Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67
Maili quyular

Çoxdibli quyu quruluşunun xüsusiyyətləri. 
Çoxdibli quyu quruluşlarına əsasən üç tələb qoyulur 
(şəkil13.17): 
- quyu lüləsilə quyu dibinə sərbəst keçid; 
- quyu lüləsinin istənilən hissəsində intensiv əyilmə üçün 
lazım olan imkana baxılmalıdır; 
- qoruyucu kəmərin köməyilə quyunun istənilən 
intervalının möhkəmləndirmə imkanı. 
Bundan əlavə lülənin tikintisi geofiziki işlərin yerinə 
yetirilməsi imkanını təmin etməlidir. 
Çoxdibli quyuların tikintisi maili və üfqi qazma 
çərçivəsində texnologiyanın bütün imkanlarından istifadə 
etməyə imkan verir. 
Neft maksimum şaquli istiqamətə yaxın olan lülələrdən 
çıxarılır, qalan şaxə lülələri drenaj kanalları kimi istifadə 


339 
olunur – onlarla neft layın ayrı-ayrı neftli sahələrindən əsas 
lüləyə daxil olur. 
Yatağın işlənməsi prosesində yüksək məhsuldarlıqlı çatlar 
və linzalar qala bilər – belə sahələrdən nefti çoxdibli üfüqi 
quyuların qazılması ilə çıxarmaq olar. 
Şəkil. 13.17. Çoxdibli quyu. 
13.6. Çoxlüləli quyuların qazılma texnologiyası 
Çoxlu sayda kollektorlar (mayeləri və qazları toplayıb 
aparan kanallar) uzun müddət aşağı məhsuldarlı sayılırdı, belə 
ki, bir lüləli qazıma texnologiyası lazımi effektivlik 
göstərmirdi. Çoxdibli üfüqi quyuların tikintisi, “sıfırdan” 
tikintisi başlayan quyular ilə yox, hətta işləyən quyu lülələri 
əsasında bu problemi həll etdi.
Üfüqi 
quyuların 
texnologiyasından 
istifadə 
etmək 
aşağıdakı məsələləri həll etməyə imkan verir: 
- yataqda quyuların sayını azaldır, əsasən də şelfdə 
yataqların işlənməsi zamanı, həmçinin quruda da infrastruktur 
tikintisini azaldır; 
- istismar həcmi artır, layın neftvermə qabiliyyəti artır; 
- quyuların sulaşması zəif gedir; 


340 
- zəif keçiricili, linzaşəkilli yataqları, böyük şaquli çatları 
olan laylarla effektli iş; 
- lay daxilində sadə və etibarlı təzyiqin saxlanması. 
Əgər çoxdibli üfüqi quyuların əyrilik radiusu 190 m-dən 
çoxdursa, onda bu radius böyük adlanır. Bu tip quyularda 
şaquldan quyu dibinin uzaqlaşması 1500 m -ə çata bilər. Əyrilik 
radiusu 60 m-dən 190 m-ə qədər olduqda – orta, burada üfüqi 
intervalın optimal uzunluğu 450 m-də 900 m-ə qədər olur. 
Kiçik 
məsafədə 
şaxələnmə 
quyunun 
yüksək 
iqtisadi 
göstəricisini artırır, belə ki, lülə lazım olan hissəyə dəqiq düşür.
İstismar olunan layın qalınlığı mümkün qədər böyük 
olduqda (100 m-dən böyük) çoxdibli quyuların tikintisi bir neçə 
səviyyədə aparıla bilər. Bu texnologiya yüksək özlülüyə malik 
neftli laylar üçün tətbiq edilir. 
Bu zaman orta səviyyəli şaxələr isti aparıcılar vurmaq 
üçün, qalanları neft məhsulunun yığılması üçün istifadə olunur. 
Böyük sayda lülənin qazılması ancaq yüksək dayanıqlılığı 
olan laylarda icazə verilir. Əgər lay dayanıqlı deyilsə, onda 
ancaq bir şaxələnməyə icazə verilir, o da birbaşa laya üfüqi 
qazılır. 
Hər bir neftçıxarma şirkəti yataqların işlənməsi zamanı 
maksimum iqtisadi effektivliyə nail olmağa çaılışır, ona görə də 
çoxdibli 
quyuların 
tikintisi 
texnologiyası 
həmişə 
təkmilləşdirilir.
Yeni fəaliyyətdə olan yataqlarda çoxlüləli quyuların
qazılması. 
Bir çox hallarda çoxlüləli qazımanı yeni yatağın 
kəşfiyyatında istifadə edirlər. Əgər bu texnologiyanın tətbiqi 
məqsədəuyğundursa, onda yuma məqsədlərdə istifadə olunur.
 
Quyuların 
qazılmasının 
texniki-iqtisadi 
səmərəsini 
yüksəltmək üçün qabaqcıl üsullardan biri də çoxlüləli quyuların 
qazılmasıdır (şəkil 13.18).


341 
Şəkil 13.18. Çoxlüləlili quyuların köməyi ilə qeyri-bərabər 
keçiricliyə malik layların açılma sxemi 
Bu üsulun mahiyyəti əsas quyu lüləsindən bir və ya bir 
neçə əlavə lülənin qazılmasıdır ki, bu da yerin üstündən 
bilavasitə həmin məqsəd üçün qazılmalı olan bir neçə quyunun 
bir lülə ilə əvəz edilməsi deməkdir. Beləliklə, qazılmış ilk əsas 
lülədən dəfələrlə istifadə etməklə, yuxarı məhsuldar olmayan 
horizontların qazılmasını və bunun nəticəsində, qazımanın 
həcmini ixtisar etmək mümkündür. 
Məhsuldar layın tavanına qədər adi quyu qazılır, sonra 
əsas lülədən məhsuldar laylara müxtəlif istiqamətlərdə şaxəli 
formada lülələr qazılır (şəkil13.19). İlk əvvəl ən böyük layihə 
inhirafı olan lülə qazılır. Sonrakı lülələr ardıcıl olaraq ondan 
aşağıdan yuxarıya qazılır. 
Əgər məhsuldar lay dayanıqsız süxurlardan təyin 
olunubsa onda bir ədəd üfüqi quyu ilə laya daxil olurlar. 
Bundan sonra çoxdibli quyu qazılır və onu qoruyucu kəmərlə 
ən yuxarı lülənin kəsildiyi yerə qədər möhkəmləndirirlər. 


342 
Şəkil 13.19. Məhsuldar layın üstündən şaxələnmiş lüləli 
çoxlüləli quyu profili: 
1-əsas lülə, 2-əlavə lülə, 3-neft layı. 
Bircinsli layda çoxdibli quyuların lülələri təzyqli rejim 
zamanı layın qalınlığı hissəsinin ortasında, qravitasion rejimli 
laylarda aşağı hissədə yerləşdirilir. Bircins laylarda optimal 
debit almaq üçün dörd ədəd əlavə lülə qazılması kifayət edir. 
Şəkil 13.20. Şaquli əsaslı quyu profili: 
1-əsas lülə, 2- üfüqi lülə, 3-neft layı. 


343 
Əvvəllər avadanlıqlar təkmilləşdirilmədiyindən imkanlar 
məhdud idi, indi isə qazma texnologiyası etibarlı və 
yoxlanılmışdır – ondan hər yerdə istifadə edirlər. 
Şəkil 13.21. Çox lüləli quyu 
Çoxlüləli qazmanın sürətlə inkişafı bir də onunla izah 
olunur ki, iri gücdən düşmüş laylarda böyük həcmdə neft 
məhsulları mümkün iri boşluqlarda dağ süxurlarında yerləşir.
İndiki istismarda olan yataqların əksər hissəsi – çoxlu 
izolə olunmuş boşluqlarda, onlara adi birlüləli quyularla daxil 
olmaq çox mürəkəbdir və iqtisadi cəhətdən məqsədəuyğun 
deyil. Bu zamna çoxlüləli quyular bir lülə vasitəsilə neft eyni 
vaxtda bir neçə boşluqdan çıxartmağa imkan verir. 
Çoxlüləli texnologiya ilə quyuların tikintisi aşağıdakı 
üstünlüklərə malikdir: 
- ümumi işin qiyməti azalır, belə ki, əvvəlcə qazıma işçi 
dərinliyə qədər aparılır və ondan sonra üfüqi şaxələnmə əlavə 
olunur; 
- bir özüldən çıxarılan neftin həcmi artır, iqtisadi 
səmərəlilik artır; 
- bir neçə lülənin olması böyük sahədə istismar 
kollektoruna imkan verir; 


344 

böyük 
dəqiqliklə 
hazırki 
ehtiyat 
həcmini 
qiymətləndirmək olar. 
Çoxlüləli quyuların tətbiqi həmçinin marqinal yataqların 
işlənməsini əlverişli edir: 
- yer səthində quyuların az olması, bunun hesabına ətraf 
mühitə mənfi təsirlər azalır; 
- qazma məhlulu və şlam kiçik həcmdə utilizə olunur. 
Dəniz özüllərində qazıma üçün çoxlüləli texnologiyaya 
praktiki olaraq alternativ yoxdur – quyuların başlanğıc sayı 
məhduddur və effektivliyin artırılmasına ancaq əlavə lülə 
şaxələnməsilə əldə etmək olar. 
13.7. Çoxlüləli quyuların tikintisinin texnologiyası. 
Çoxlüləli quyuların layihələndirilməsi böyük ölçülü və 
mürəkkəb layihədir. Bu səbəbdən başlanğıc hissədə kollektorun
keçiriciliyinin diqqətlə qiymətləndirilməsi aparılır. Çoslüləli 
quyuların qazılmasının məqsədəəyuğun olmasını göstərən 
kollektorun əsas xarakteristikaları: 
- kollektorda karbohidrogenlərin yığılma izolyasiyası; 
- bir şaquli və üfüqi quyuların istifadəsinə imkan 
verməyən linza formalı kollektor; 
- kollektorda çoxlu təbii çatlar və ya ancaq bir istiqamətdə 
lazımi keçiricilik; 
- sulaşma ilə işləmə - bu halda əsas qurtarmış quyunu su 
vurucu kimi istifadə edirlər; onda şaxələr məhsuldar olacaq (əks 
variant da mümkündür, yəni yan lülələr təzyiqi saxlamaq üçün 
istifadə olunur); 
- neft çıxarılan özüllərdə nəzərdə tutulan quyuların 
miqdarı, gözlənilən effektivlikdə işləmə aparmağa imkan 
vermir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə