Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67
Maili quyular

 


353 
1) akustik əlaqə kanalı. 
Akustik əlaqə kanalı (AƏK) sistemi quyuda qazıma 
məhlulu, qazıma borular kəməri və ya ətraf süxurlar vasitəsilə 
yayılan səs titrəyişi istifadə olunur. Bunlara uyğun olaraq onlar 
üç növə ayrılır: hidroakustik, akustik-mexaniki və seysmik.
2) hidravliki əlaqə kanalı.
Hidravliki əlaqə kanalı (HƏK) quyudibi telesistem bloku 
mayedə kodlaşdırılan ölçülmüş parametrlər mənfi və ya müsbət 
təzyiqlər impulsu yaradır. 
Cədvəl 14.1. 
Əlaqə kanalı 
Aparıcı mühit 
Məlumat ötürücüsü 
Məftil vasitəsilə 
ötürmə 
Elektrik kabeli, 
optiki kabel 
Elektrik sahəsi, optik 
sistem 
Elektromaqnit 
Qazıma kəməri 
və dağ süxurları 
Elektromaqnit sahəsinni 
rəqsi 
Hidravliki 
Qazılan quyuda 
maye sütunu 
Maye və təzyiqin rəqsi 
(titrəyişi) 
Akustik 
Qazıma kəməri 
Qazıma kəmərində balta 
və ya zərbə aləti ilə 
generasiya olunan rəqs 
(səs) 
Hidroakustik 
(geoseysmik) 
Qazılan quyuda 
dağ süxurları 
Süxurda balta vasitəsilə 
yaradılan akustik rəqs 
(səs) 
Qazıma 
məhlulunun sərfi 
Qazıma məhlulu 
Qazıma məhlulunun 
parametrlərinni 
dəyişməsi 
Fırlanğıcda və ya boruarxası fəzanın yuxarı ağzında 
yerləşdirilmiş qəbuledici qurğu, bu siqnalları qəbul edir və 
onları kodlaşdırmadan azad edir. Quyudibi blokun qidalanması 


354 
üçün əsasən akkumulyator, batareya bloku və ya hidravliki 
turbində ötürücü ilə quraşdırılmış generatordan istifadə olunur. 
HƏK-lı telesistem qazıma məhlulunun keyfiyyətinə 
yüksək tələblər qoyur: tərkibində bərk fazanın əsasənda qumun 
az olması, qaz olmaması, nasos və başqa mexanizmlərin 
işləməsindən yaranan maneələrin aşağı səviyyədə olması. 
Məlumatları ötürmək üçün hidravliki əlaqə kanalının 
geniş yayılmasına səbəb, onun aşağıdakı üstünlükləridir: 
- o təbii əlaqə kanalıdır, belə ki, onda əlaqə kanalı kimi 
qazıma kəmərində olan qazıma məhlulu istifadə olunur
beləliklə əlaqə kanalının yaradılmasına əlavə maliyyə vəsaiti 
tələb olunmur; 
- əlaqə kanalı böyük məsafələrdə iş qabiliyyətinə malikdir. 
3) elektromaqnit (məftilsiz) əlaqə kanalı. 
Elektromaqnit əlaqə kanallı telesistemdə (EƏK) quyu 
dibindən məlumat dağ süxuru vasitəsilə yer səthinə 
elektromaqnit dalğasının köməyilə ötürülür. Quyu cihazlarının 
qidalanması, qazıma məhlulu seli ilə hərəkətə gələn 
turbogeneratorun köməyilə yerinə yetirilir. EƏK-n tətbiqi üçün, 
en kəsikdə duzun və ya elektromaqnit dalğasının keçməsi üçün 
pərdə olan duzlu yeraltı suların olması və ya aşağı müqavimətli 
xüsusi məhlulun tətbiqi maneə yaradır. Qazıma kəmərində
“antenna” və “yer” sistemi üçün möhkm izolə olunmuş əlavələr 
quraşdırılmalıdır.
Hidravliki 
əlaqə 
kanallı 
sistemlə 
müqayisədə 
elektromaqnit əlaqə kanalı aşağıdakı üstünlüklərə malikdir: 
- abrazivli qazıma məhlulu seli ilə əlaqədə (kontaktda) 
oldquda quyudibi alətin hissələrinin etibarlılığının yüksək 
olması; 
- idarə olunmaqda sadəlik, əks əlaqə imkanı. 
Bununla belə elektromaqnit əlaqə kanalı bəzi nöqsanlara 
malikdir: geoloji kəsilişin xüsusiyyətlərilə əlaqədar işləmə 
məsafəsinin məhdudluğu, qazıma kəməri materialından onun 


355 
asılılığı, həmçinin də dənizdə və duzlu laylarda iş imkanının 
olmaması.
4) məftil vasitəsilə ötürməli əlaqə kanalı.
Məftil vasitəsilə ötürməli əlaqə kanalı digər əlaqə 
kanalları qarşısında aşağıdakı üstünlüklərə malidkir. 
- maksimum informasiya imkanlı (tezhərəkətli, çoxkanallı, 
maneələrə dayanıqlı, əlaqənin etibarlılığı); 
- quyudibi elektrik enerjisi mənbəyinin və güclü 
ötürücünün olmaması; 
- ikitərəfli əlaqə imkanı; 
- quyudibi mexanizmlərin (inhirafetdiricinin idarə 
olunması) işə düşməsi üçün müəyyən eletkrik gücünün 
ötürülmə imkanı; 
- hava vurulması və aerizə olunmuş qazıma məhlulu 
işləyən zaman istifadə etmək imkanı; 
- dağ süxurlarının xüsusi müqavimətindən asılı olmaması. 
5) kombinasiyalı əlaqə kanalı.
Kombinasiyalı əlaqə kanalı – quyudibi cihazların yerüstü 
qeyd edici və informasiyaları işləmə aparatlarla əlaqə 
kanallarının fiziki mənalarına görə müxtəlif növlərinin 
birləşməsidir. 
Qeyd etmək lazımdır ki, bu və ya digər əlaqə kanallarının 
istifadəsi quyuların qazılmasının geoloji-texniki şəraitindən 
təyin olunur. 
Misal üçün, hidravliki əlaqə kanalının işinin etibarlılığı 
qazıma məhlulunun abraziv materiallardan (qum 1-2%-dən çox 
olmamalı) təmizlənməsidir, belə ki, sərt hava şəraitində 
quyuların qazılması zamanı qazıma məhlulunun təmizlənməsi 
müəyyən 
çətinliklərlə 
üzləşir. 
Bundan 
əlavə 
qazıma 
məhlulunun tərkibində qazın olması da hidravliki əlaqə 
kanalının tətbiqini məhdudlaşdırır.
Hidravliki və elektromaqnit hidroakustik və məftilli, 
elektromaqnit və məftilli kanalların birlikdə istifadəsi müxtəlif 


356 
telemetrik sistemlərdə mümkündür və üfüqi quyuların qazılması 
və istismarı zamanı tele ölçmə sistemlərilə geoloji və texniki 
məsələlərin həlli imkanlarını genişləndirə bilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə