Baş
beyin
Sinirlər
Onurğa
beyni
Beyincik
Uzunsov
beyin
Aralıq
beyin
Orta beyin
Ön beyin
Həzm sistemi. Balıqlar qidasını ağız vasitəsilə tutur. Bəzi balıqlarda şikarını
tutmaq və saxlamaq üçün ağızda sivri dişləri olur. Onlar qidasını bütöv udur.
Qida ağızdan udlağa, qida borusuna, sonra mədəyə keçir.
Mədədə qismən həzm olunan qida nazik bağırsaqda həzm vəzilərinin şirələrinin
təsirinə məruz qalır və tamamilə həll olaraq buradan qana sorulur. Həzm
olunmamış qida qalıqları anal dəlik vasitəsilə bədəndən xaric olunur.
Böyrək
Əzələ
Onurğa beyni
Onurğa
Pilorik çıxıntılar
Baş beyin
Ağız
Qəlsəmə
Ürək
Qaraciyər
Öd kisəsi
Mədə
Bağırsaq
Sidik
dəliyi
Sidik kisəsi
Cinsiyyət dəliyi
Yumurtalıq
Üzmə qovuğu
Dalaq
Daxili quruluşu
Quyruq fəqərəsi
Yuxarı çıxıntılar
Yuxarı qövslər
Fəqərə cismi
Yan çıxıntılar
(bunlara
qabırğalar
birləşir)
Aşağı qövs
Gövdə fəqərəsi
Aşağı çıxıntı
Balıqların çoxalması və inkişafı. Balıqların əksəriyyəti ayrıcinsli
heyvanlardır. Yumurtalıqlarda yumurta hüceyrələr –
kürülər, toxum-
luqda isə spermatozoidlərə malik ağ rəngli toxum mayesi əmələ gəlir.
Əksər balıqlarda mayalanma bədəndən xaricdə – suda gedir. Mayalanmış
kürülərdən sarılıq kisəsinə malik sürfələr çıxır. Sarılıqdakı ehtiyat qida
maddələri sərf olunduqdan sonra onlar müstəqil qidalanmaya keçir.
Üzmə qovuğu. Sümüklü balıqlarda içərisində qazlar qarışığı olan nazik divarlı
bağırsaq çıxıntısı –
üzmə qovuğu olur.
Balıq suyun dərin qatlarına endikdə üzmə qovuğunun həcmi kiçilir, yuxarı
qatlarına üzdükdə isə üzmə qovuğunun həcmi böyüyür. Bu da balığın tez bir
zamanda suyun qatlarında yerdəyişməsini asanlaşdırır.
Tənəffüs sistemi. Balıqlar
qəlsəmələrlə tənəffüs edir. Ağızdan daxil olan su
qəlsəmələri yuyur və bu zaman suda həll olmuş oksigen qəlsəmələrdəki qana
keçir. Qəlsəmələrin üzəri
qəlsəmə qapağı ilə örtülmüşdür.
Qan-damar sistemi. Qan-damar sistemi ürək və damarlardan ibarətdir. Balıqla-
rın ürəyi ikikameralı olub
qulaqcıq və mədəcikdən təşkil olunmuşdur. Ürəkdən
çıxan venoz qan qəlsəmələrdə təmizləndikdən sonra bədən orqanlarına aparılır
və yenidən ürəyə qayıdır. Balıqlarda qan -damar sistemi qapalıdır.
Sürfə
Körpə
Balığın inkişafı
Mayalanmış
yumurta
hüceyrə
Sarılıq kisəsi (kürünün ehtiyat qida
maddələrinin qalığı)
3
3
103
102
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər
Qan-damar sistemi
İfrazat sistemi. Balıqların bel hissəində onurğanın yanlarında bir cüt qırmı-
zımtıl-qonur rəngli lentşəkilli böyrək yerləşir. Böyrəklərdə
süzülən son parça-
lanma məhsulları iki sidik axarı ilə sidik kisəsinə gətirilir. Sidik kisəsi anal
dəlikdən bir qədər arxada xaricə açılır.
Sinir sistemi. Baş və
onurğa beynindən, onlardan çıxan sinirlərdən ibarətdir.
Balıqlarda baş beyin 5 şöbədən –
ön, aralıq, orta, uzunsov beyin və beyincikdən
təşkil olunmuşdur. Balığın həyat fəaliyyətində beyin şöbələrinin böyük əhə-
miyyəti vardır. Məsələn, uzunsov beyin tənəffüs, qan dövranı, həzm və digər
funksiyaların idarə olunmasında, beyincik isə müvazinət və hərəkətin koordi-
nasiyasında iştirak edir.
Hiss orqanları. Balıqlarda
görmə, eşitmə, dadbilmə, qoxubilmə, lamisə və yan
xətt kimi hissiyyat orqanı var. Yan xətt orqanı vasitəsilə balıqlar su cərəyanının
istiqamətini və gücünü hiss edir.
Beyin və sinir sistemi
Qəlsəmə
kapillyarları
Vena
Ürək
Bel arteriyası
Bədən
kapillyarları
Qarın
aortası
Mədəcik
Qarın
aortası
Qulaqcıq
Vena
Qan-damar sistemi
Düzgün ifadələri seçin:
1. Balıqların eşitmə orqanları yoxdur;
2. Tənəffüs qəlsəmələr vasitəsilə gedir;
3. Balıqların ürəyi ikikameralıdır;
4. İfrazat orqanlarının tərkibinə sidik kisəsi daxildir;
5. Balıqların əksəriyyəti hermafroditdir.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
2. Balıqların quruluşu və suya uyğunlaşmaları arasında uyğunluğu müəyyən edin.
1.
Uyğunluğu müəyyən edin:
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Qığırdaq skelet;
2. Qismən və ya
bütövlüklə sümükləşmiş skelet;
3. Qəlsəmə qapaqları ilə örtülmüş qəlsəmələr;
4. Üzmə qovuğu var;
5. Üzmə qovuğu yoxdur.
A) Qığırdaqlı balıqlar
B) Sümüklü balıqlar
Quruluş
xüsusiyyətləri
Su mühitinə uyğunlaşmaları
1. Pulcuqlar
2. Selik
3. Üzgəclər
4. Üzmə qovuğu
A. Suda sürtünməni azaldır və mikroorqanizmlərdən qoruyur.
B. Su qatlarında balığın yerdəyişməsini asanlaşdırır.
C. Bədən səthini örtür.
D. Hərəkəti təmin edir.
43.
Balıqların müxtəlifliyi. Balıq ehtiyatlarının qorunması
İnsanın təsərrüfat fəaliyyəti təbii aləmə getdikcə daha çox təsir edir.
Nəticədə
bir çox canlıların sayı azalır, onların məhvolma təhlükəsi artır. Bu səbəbdən
adları “Qırmızı kitab”a düşən balıq növləri ildən-ilə çoxalır.
Balıqların təbiətdə və insan həyatında rolunu qeyd edin.
Nəticəni müzakirə edin: Balıqların sayının kəskin azalması hansı nəticələrə
səbəb ola bilər?
· Sizcə, balıq ehtiyatlarının azalmasının qarşısını necə almaq olar?
Fäaliyyät
Fäaliyyät
Sümüklü balıqlar növ sayına görə qığırdaqlı balıqlardan daha çoxdur.
Latimeriya balığı
Pəncəüzgəclilər
Nərəkimilər
Qızılbalıqkimilər dəstəsi
Siyənəkkimilər dəstəsi
Xəzər qızılbalığı
Nərə balığı
Qarabel siyənək
Çəkikimilər
Çəki balığı
Sümüklü balıqların əsas dəstələri
Pəncəüzgəclilər. Müasir dövrdə yaşayan yeganə növü
latimeriya balığıdır.
Digər balıqlardan daha yaxşı inkişaf etmiş əzələli cüt üzgəcləri ilə fərqlənir. İlk
dəfə 1938-ci ildə Hind okeanının Afrika sahillərində tutulmuşdur.
Nərəkimilər. Bunlarda xorda bütün ömrü boyu saxlanılır. Azərbaycan
sularında rast gəlinən növləri –
bölgə, nərə, uzunburun və qaya balıqları dənizdə
yaşasa da, şirin suda kürü tökür. Belə balıqlar
keçici balıqlar adlanır. Son illərdə
Xəzər dənizində bu balıqların sayı kəskin surətdə azalmışdır.
Qızılbalıqkimilər dəstəsi. Yırtıcı balıqlardır. Bunlar keçici balıqlar olub,
kürüsünü çayların mənsəbində qum və çınqılların arasına tökür. Xəzərdə daha
çox rast gəlinən
Xəzər qızılbalığıdır. Azərbaycanın dağ çaylarında yaşayan
qızılxallı (forel) balıq yalnız şirin sularda yaşayır.
Siyənəkkimilər dəstəsi. Dənizlərdə yaşayır və sürü ilə üzür. Bunlarda yan xətt
orqanı nəzərə çarpmır. Əksəriyyəti su qatlarında olan kiçik orqanizmlərlə
qidalanır. Qida axtarmaq və kürü tökmək üçün uzaq məsafələr qət edir. Xəzərdə
ən irisi
qarabel siyənəkdir. Bəzi nümayəndələri, məsələn, kilkələr kiçik olsa da,
vətəgə əhəmiyyətlidir.
Çəkikimilər. Azərbaycanda çəkikimilər dəstəsinin nümayəndələri çoxsaylıdır.
Qidasını udlaqda
udlaq dişləri deyilən xüsusi törəmələrlə xırdalayır. Çəkikimi-
lərin
qılıncbalıq, şamayı və bəzi digər növlərinin adları “Qırmızı kitab”a düş-
müşdür.
3
3
105
104
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər