Dərslik azərbaycan Dövlət Neft vəSənaye Universiteti tərəfindən təsdiq olunmuşdur. Pr.№ Bakı 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix23.12.2023
ölçüsü2,8 Kb.
#155319
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   67
Maili quyular

Əyriliyi kiçik radiuslu qazıma. 
Əyriliyi kiçik radiuslu quyuları ona görə qazırlar ki, 
yuxarıda yerləşən laylarda olan problemlərdən qaçmaq üçün 
quyruq kəmərilə bağlamaq və ya quyuya endirilmiş avadanlığın 
altından qazımaq lazım gəlir, misal üçün qoruyucu kəmərin 
başmaqının altından. Bəzi laylarda əyri və üfüqi sahələri 
bütövlükdə, gilli aralıqları açmamaqla və borunun tutulma 
riskini azltmaqla məhsuldar zonalarda yerləşdirmək olar. Kiçik 
radiuslu quyuların əyri hissəni qazımaq üçün xüsusi QKAH-dən 
istifadə edirlər. Bu tip QKAH özündə balta, rəzəli (şarnirli) 
quyudibi mühərrik, kiçik sərtlikli maqnitləşməyən AQB və 
telemetrik sistem yerləşdirir. Yüksək bərklikli qazıma 
borularını QKAH-nin üstündə yerləşdirirlər ki, quyunun əyri 
hissəsindən keçid təhlükəli olmasın. Şaquli hissədə adi qazıma 
borularından istifadə edirlər.
Texas ştatında qazılmış əyriliyi kiçik radiuslu olan quyunu 
misal göstərmək olar (şəkil13.9) 


328 
Böyük və orta radiuslu quyuları qazıyan zaman əyrilik 
intensivliyi QKAH-nin quyu divarı ilə toxunan üç elementilə, 
balta, baltaüstü stabilləşdirici və quyudibi mühərrikin üstündə 
yerləşən birinci stabilləşdirici ilə təyin edilir. 
Kiçik radius üzrə quyu əyilən zaman quyu divarı ilə 
toxunan bütün elementlər quyudibi mühərrikin zərəsindən 
(şarnirindən) aşağıda yerləşməlidir. Bu zərə (şarnir) əyrilik 
intensivliyinə təsir etmədən quyudibi mühərrikin böyük 
intensivliyə malik olan hissədən sərbəst keçidini təmin edir. 
Zərənin(şarnirin) quruluşu qazıma kəmərinin fırlanmasına və 
qazıma şəraitinə hesablanıb (şəkil 13.10). 
Şəkil 13.9. Yan lülənin şaquli profili. 


329 
Şəkil 13.10. Əyriliyi kiçik radiuslu olan quyunun qazılması 
üçün QKAH. 
13.3. Yan lülələrin qazılması üçün elastiki (tez əyilən) 
boruların tədbiqi. 
Yan lülələrin qazılması zamanı elastiki boruların istifadə 
olunması yeni bir texnologiyadır (şəkil 13.11). Elastiki 
boruların ən effektli tədbiqi quyuda böhran (depresiya) rejimini 
saxlamaqla nasos kompressor borularından (NKB) yan lülənin 
qazılmasıdır. Elastiki borular aşağı lay təzyiqli quyunun 
vəziyyətinə operativ nəzarət etməyə imkan verir. Borunun 
qaldırılmasına və quyunun dayandırılmasına ehtiyac olmur 
buda yeni texnologiyanın cazibadarlığını artırır. 
Elastiki boru ilə qazıma üçün yeni QKAH quyunun 
trayektoriyasına nəzarət keyfiyyətini yaxşılaşdırır və iş 
effektivliyini artırır.
VİPER sistemi adlanan belə bir QKAH elektrik enerjisini 
və məlumatları ötürmək üçün yerin səthilə əlaqə yaradan kabel 


330 
kanalı vardır və özündə QKAH-ni döndərən avadanlıq və bucaq 
ölçülməsi üçün telesistem daxil edir. Layda böhran (depresiya) 
yaratmaqla qazıma zamanı hava və ya azotla köpükləmiş 
qazıma məhlulu ilə yerinə yetirilir, onda məlumatları hidravliki 
kanal vasitəsilə ötürmək mümkün olmur və o zaman onu kabel 
kanalı ilə əvəz edirlər. 
Şəkil 13.11. Elastiki boru kəmərli VİPER sistemi. 
 
Hidravliki kanalla müqayisədə kabel kanalı məlumatların 
ötürülmə sürətinin bir neçə tərtib artırır və yer səthindən bütün 
datçikləri idarə etməyə imkan verir. VİPER sisteminin daha bir 
üstün cəhəti elastiki boru ilə qazıma effektivliyini artırır. 
QKAH-nin üstündə yerləşən elektrik mühərriki baltada 
fırlanmanı artırır və quyu trayektoriyasına fasiləsiz və dəqiq 
nəzarətini yerinə yetirir. 


331 
Fasiləsiz yavaş fırlanma quyu trayektoriyasını hamarlayır 
və quyu divarında QKAH-nin sürtünməsinə sərf olunan itkini 
azaldır, buda quyunu böyük inhirafla qazımağa imkan verir. 
VİPER sistemi – kabel əlaqə kanallı QKAH-dir, o özündə 
inklinometrik 
məlumatları, 
təbii 
qamma 
şualanmasını, 
temperatur və təzyiqi ölçmək üçün cihazları, həmçinində 
dövran keçiricili inhirafetdiricili quyudibi mühərrik, QKAH-ni 
fasiləsiz 
fırlatmaq 
və 
istiqamətləndirmək 
üçün 
qurğu 
yerləşdirir. Quyudibindən məlumatlar və quyudibinə əmrlər 
kabel vasitəsilə ötürülür. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə