neft 
çıxarmağa və məhsuldar layın vəziyyətinə nəzarəti həll edəcək 
ümumi problemlərin siyahısını genişləndirsin. Misal üçün 
qazıma sahəsində çoxlüləli quyuların qazılması, texniki sahədə- 
elastiki borularla qazıma, kiçik ölçülü telemetrik sistemlər və 
yan lülələrin tamamlanması üçün xüsusi avadanlıqlar, yataqlara 
qoyulan maliyə vəsaitlərini tezliklə qaytarmaq variantlarınının 
seçilməsini genişləndirdi. Hansı variant daha yaxşı və sərfəlidir, 
onu hansı quyulara və necə tədbiq etmək lazımdır.
Bu tip suallara cavab axtararkən neft şirkətləri çoxprofilli 
işlərin görülməsi məqsədilə təşkilatı dəyişikliklər etdilər və 
bunun nəticəsində laydan neft istismrını artırmaq üçün yeni 
üsullar tapıldı, bunlardan da biri istismarı zəifləmiş yataqlarda 
köhnə quyulardan yan lülə qazılması oldu.
Bu zaman Şlümberje şirkəti tərkibində, sürətlə inkişaf 
edən neft sənayesində yan lülələrin qazılması məsələsinin həlli 
üçün RAPİD qrupu yaradıldı. RAPİD qrupu çərçivəsində 
görülən işlər mühəndis təcrübəsinə əsaslanmışdır. Burada 
yataqların işlənməsi, bütün tip quyular daxil olmaqla qazıma, 
qazıma məhlulları, petrofizika və quyuların tamamlanmasının 
layihələndirilməsi əsas məsələlərdən biri idi (şəkil 13.1). 
Qazıma texnologiyasının təkmilləşdirilməsi quyuların 
sayını artırdı, onlardan kiçik və orta radiuslu yan lülələrin 
qazılması, həmçinində adi və ya elastiki boruları tədbiq etməklə 
çoxdibli (ÇDQ) və çoxlüləli (ÇLQ) şaxəli quyular qazılmağa 
başlandı. 


319 
Şəkil 13.1. Yan lülələrin qazılması sistemi. 
Köhnə quyulara qayıtma. 
Əlavə neft almaq üçün köhnə quyulara qayıtmaq təzə üsul 
deyil. Neft şirkətləri XX-əsrin 50-ci illərinin ortalarından 
başlayaraq çirklənmiş kollektorları yandan keçmək və ya 
quyuda mexaniki maneələri keçərək yeni quyu qazımaqla 
müqayisədə iqtisadi cəhətdən əlavə gəlir əldə etmək üçün köhnə 
quyulara qayıdırdılar və yan lülələr qazırdılar. Yan lülələrin 
qazılması 
qazıma 
texnologiyasının 
və 
quyuların 
möhkəmləndirilməsinin təkmilləşdirilməsinə borcludur. 
Yan lülənin qazılması üfüqi quyu tikintisinin qiymətini 
azaldır. Quyuda istismarın həcminin artmasından əlavə, üfüqi 
yan lülənin qazılması əvvəlki işlənmə zamanı toxunulmayan 
zonalardan karbohidrogenləri götürməyə imkan verir(şəkil 
13.2). 
Köhnə istismarda olan adi və ya üfüqi quyudan çox lüləli 
şaxələnmə məhsuldar layın açılma şəraitini yaxşılaşdırır və yan 
lülələr həmin quyudan veer şəklində aralanır (şəkil 13.3). 


320 
Şəkil 13.2. Toxunulmamış istismar laylarından neftin 
çıxarılması. 
Əgər quyu qaz papağını açır və ya onun yaxınlığından 
keçirsə, həmçinində altlıq su olduqda onda qazın və suyun 
olması quyuda çıxardığımız məhsulun miqdarını artırır. Qaz 
papağının olmadığı halda su keçidinin vaxtının uzadılması 
ancaq məhsuldar intervalın yuxarı hissəsinin perforasiya 
oiunmasıdır.
Şəkil 13.3.Yan lülələr seti hesabına istismarın artırılması. 


321 
Neft və qazın izolə olunmuş kiçik sahələri böyük inhiraflı, 
həmçinində çoxlüləli quyularla açıla bilər (şəkil 13.4). 
Şəkil 13.4. Xırda layların istismar effektivliyinin 
yüksəldilməsi. 
Belə ki, bir çox hallarda depresiya vasitəsilə yaranan
flüidlərin radial axını zamanı, perforasiya zonasına suyun 
sorulması kifayət edir konus şəklində olsun (şəkil 13.5).
Perforasiy deşiklərinin aşağı hissəsinə çatdıqda, su böyük 
hərəkət sürətinə malik olduğundan quyunun əsas məhsuluna 
çevrilə bilər. 
Şəkil 13.5. Su konusunun yaranması. 


322 
Üfüqi quyu lüləsi məhsuldar layın tavanına yaxın yerləşir, 
ona görədə quyu oxuna perpendikulyar olan təzyiq düşgüsü 
suyun qlxmasını konus şəklində yox, üçbucaq şəklində edir 
(şəkil13.6). Belə bir prizmanın yaranması üçün daha çox neft 
sıxışdırmaq lazımdır, nəinki konusun yaranması üçün,bu zaman 
su axınının həndəsi xarakteristikası hesabına layın ötürmə 
qabiliyyəti artır. 
Şəkil 13.6. Suyun prizmatik yal (təpə) yaratması. 
Quyuya qum daxil olmağa meyilli çöküntülərdə üfüqi 
lülənin qazılması qumla mübarizə üçün istifadə olunan çox 
bahalı çınqıllı süzgəcin quyuya endirilməsinin lazımlılığını 
aradan qaldırır. Şaquli quyulardan fərqli olaraq üfüqi quyular 
laya mümkün qədər az təsir edən zaman lazım olan miqdarda və 
ya daha çox məhsul götürməyə imkan verir. 
Ümumiyyətlə üfüqi quyular istismar həcminə görə şaquli 
quyuları 3 – 4 dəfə bəzi hallarda 7 dəfə və daha çox keçmişdir. 
Bundan əlavə qaz papağının və ya su
altlıqlarının
olduğu sahə-
lərdə (və ya birlikdə) üfüqi quyular çıxarılan ehtiyyatı daha da 


323 
artırır. Yan lülənin qazılması istismarı artırmaq üçün bütün 
quyulara tədbiq olunan yaxşı üsul sayılmır. 
Yan lülələrin qazılma üsulları 
O vaxtdan ki, yan lülələrin qazılması optimal texniki 
vasitə kimi qəbul olundu, onda sual olunur ki, hansı qazıma 
kəmərindən, adi və ya elastiki (tez əyilən) borulardan istifadə 
etmək lazımdır. İstismar dövründə özüllərdə qazıma qurğusu 
olmadığından, yan lülənin məhsuldar laya qazılmasını NKB-
dan və ya böhran (depresiya) ilə qazımanı elastiki borunun 
köməyilə aparmaq iqtisadi cəhətdən daha effektli olar. Böhranla 
(depresiya) ilə qazıma məhsuldar layın kollektorluq xassələrini 
saxlamağa və qazımanın mexaniki sürətinin artmasına köməklik 
edir.
 
Köhnə quyulardan yan lülərin böyük əksəriyyətini adi 
qazıma borularından istifadə etməklə, böyük (150 m-dən çox) 
və ya orta (60-150 m) əyrilik radiusları ilə qazırlar. Son 
zamanlar kiçik əyrilik radiuslu (12-30 m) yan lüləli quyuların 
qazılmasına daha çox üstünlük verilməsi hiss olunur. Kiçik 
radiuslu şaxələnməni qazımaq üçün şarnirli elementi olan 
QKAH-i lazım gəlir. Belə yan lülələrin qazılması dayanıqlı 
süxurlarda xüsusən effektlidir, belə ki, qoruyucu kəmər

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə