3
3
95
94
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Buraxılmış sözləri əlavə edin:
1. Həşəratlar sinfinə daxil olan buğumayaqlılar __ vasitəsilə tənəffüs edir.
2. Həşəratların bədəni __, __ və __ ibarətdir.
3. Həşəratların ürəyi __ yerləşir.
4. Qan __ mübadiləsində iştirak etmir.
5. İfrazatda __ və __ iştirak edir.
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Şəklə baxıb
suallara cavab verin:
a
b
və şəklində
təsvir
olunan həşəratların
inkişafı hansı yolla
gedir? Şəkildə
rəqəmlərlə nə işarə
olunub?
2. “Buğumayaqlılar
tipinin sinif-
ləri arasında oxşar və fərqli cəhət-
lər” cədvəlini tamamlayın.
Siniflər
Xərçəngkimilər
Hörümçəkkimilər
Həşəratlar
Fərqli əlamətlər Oxşar əlamətlər
40.
Həşəratların müxtəlifliyi və təbiətdə rolu
XV əsrdən başlayaraq Şəki təbii ipəkçilik mərkəzi kimi məşhurlaşdı. 1861-ci
ildə isə burada dünyada ən iri ipəkçilik fabriklərindən biri inşa olundu. Zərif və
möhkəm ipək saplar heç nəyi ilə seçilməyən, adi ağ kəpənəklər olan tut
ipəkqurdunun baramasından əldə olunurdu.
· Həşəratların təbiətdə və insan həyatında daha nə əhəmiyyəti var?
Fäaliyyät
Fäaliyyät
Həşəratların bir neçə səciyyəvi əlamətlərini göstərin.
· Bu həşəratların faydası və zərəri nədir?
Quruluşuna görə həşəratları bir çox dəstələrə ayırırlar. Onların arasın-
da faydalı və zərərverici həşəratlara rast gəlinir.
Düzqanadlılar dəstəsinin nümayəndələri çəyirtkələr, şalalar, sisəklər
və danadişilərdir.
Çəyirtkələr iri qruplara yığılaraq əkinlərə kütləvi ziyan
vurur, bəzən tam məhv edirlər.
Sərtqanadlılar və ya
böcəklər dəstəsinin nümayəndəsi mayböcəyi
ağacların yarpağı, sürfələri isə çürüntü və bitki kökləri ilə qidalanır.
Kolorado böcəyinin yetkin formaları və sürfələri kartofun yarpaqları ilə
qidalanaraq bitkinin məhvinə səbəb olur.
Parabüzənlərin yetkin fərdi və
sürfələri bitki parazitləri olan mənənələrlə qidalanaraq onları məhv edir.
Bu səbəbdən mənənələrə qarşı mübarizədə bəzən parabüzənlərdən is-
tifadə olunur. Belə mübarizə üsulu
bioloji mübarizə adlanır. Sərtqanad-
lılar arasında təbiətdə sanitar rolunu oynayanlara da rast gəlinir.
Həşəratlar sinfi
Sərtqanadlılar
və
ya böcəklər
dəstəsi
İkiqanadlılar
dəstəsi
Pulcuqqanadlılar
və ya kəpənəklər
dəstəsi
Pərdə
və ya zərqanadlılar
dəstəsi
qanadlılar
Düzqanadlılar
dəstəsi
~
300000 növ
~
140000 növ
~
100000 növ
~
250000 növ
~
20000 növ
Həşəratlar sinfinin təsnifatı
3
b
a
Çoxalması və inkişafı. Həşəratlar ayrıcinsliyyətlidir. Çoxalma orqanları qarın-
cıqda yerləşir. Kəpənəklər, böcəklər, arılar inkişafında
yumurta, sürfə, pup, yet-
kin fərd mərhələlərini keçirir. Bu cür başa çatan inkişaf
tam çevrilmə ilə gedən
inkişaf adlanır.
Tarakan, çəyirtkə, taxtabiti və bitlər pup mərhələsi keçirmədən yetkin həşərata
çevrilir. Yumurtadan çıxan sürfə xarici görünüşünə və qidalanmasına görə
yetkin fərdə oxşayır. Yumurta, sürfə, yetkin fərd mərhələləri keçirən həşərat-
larda inkişaf prosesi
qeyri-tam çevrilmə adlanır.
Tam
çevrilmə yolu ilə inkişaf
Yumurta
Sürfə
Pup
Yetkin
fərd
Qeyri-tam çevrilmə yolu ilə inkişaf
Yumurta
Sürfə
Yetkin
fərd
3
3
97
96
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Məsələn,
məzarböcəyi ölmüş heyvanların cəsədləri ilə, peyinböcəyi isə
peyinlə qidalanmaqla sanitar rolunu oynayır.
Pulcuqqanadlılara aid olan kəpənəklərin bir çoxu çiçəkləri tozlan-
dırmaqla böyük fayda verir. Lakin onların əksər növlərinin sürfələri –
tırtıllar zərərvericidir. Məsələn,
kələm kəpənəyinin gəmirici ağıza malik
tırtılı bitkilərin yarpaqları ilə qidalanaraq onları məhv edir. Güvələrin
sürfələri isə yun məhsullarını korlayır.
Arılar, qarışqalar və
minicilər pərdəqanadlılar və ya
zərqanadlılar
dəstəsinə aiddir
. Bu dəstənin nümayəndələrinin əksəriyyəti ictimai hə-
yat tərzi keçirir. Qədim dövrlərdən insanlar təsərrüfat məqsədilə bal
arısından istifadə edir. Onlar pətəklərdə saxlanılır. Pətəkdə hər arı
ailəsində bir ana, yüzlərlə erkək, on minlərlə işçi arı olur. Erkək arılar ana
arını mayalandırır. Ana arı qarıncığının sonunda olan yumurtaqoyanla
yumurtalar qoyur. İşçi arılar da dişi arılardır. Lakin onlarda cinsiyyət
vəziləri inkişaf etmədiyindən çoxala bilmir. İşçi arılar ana arıya və
sürfələrə qulluq edir, nektar və tozcuq toplayır. Yumurtaqoyanları neştə-
rə çevrilmişdir. Minicilərin sürfələri digər həşəratların sürfələrinin
bədənində parazitlik edir. Bu səbəbdən onlardan kənd təsərrüfatı
zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə edilir.
İkiqanadlılar dəstəsinə daxil olan həşəratların qidalarını bitki şirəsi,
bəzi nümayəndələrində insan və heyvanların qanı təşkil edir. Bunlara
milçəklər, göyünlər, mozalanlar və
ağcaqanadlar aiddir. İkiqanadlıların
ön qanadları yaxşı inkişaf etmiş və pərdəşəkillidir. Arxa qanadlar qalıq
halında qalaraq müvazinətdə iştirak edən vızıltı orqanına çevrilmişdir.
Su hövzələrinin çirklənməsi, meşələrin qırılması səbəbindən həşərat-
ların sayı getdikcə azalır. Lakin təbiətdə böyük rol oynadıqlarına görə
onları qorumaq və mühafizə etmək lazımdır.
Cədvəli tamamlayın:
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi tätbiq edin
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Uyğunluğu müəyyən edin:
1. Mayböcəyi.
.
.
.
.
.
.
.
.
.
2. Arı 3. Kolorado böcəyi 4. Milçək 5. Güvə 6. Minici 7. Qarış-
qa 8. Kələm kəpənəyi 9. İpəkqurdu 10. Mozalan 11. Məzarböcəyi.
A. Sərtqanadlılar
B. Pulcuqqanadlılar C. Pərdəqanadlılar D. İkiqanadlılar
2. Əlavə mənbələrdən istifadə edərək bal arısı və ya qarışqaların həyat tərzi
haqqında kiçik təqdimat hazırlayın (məlumat + rəsm, fotoşəkil).
1
2
3
4
5
6
1. Şəkildə molyusklar sinfinin hansı nümayəndəsi göstərilmişdir?
Molyuskun rəqəmlərlə işarələnmiş bədən hissələrinin adlarını yazın.
1 __
2 __
3 __
4 __
5 __
6 __
2. Düzgün cavabı seçin:
a)
Qarınayaqlıların/ikitaylıların sürfələri balıqların üzərində
parazitlik edir;
b)
Səkkizayaq/çılpaq ilbiz quruda yaşayır;
c)
Manti ilə bədən /çanaq arasında
manti boşluğu yerləşir;
d)
Anadonta/tənək ilbizi ağciyərlərlə tənəffüs edir;
e) Molyuskların ifrazat orqanı
böyrəklərdir/bağırsaqdır.
Faydalı
həşəratlar
Həşərat
Əhəmiyyəti
Zərərverici həşəratlar
Vurduğu zərər
Həşərat
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
a) 2 cüt bığcığı olur;
b) Bədəni baş, döş və qarıncıqdan ibarətdir;
c) 4 cüt yerimə ayağı var;
d) Ətrafların sayı 3 cütdür;
e) 1 cüt bığcığı olur;
f) 1 cüt fasetli mürəkkəb gözü var.
4. Hansı əlamətlər xaçlı hörümçəyə xasdır:
1) Zəhər vəziləri qarıncığın sonunda yerləşir.
2) Tənəffüsdə traxeya və ağciyərlər iştirak edir.
3) İlkin həzm prosesi bədəndən kənarda gedir.
4) Yalnız traxeya ilə tənəffüs edir.
5) Qarıncığında 3 cüt tor ziyilciyi olur.
6) Başda 4 cüt sadə gözcük yerləşir.
7) İfrazatda 1 cüt yaşıl vəzilər iştirak edir.
3. Uyğunluğu müəyyən edin:
1. Xərçəngkimilər
2. Hörümçəkkimilər
3. Həşəratlar