3
3
101
100
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
42. Kəlləlilər yarımtipi.
Balıqlar
Balıqların bədəninin kənarlarında suyun axınını müəyyən edən xüsusi duyğu
orqanı var. O, balığa lilli suda maneələrə toxunmadan
hərəkət etməsinə imkan
verir.
· Su həyat tərzi balığın bədən quruluşunda özünü necə göstərir?
Məqsəd: Balıqların xarici quruluşunun xüsusiyyətlərini və su mühitinə
uyğunlaşmalarını öyrənmək.
Təchizat: Balıq və ya balıq şəkli.
İşin gedişi:
1. Balığı nəzərdən keçirərək onun bədəninin formasını və hissələrini müəyyən
edin.
2. Onun şəklini dəftərinizdə çəkərək quruluş hissələrini qeyd edin.
Nəticəni müzakirə edin: Balıqlarla quruda yaşayan digər onurğalılar nə ilə
fərqlənir?
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Balıqların xarici quruluşu
Skat
Kəlləlilərə – balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və
məməlilər aiddir.
Balıqlar. 20 minə qədər növü məlumdur. Yalnız su mühitində yaşayır.
Bunlarda cüt üzgəclər və çənələr meydana gəlmişdir. Əksəriyyətinin
bədəni pulcuqlarla örtülmüşdür. Balıqlar
sümüklü və
qığırdaqlı balıqlar
sinfinə bölünür.
Qığırdaqlı balıqlar sinfi. Skeletləri qığırdaqdan təşkil olunur. Bu
balıqlara
akulalar və skatlar aiddir. Onlarda yanlarında 5-7 cüt qəlsəmə
yarığı yerləşir. Qığırdaqlı balıqlarda qəlsəmə qapaqları olmur. Üzmə qo-
vuğu yoxdur, əksəriyyəti diri bala doğur.
Sümüklü balıqlar sinfi. Balıqların əksər nümayəndələri sümüklü
balıqlar sinfinə aiddir.
Bunlarda skelet əksər hallarda sümükləşmiş olur.
Bədən
baş, gövdə və quyruqdan ibarətdir və onlar arasında kəskin sərhəd
yoxdur.
Akula
Çay xanısının bədən quruluşu
Göz
Pulcuqlar
Quyruq üzgəci
Quyruqaltı (anal) üzgəc
Qarın üzgəci
Döş
üzgəci
Qəlsəmə qapağı
Ağız
Burun dəliyi
Bel üzgəcləri
Skeleti
Üzgəc şüaları
Fəqərələr
Kəllə
sümükləri
Qarın üzgəcinin
skeleti
Çənə
sümükləri
Qabırğalar
Anal
üzgəcin skeleti
Döş üzgəcinin skeleti
Çiyin qurşağı
Qəlsəmə qapağı
Qığırdaqlı balıqlar sinfi
Suda üzməsində
üzgəclər əsas rol oynayır. Üzgəclər tək və cüt olur. Bə-
dən səthi sümük pulcuqlarla örtülmüşdür. Dəridə çoxlu selik ifraz edən
vəzilər olur. Selik qatı pulcuqların üzərini örtərək balığın sürtünməsini
azaldır, həmçinin onları mikroorqanizmlərin təsirindən qoruyur. Balığın
yan hissələrində başdan quyruğa doğru
yan xətt orqanı uzanır.
Sümüklü balıqların quruluşu
Skeleti. Kəllə, gövdənin və ətrafların skeletindən ibarətdir. Skeletin əsasını
gövdə boyunca uzanan
onurğa təşkil edir. Onurğa
gövdə və quyruq
fəqərələrindən təşkil olunur.
Bədənin gövdə fəqərələrinin yan hissəsində iki
qabırğa olur. Onurğa öndə kəllə
ilə hərəkətsiz birləşir. Üzgəclərin skeleti bir neçə sümükdən və üzgəc
şüalarından ibarətdir.
Balıqda yaxşı inkişaf etmiş əzələlər olur. Bunlardan bel və quyruq əzələləri
daha güclüdür.
Baş
beyin
Sinirlər
Onurğa
beyni
Beyincik
Uzunsov
beyin
Aralıq
beyin
Orta beyin
Ön beyin
Həzm sistemi. Balıqlar qidasını ağız vasitəsilə tutur. Bəzi balıqlarda şikarını
tutmaq və saxlamaq üçün ağızda sivri dişləri olur. Onlar qidasını bütöv udur.
Qida ağızdan udlağa, qida borusuna, sonra mədəyə keçir.
Mədədə qismən həzm olunan qida nazik bağırsaqda həzm vəzilərinin şirələrinin
təsirinə məruz qalır və tamamilə həll olaraq buradan qana sorulur. Həzm
olunmamış qida qalıqları anal dəlik vasitəsilə bədəndən xaric olunur.
Böyrək
Əzələ
Onurğa beyni
Onurğa
Pilorik çıxıntılar
Baş beyin
Ağız
Qəlsəmə
Ürək
Qaraciyər
Öd kisəsi
Mədə
Bağırsaq
Sidik dəliyi
Sidik
kisəsi
Cinsiyyət dəliyi
Yumurtalıq
Üzmə qovuğu
Dalaq
Daxili quruluşu
Quyruq fəqərəsi
Yuxarı çıxıntılar
Yuxarı qövslər
Fəqərə cismi
Yan çıxıntılar
(bunlara
qabırğalar
birləşir)
Aşağı qövs
Gövdə fəqərəsi
Aşağı çıxıntı
Balıqların çoxalması və inkişafı. Balıqların əksəriyyəti ayrıcinsli
heyvanlardır. Yumurtalıqlarda yumurta hüceyrələr –
kürülər, toxum-
luqda isə spermatozoidlərə malik ağ rəngli toxum mayesi əmələ gəlir.
Əksər balıqlarda mayalanma bədəndən xaricdə – suda gedir. Mayalanmış
kürülərdən sarılıq kisəsinə malik sürfələr çıxır. Sarılıqdakı ehtiyat qida
maddələri sərf olunduqdan sonra onlar müstəqil qidalanmaya keçir.
Üzmə qovuğu. Sümüklü balıqlarda içərisində qazlar qarışığı olan nazik divarlı
bağırsaq çıxıntısı –
üzmə qovuğu olur.
Balıq suyun dərin qatlarına endikdə üzmə qovuğunun həcmi kiçilir, yuxarı
qatlarına üzdükdə isə üzmə qovuğunun həcmi böyüyür. Bu da balığın tez bir
zamanda suyun qatlarında yerdəyişməsini asanlaşdırır.
Tənəffüs sistemi. Balıqlar
qəlsəmələrlə tənəffüs edir. Ağızdan daxil olan su
qəlsəmələri yuyur və bu zaman suda həll olmuş oksigen qəlsəmələrdəki qana
keçir. Qəlsəmələrin üzəri
qəlsəmə qapağı ilə örtülmüşdür.
Qan-damar sistemi. Qan-damar sistemi ürək və damarlardan ibarətdir. Balıqla-
rın ürəyi ikikameralı olub
qulaqcıq və mədəcikdən təşkil olunmuşdur. Ürəkdən
çıxan venoz qan qəlsəmələrdə təmizləndikdən sonra bədən orqanlarına aparılır
və yenidən ürəyə qayıdır. Balıqlarda qan -damar sistemi qapalıdır.
Sürfə
Körpə
Balığın inkişafı
Mayalanmış
yumurta
hüceyrə
Sarılıq kisəsi (kürünün ehtiyat qida
maddələrinin qalığı)
3
3
103
102
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Qan-damar sistemi
İfrazat sistemi. Balıqların bel hissəində onurğanın yanlarında bir cüt qırmı-
zımtıl-qonur rəngli lentşəkilli böyrək yerləşir. Böyrəklərdə
süzülən son parça-
lanma məhsulları iki sidik axarı ilə sidik kisəsinə gətirilir. Sidik kisəsi anal
dəlikdən bir qədər arxada xaricə açılır.
Sinir sistemi. Baş və
onurğa beynindən, onlardan çıxan sinirlərdən ibarətdir.
Balıqlarda baş beyin 5 şöbədən –
ön, aralıq, orta, uzunsov beyin və beyincikdən
təşkil olunmuşdur. Balığın həyat fəaliyyətində beyin şöbələrinin böyük əhə-
miyyəti vardır. Məsələn, uzunsov beyin tənəffüs, qan dövranı, həzm və digər
funksiyaların idarə olunmasında, beyincik isə müvazinət və hərəkətin koordi-
nasiyasında iştirak edir.
Hiss orqanları. Balıqlarda
görmə, eşitmə, dadbilmə, qoxubilmə, lamisə və yan
xətt kimi hissiyyat orqanı var. Yan xətt orqanı vasitəsilə balıqlar su cərəyanının
istiqamətini və gücünü hiss edir.
Beyin və
sinir sistemi
Qəlsəmə
kapillyarları
Vena
Ürək
Bel arteriyası
Bədən
kapillyarları
Qarın
aortası
Mədəcik
Qarın
aortası
Qulaqcıq
Vena
Qan-damar sistemi