Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67
Maili quyular

Bir neçə yan lülə qazımaq üçün sistem. 
Çox lüləli qazıma zamanı bir neçə üfüqi lülə , bir və ya bir 
neçə məhsuldar laya yerləşdirilir (şəkil 13.12). 
 
Şəkil 13.12. İstismarı artırmaq üçün çoxlüləli qazıma. 
Gücdən düşmüş zonalarda (yuxarıdakı şaxələnmə) 
çoxlüləli set quyunun məhsuldar layla əlaqə məsafəsini artırır 
və laya lazım olan böhran (depresiya) səviyyəsini azaldır. Əsas 


332 
quyu lüləsindən izolə olunmuş layları açmaq üçün bir neçə yan 
lülə qazımaq olar (ortadakı şaxələnmə). Çatlı laylarda bir-
birinin əksi istiqamətində iki yan lülə qazılır, həmin lülələr 
çoxlu sayda çatlarla görüşür (aşağıdakı şaxələnmə). 
13.4. Çoxlüləli quyuların tamamlanması. 
Çoxlüləli 
quyuların 
tamamlanmasının 
beynəlxalq 
klasifikasiyası TAML (Complexity Ranking). 
Səviyyənin artması ilə mürrəkəblik səviyyəsidə artır.
Səviyyə 1 
Əsas quyu lüləsi və yan şaxələrin lülələri qoruyucu 
kəmərlə möhkəmləndirilmir və ya hər bir lülədən quyruq 
kəməri asılır. Ayrılmaların möhkəmliyi və onun hidravliki 
izolyasiyası bütövlükdə ayrılan hissədə süxurun xassələrindən 
asılıdır
Səviyyə 2 
Əsas quyu lüləsi qoruyucu kəmərlə möhkəmləndirilib, yan 
lülə açıq dibə malikdir və ya quyruq kəmərilə (süzgəclə) təmin 
olunub. Ayrılan hissə hidravliki izolyasiya olunmayıb. 


333 
Səviyyə 3 
Əsas lüləyə qoruyucu kəmər endirilib və arxası 
sementlənib, yan lüləyə qoruyucu kəmər endirilib və arxası 
sementlənməyib 
(ayrılan 
nöqtədə 
möhkəmləndirmə 
sementlənməmiş mümkündür). 
Səviyyə 4 
Quyunun əsas və yan lülələrinə qoruyucu kəmər endirilib 
və arxası sementlənib (yan lüləyə süzgəcli quyruq kəməri 
endirilib) 
Səviyyə 5 
Quyunun əsas və yan lülələrinə qoruyucu kəmər endirilib 
və arxası sementlənib (istismar üçün texnoloji avadanlıqlar 
pakerin köməyilə bərkidilir). Ayrılmalar hermetikdir. 


334 
Səviyyə 6 
Əsas lülə ayrılıqda istismar üçün dib ayrılmasına və 
avadanlıqların bərkidilməsinə malikdir. Ayrılma hermetikdir. 
(Hermetiklik üçün ancaq sementdən istifadə etmək bəs deyil). 
Şəkil 13.13. TAML-a görə səviyyələrin mürəkkəbliyi 
haqqında daha aşkar görünüş. 


335 
13.5. Çoxdibli quyuların qazılması. 
Çoxdibli neft və qaz quyularının qazılması zamanı 
məhsuldar lay içərisində quyu lüləsinin əlverişli uzunluğu artır 
və nəticədə, drenaj zonası və süzülmə səthi də böyüyür.
Bəzi hallarda yatağın kəsilişinin aşağı hissəsində quyu 
dibinin açıq şəkildə istismarına yol verilir. Bu halda əsas lülənin 
məhsuldar lay üzrə bir-birindən kəskin surətdə yana və 
müəyyən məsafəyə uzaqlaşmış lülələrin şaxələnməsi nəzərdə 
tutulur. 
Çoxdibli o quyular adlanır ki, ümumi bir lülənin aşağı 
hissəsindən maili və üfüqi quyular şaxələnmiş olsun. Quyu 
lülələrinin sayı iki və daha çox ola bilər. 
Çoxdibli quyular aşağıdakı tiplərdə olur: 
- maili-istiqamətlənmiş şaxəli quyular; 
- üfüqi şaxələnmiş quyular; 
- radial quyular. 
Çoxdibli 
quyuların 
qazılmasında 
standart 
qazıma 
avadanlıqları istifadə olunur. Bir çox parametrlərə görə 
əsasəndə üfüqi istiqamətli lülələrdə kəskin əyintilər olan zaman 
müqavimət qüvvələri nəzərə alınmaqla bu texnikanın gücü və 
yükqaldırma göstəriciləri təyin olunur. Bu kriteriyaların düzgün 
yerinə yetirilməsi qazıma və qoruyucu kəmərlərin normal işini 
təmin edir.
Ümumiyyətlə çoxdibli quyular (ÇDQ) aşağıda göstərilən 
geoloji şəraitdə qazılır: 
- aşağı lay təzyiqli neft yataqlarını istismar etmək üçün; 
- yüksək özlülüklü neft olduğu halda köhnə istismar 
olunmuş layları istismar etmək üçün; 
- təbəqəli məhsuldar laylarda; 
- kömür laylarında deqazasiya zamanı 
- açıq fontanları və yanğınları söndürən zaman. 


336 
Çoxdibli quyuların quruluşuna aşağıdakı əsas tələblər 
qoyulur: 
- əsas quyu lüləsindən şaxələnmiş quyu lülələrinin dibinə 
alətin inhirafetdirici hissəsi sərbəst keçməlidir; 
- quyu lüləsinin bütün intervallarında maksimum 
intensivlikli quyunun əyilməsi imkanı olmalıdır; 

imkan 
daxilində 
quyu 
lüləsində 
geofiziki 
və 
inklinometrik işlərin görülməsi mümkün olmalıdır. 
Əsas lülədən müxtəlif hündürlükdə məhsuldar layın 
tavanından, bir-birindən müxtəlif məsafələrdə, müxtəlif əyrilik 
radiuslarına malik, lay boyunca şaquli, maili, üfüqi quyular 
olmalıdır.
Şaxələnmiş quyu formasının seçilməsi məhsuldar layın 
qalınlığından və onun litoloji xarakterindən, lülənin əyrilik 
radiusundan 
və 
lay 
təzyiqindən 
asılı 
olaraq 
əyilmə 
dərinliyindən, layda mayenin hərəkət rejimindən, lay təzyiqini 
saxlamaq üçün tədbirlərdən asılıdır. 
Çoxdibli quyu lülələrinin profili və başqa parametrləri 
(uzunluğu, lülələrin sayı) aşağıdakı meyarlardan təyin olunur: 
- neft layının qeyri-bircinslik həddi;
- layın qalınlığı; 
- layın litologiyası; 
- kəsilişin dayanıqlığı; 
- layda süxurların bərkliyi və onun yayılması. 
Çoxdibli quyunun profilinin seçilməsi üçün əsas olaraq 
kəsilişin geoloji xarakteristikası, layın işlənməsi və quyunun 
istismar şərti, qazmanı aparacaq idarənin texniki-texnoloji 
imkanları, quyuların möhkəmləndirmə şərti, quyunun və ayrı-
ayrı lülələrin təmiri və mənimsənilməsi götürülür. 
Çoxdibli quyunun profilinin layihələndirilməsi onun aşağı 
hissəsindən başlanır: profilin tipi, şaxələnmədə lülələrin sayı və 
onların konfiqurasiyası təyin olunur. Texniki imkanlardan asılı 
olaraq əsas quyu lüləsinin quruluşu, əlavə lülələrin quruluşları, 


337 
verilmiş yığılma intensivliklərinə görə əyrilik radiusları, 
QKAH-i, onların quyu lülələrdən keçməsi təyin olunur. Bundan 
başqa qazıma və istismar borularının əyilmə həddinə görə 
diametrləri təyin olunur.
Təbəqəli laylarda yarım maili lülələr 60
0
-dən az olmayan 
zenit bucağı altında qazılır və onun lüləsi dalğa formasında ola 
bilər (şəkil 13.14). 
Şəkil 13.14. Şaquli əsaslı və əlavə lülələrin dalğa şəkilli olan 
çoxdibli quyuların profili (təbəqəli məhsuldar layda). 
Böyük qalınlıqlı (100 m və daha çox) və ya çoxlaylı 
sahələri effektli istismar etmək məqsədilə çoxyaruslu quyuların 
(ÇYQ) qazılmasını tətbiq etmək məqsədəuyğundur. Hər bir 
yarusda 3 – 4 əlavə lülə qazılır (şəkil 13.15). Yarusların sayı 2 –
3 ola bilər. Onları əsasən yüksək özlülüklü neft yataqlarında 
qazırlar.
Şəkil 13.15. Çoxyaruslu quyu profili 


338 
Çoxyaruslu üfüqi lülələrlə qazıma (şəkil 13.16) qaz papağı 
(şapkası) olan böyük qalınlıqlı laylar üçün məsləhət görülə 
bilər. Bu halda yuxarı yarus 2 – 4 lüləli qaz papağı (şapkası) 
daxilində, aşağı yarus neft layın daxilində qazılır. 
Şəkil 13.16. Mümkün tətbiq imkanı. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə