Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

2
2
23
22
 
     
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
İbtidai və ali sporlu bitkilər
lar  suyun  dibinə  sapşəkilli  çıxıntıların  –  rizoidlərin  (yun.  rizo  –  kök, 
eydos – bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntıların 
köməyi ilə birləşir. Qonur və qırmızı yosunlar avtotrof yolla qidalanır və  
suda həll olmuş oksigenlə tənəffüs edir.
Qonur yosunlar. Tallomu sarımtıl-qonur rənglidir. Tallomunun qonur 
rəngli  olmasının  səbəbi  hüceyrələrinin  xromatoforunda  yaşıl  piqment 
olan xlorofillə yanaşı narıncı, sarı və qonur piqmentlərin də olmasıdır. 
Laminariya  (“dəniz  kələmi”)  –  qonur  yosunların  geniş  yayılmış  nüma-
yəndəsidir. Tallomu lentşəkilli olub rizoidlər  vasitəsilə  suyun dibinə ya-
pışır. 
Qırmızı yosunlar. Qonur yosunlardan fərqli olaraq, qırmızı yosunların 
hüceyrələrində xlorofildən başqa qırmızı və göy piqmentlərə də rast gə-
linir.  Tallomun  rəngi  piqmentlərin  nisbətindən  asılıdır.  Qırmızı  piq-
mentin suyun dərin qatlarına keçən işıq şüalarını qəbul etmək qabiliyyəti 
bu  yosunlara  200  m  və  daha  dərinlikdə  yaşamalarına  imkan  verir.  Də-
rinlik artdıqca tallom daha da qırmızı olur. Porfira – qırmızı yosunların 
geniş yayılmış nümayəndələrindəndir. 
Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti. Yosunlar  sudan 
karbon  qazını  udaraq  suyu  oksigenlə  zənginləşdirir  və  suda  yaşayan 
orqanizmlərin tənəffüsünü təmin edir. Onlar bəzi balıqların və su heyvan-
larının qidasını təşkil edir. İnsanlar qida kimi laminariyadan,  ulvadan və  
porfiradan  istifadə  edirlər. Yosunlardan  sənayedə  yod,  kalium  duzları, 
sellüloza, spirt, sirkə turşusu və digər məhsullar istehsal olunur. 
Qırmızı və qonur yosunlardan alınan aqar-aqar maddəsindən isə qən-
nadı sənayesində, mikrobiologiyada istifadə edilir. Bəzi yosunlardan tə-
babətdə dərman kimi, məsələn, laminariya yosunundan sarılıq, raxit və s. 
xəstəliklərin müalicəsində istifadə olunur.
1. 
a) Qırmızı yosunlarda xlorofil olmur 
b) Xlorella suda həll olmuş oksigendən istifadə edir  
c) Spirogiranın  xromatoforu kasaşəkillidir 
d) Laminariyadan qida kimi istifadə olunur 
 Səhv fikirləri düzəldin: 
2. Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti barədə elektron təqdimat 
hazırlayın. 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Uyğunluğu müəyyən edin: 
1. Toxuma və orqanlara bö-
lünməmiş yosun bədəni. 2. Yosunlarda fotosintezi təmin 
edən hüceyrə strukturu. 3. Qonur yosun. 4. Yosunu su-
altı obyektlərə birləşdirən sapşəkilli çıxıntılar. 5. Daha 
dərində yaşayan yosunlar. 6. Fotosintezdə iştirak edən 
yaşıl piqment. 
a) Rizoidlər 
b) Qırmızı yosunlar
c) Laminariya
d) Xromatofor 
e) Xlorofil 
f) Tallom 
Ali  bitkilərin  xüsusiyyətləri.  Ali  bitkilər  ibtidai  bitkilərdən 
orqanların  olması  ilə  fərqlənir.  Hər  bir  orqan  müəyyən  funksiyaları 
yerinə yetirir. Orqanlar bu funksiyaları təmin edən toxumalardan təşkil 
olunub. 
Ali  bitkilər  iki  böyük  qrupa  –  sporlu  və  toxumlu  bitkilərə  bölünür.   
Mamırlar – sporlu bitkilərə aiddir.
8.
  
 Ali sporlu bitkilər. Mamırlar şöbəsi
Mamırlar  insanlara  daha  az  tanış  olan  bitkilər  qrupudur.  Onlar  torpağı, 
bitkilərin  gövdəsini  və  ya  daşların  üzərini  yaşıl  xalı  kimi  örtür.  Əksəriyyəti   
kiçik ölçülüdür. Hündürlüyü bir neçə santimetrə çata bilir. Onların toxumları, 
çiçək və meyvələri olmur. 
· Mamırlar barədə nə bilirsiniz? 
 
 
 
 
İşin məqsədi: Quş mamırının və sfaqnumun 
quruluş xüsusiyyətlərinin öyrənilməsi.
Təchizat: Quş mamırının və sfaqnumun 
herbariləri və şəkilləri.
İşin gedişi: Mamırların herbarisinə və şəkil-
lərinə diqqətlə baxıb, onların xarici 
görünüşünü verilmiş plan üzrə təsvir edin: 
ölçüsü; gövdəsi; yarpaqları; rizoidləri; 
sporlu qutucuğu; qutucuğun ayaqcığı
Nəticəni müzakirə edin: 
1. Bu bitkilərin ümumi və fərqli cəhətləri 
hansılardır? 
2. Hansı əlamətlərinə görə mamırları ali 
bitkilərə aid edirlər?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Mamırların xarici quruluşu
Yaşıl 
quş     
mamırı 
Sfaqnum
mamırı 
Mamırlar. Mamırlar rütubətsevən bitkilərdir. Onlara, əsasən, bataq-
lıqlarda,  rütubətli  çəmənliklərdə,  meşələrin  kölgəli  yerlərində  rast  gə-
linir.  Yosunlardan  fərqli  olaraq,  mamırların  əksəriyyətinin  gövdə  və 
yarpağı  olur.  Mamırların  kökü  olmur.  Onların  bəziləri  gövdələrini  ri-
zoidlərin köməyi ilə torpağa bərkidir, su və mineral duzları udur. Mamır-
lar avtotrof orqanizmlərdir. Onların xloroplastları yaxşı inkişaf etmiş-
dir. Sporlar vasitəsilə çoxalır.
Yaşıl quş mamırı. Çoxillik bitkidir. Bataqlıqlaşmış və nəm yerlərdə rast 
gəlinir. Gövdəsi dik qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şiş 
yarpaqlar olur. Bitkini torpağa gövdənin aşağı hissəsində yerləşən nazik 
sapşəkilli  rizoidlər  bərkidir.  Quş  mamırı    bədən  səthi  ilə  atmosferin 
rütubətindən də istifadə edə bilir və
Sfaqnum (yun. sphagnos – süngər).   Meşə və bataqlıqlarda budaqlan-
mış gövdəsi olan  sfaqnuma təsadüf edilir. Yetkin  bitkinin  rizoidi olmur. 
Gövdə və yarpaqlarında fotosintez prosesini həyata keçirən xloroplast-
 
 öz çəkisindən təxminən 4 dəfə çox su 
udur. 


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə