Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67
Maili quyular

 
 


345 
Çoxlüləli quyuların tikinti texnologiyasının üstünlükləri.

geoloji-texniki 
şəraitinin 
mürəkkəbliyindən 
asılı 
olmayaraq istifadə imkanları; 

quyu, 
sementlənən 
quyruq 
kəməri 
və 
ya 
sementlənməyən süzgəc-quyruq kəmərinin məhsuldar zonaya 
endirilməsilə yan lülə ilə tamamlana bilər; 
- eyni vaxtda bir neçə məhsuldar layla işləmək, əgər 
onların parametrləri belə fərqlidirsə; 
- uzun müddət ərzində quyu lüləsini stabil vəziyyətdə 
saxlamaq. 
Çatışmayan cəhətlərdən biri bahalı avadanlıqlardan 
məcburi istifadə ilə əlaqədar qazımanın qiymətinin yüksək 
olmasını qeyd etmək olar. 
Çoxlüləli quyuların iqtisadi effektivliyi. 
Bir sıra hallarda yeni yatağın kəşfiyyatı zamanı çoxlüləli 
quyuların qazılması yüksək sürətlə edilir və az qiymətlə yerinə 
yetirilir. 
- yatağın kəşfiyyatına lazım olan vaxt azalır; 
- işin həcmi 20 – 30% aşağı düşür (avadanlıqların 
quraşdırılması və sökülməsi, elektrik və su xəttlərinin 
çəkilməsi); 
- kəşfiyyatın aparılma üsulu dəyişir, az sayda başlanğıc 
quyu tələb olunur; 
- avadanlıq və infrastruktur tikililəri az tələb olunur, 
yataqda neftçıxarma kompleksinə qulluq edilməsi xərcləri 
ixtisar olunur. 
Çoxlüləli quyuların tikintisinin iqtisadi effektivliyi, 
qazımaya və tamamlanmaya sərf olunan vəsaitin azalması 
hesabına təmin olunur, belə ki, çıxarılan neftin həcmi artır.
Kollektorun drenajlıq effektivliyi artır. Az saylı quyu ilə 
böyük həcmdə neft məhsulu almaq olur. Kəşfiyyata və 
işlənməyə sərf olunan xrəclər az olur. 


346 
Çoxlüləli quyuların iqtisadi effektivliyini göstərn əlavə 
amillər – işləyən quyu lülələri bazasında onların tikinti 
imkanıdır. Burada yer səthindən qazıma tələb olunur, ancaq 
sonradan şaxələnmə yaratmaq olar. 


347 
14. Ölçü avadanlıqları 
14.1.Müasir quyudibi ölçü cihazları. 
Maili-istiqamətlənmiş quyu lüləsinin trayektoriyasına 
nəzarət ilə əlaqədar müntəzəm olaraq quyu lüləsinin şaquldan 
inhiraf (zenit) və azimut bucaqlarının ölçülməsinin aparılması 
lazımdır. Bundan başqa lazım olan istiqamətdə quyudibi aləti 
istiqamətləndirici vasitəsilə quyu lüləsi trayektoriyasının 
korrektəşdirmək lazım gəlir. Bu ölçülər xüsusi quyudibi 
cihazların köməyilə aparılır, ölçülmələrin nəticələri ya cihazın 
quyudan çıxarılması ilə və ya quyudibindən yer səthinə 
müəyyən fasilələrlə ötürülməsilə aparılır. 
Ölçülmələr müxtəlif quyudibi cihazların köməyilə yerinə 
yetirilir. 
a) şaquldan inhiraf bucağı (zenit bucağı) 
- rəqqas tipli cihaz 
- akselerometr 
b) azimut 
- quyudibi kompas 
- maqnitometr 
- giroskop 
- inersiya tipli cihaz 
14.2. Standart quyudibi qeyd edən cihazlar. 
1. İnklinometr. 
2. Bir dəfə işlədilən maqnitometr. 
3. Bir neçə dəfə işlədilən maqnitometr. 
4. Giroskop. 


348 
14.2.1.İnklinometr. 
Maili-istiqamətlənmiş 
quyuların 
qazılmasında 
quyu 
lüləsinin fəzada vəziyyətinə nəzarət etmək məqsədilə əyrilik 
bucağını və azimutunu təyin etmək üçün ən sadə ölçü cihazı 
inklinometrdir (şəkil 14.1). Yerin ağırlıq qüvvəsindən başqa heç 
bir faktor təsir etməyən rəqqas tipli cihaz tətbiq edilir. Bu tip 
cihazlar quyuya ya kabel vasitəsilə ya da kəmərə sərbəst 
endirilir və sonra quyudan tutucunun köməyilə kabel vasitəsilə 
və ya qazıma kəmərinin qaldırılması ilə çıxarılır. Zenit və 
azimut bucaqlarının qeyd olunması elektromaqnit təsirilə 
komutasiya mexanizmi vasitəsilə yerinə yetirilir.
Şəkil 10.1.İnklinometrin ölçmə uzeli.
1 – komutasiya mexanizmi; 2 – çərçivə; 3 – kompas;
4 – şaqul. 
Bu cihazın diametri 58 mm, zenit bucağının ölçmə 
intervalı 0-50
0
, azimut bucağının ölçülmə intervalı 0-360
0
-dir. 
Xətalar zenit bucağı üçün 0
0
30
ı
, azimut bucağı üçün isə ±4
0
–dir. 


349 
Dərinlik cihazının idarəolunması məsafədən karotaj kabeli 
vasitəsilə aparılır. 
 
14.2.2. Bir və bir neçə dəfə işlədilən maqnitometrlər. 
Bir dəfə işlədilən maqnitometr dərinliyin bir nöqtəsində 
aşağıdakı parametrləri ölçmək üçün istifadə olunur: 
- şaquldan inhiraf bucağını (zenit bucağını) 
- yerin maqnit sahəsinə nisbətən quyu lüləsinin azimutunu 
(şimal qütb istiqamətinə əsasən). 
Bir neçə dəfə işlədilən maqnitometr konstruksiyasına görə 
bir dəfə işlədilən maqnitometrlə eynidir, ancaq quyunun bir 
neçə nöqtəsində ölçü aparmağa imkan verir. Bu lent rulonunun 
və ya elektron yaddaşının köməyilə yerinə yetirilir. 
 
14.2.3.Giroskoplar. 
Giroskop – Dəqiqədə 40000 dövr edən həcmi elektrik 
mühərrikinin rotorudur (şəkil 14.2). Giroskopdan zenit və 
azimut bucaqlarını ölçmək üçün istifadə edilir. Azimut bucağını 
ölçən zaman giroskop maqnit kompasdan fərqli olaraq yerin 
maqnit sahəsinin təsirinə məruz qalmır. Ancaq giroskopa 
titrəmələr və kiçik zərbələr onun işinə təsir edir, ona görə də 
onu qazıma kəmərinə endirmək lazımdır və ondan kanatın 
köməyilə çıxarmaq lazımdır. Giroskop həmçinində vaxt 
qurğusu ilə təchiz olunmalıdır, ona görə ki, giroskop başlanğıc 
düzəliş olunmuş vəziyyətdən tədricən öz-özünə üzməyə 
başlayır. Ona görədə quyu içərisində olçməni enmə zamanı 
aparmaq məsləhət görülür, nəinki qaldırma zamanı. 


350 
Şəkil 14.2. Quyudibi alətdə çoxlu dəfə işlədilən giroskop.
1 ‒ giroskop üçün mühərrikin yığılması; 2 ‒ nivelirləşdirmə 
döndəricisi; 3 ‒ fırladıcı mühərrikin yığımı; 4 ‒ giroxəritə;
5 ‒ varniyer şkalası; 6 – xarici şarnir; 7 ‒ şarnirin daxili dayağı; 
8 – şarnirin aşağı xarici dayağı. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə