Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017


 Quyu lüləsinin trayektoriyasının idarə olunması və  nəzarətinin telemetrik sistemi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67
Maili quyular

 
14.3. Quyu lüləsinin trayektoriyasının idarə olunması və 
nəzarətinin telemetrik sistemi. 
 
İlk telesistemlərdən biri keçən əsrin 40-cı illərində 
işlənmişdir. Onun əlaqə kanalı kimi elektrik qazıyıcısının güc 
kabeli olmuşdur, onun seksiyaları qazıma borularının içərisində 
bərkidilmişdir. Endirmə-qaldırma əməliyyatları zamanı kabel 
seksiyaları birləşdirilir və açılırdı. Belə əlaqə kanalının 
konstruksiyası 
endirmə-qaldırma 
əməliyyatlarına 
mane 


351 
olmuşdur, lakin qəza vaxtı (tutulma) onu ləğv etmək üçün 
qurğunu qazıma kəmərinin içərisilə endirməyə imkan vermirdi.
1963-cü ildə SSSR məkanında elektrik qazıması üçün 
yerin səthinə zenit bucağı, inhirafetdiricinin yerləşmə bucağı, 
quyu dibində təziq və temperatura haqqında qazıma zamanı 
qazıyıcının sıxaclarında məlumatların ötürülməsini təmin edən 
dərinlik parametrlərinin avtonəzarət sistemi kompleksi (DPA 
SK-63) işlənib hazırlanmışdır. 
Bu illərdə ABŞ-da hidravliki əlaqə kanalının mümkünlüyü 
araşdırılırdı.
1972-ci ildə “Mobil Oyl” şirkəti telemetrik sistemin 
konstruksiyasını işləməyə başladı. Bir az sonra bunlara 
“Şlumberje” şirkətinin mütəxəssisləri də qoşuldular. 
1974-cü ildə birgə səy nəticəsində yeddi quyudibi 
parametrləri (azimut, zenit bucağı, inhirafetdiricinin vəziyyəti, 
temperatur, fırlanma tezliyi, baltada oxboyu yük, burucu 
moment) maili istiqamətləndirilmiş quyuların qazılması zamanı 
ölçmək üçün sınaqdan keçirmişdir. 
1976-cı 
ilə 
qədər 
MWD 
sisteminin 
işlənib 
hazırlanmasında 20-dən çox şirkət iştirak etmişdir. 
Geonaviqasiya texnologiyası üç informasiya sistemini bir 
kompleksdə birləşdirdi:
- geoloji-texnoloji araşdırmaların kompüterləşdirilmiş 
stansiyası; 
- quyudibi telementrik sistem; 
- qazıma borusunda geofiziki araşdırmalar üçün ayrı 
aparat-metodik kompleks. 
 
14.4. Qazımada telemetrik sistemli əlaqə kanalları. 
Hər hansı telemetrik sistem (əlaqə sistemi) əsasın beş 
hissədən ibarətdir: məlumatlar mənbəyi, ötürücü, əlaqə kanalı, 
qəbuledici və məlumatı toplayan (şəkil 14.3). 


352 
Maneə mənbəyi 
↓ 
Ötürücü → Əlaqə kanalı → Qəbuledici 
↓ ↑
Məlumatlar mənbəyi Məlumat istifadəçisi 
Şəkil 14.3. Telemetrik sistemin ümumi sxemi 
Məlumatlar mənbəyi, ölçülən parametrlərin qiymətləri 
haqqında məlumatlar yaradan quyudibi datçikdir. 
Ötürücüdə bu məlumatlar müəyyən qayda ilə işlənir və 
əlaqə kanalı vasitəsilə ötürmək üçün münasib siqnal formalaşır. 
Məlumatların işlənməsi, datçik göstəricilərinin çevrilməsidir, 
misal üçün, elektromaqnit sahəsinin proporsional dəyişməsi 
onun kodlaşdırılması və modullaşdması. 
Əlaqə kanalı – ötürücüdən qəbulediciyə siqnalı ötürmək 
üçün istifadə etdiyimiz mühitdir. Bəzən mühiti əlaqə xətti 
adlandırırlar. Siqnal ötürülən zaman təhrif oluna bilər və onun 
üzərinə maneələr əlavə oluna bilər. 
Qəbuledici qəbul olunmuş siqnalı hazır şəklə salır, 
maneələri aradan qaldırır və ötürülən siqnalları əvvəlki 
vəziyyətə gətirir. Qazıma prosesində quyudibi parametrlərə 
nəzarət sistemi əsasən seçilmiş mühitlə xarakterizə olunaraq
əlaqə kanalı ilə təyin edilir,
İnformasiya quyu dibindən yer səthinə kabel vasitəsilə, 
quyuda maye sütunu ilə, quyunu əhatə edən dağ süxurları ilə və 
nəhayət, qazıma kəməriylə ötürülür. Məlumat ötürücüsü ola 
bilər – elektrik və ya elektromaqnit sahəsinin rəqsi (titrəyişi), 
mayedə təzyiq titrəyişi, səs, dağ süxurunda fırlanan baltanın və 
boru kəmərinin yaratdığı səs, titrəmə, qazıma məhlulunun 
keyfiyyətinin dəyişməsi (cədvəl 14.1). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə