Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə30/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   212

Bundan sonra teatr truppası 1912 və 1913-cü illərdə Cahangir Zeynalovun quruluşlarında 

Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Qəmbər - Cahangir Zeynalov), Şəmsəddin Saminin "Dəmirçi 

Gavə" (tərcüməçi Səməd Mənsur. Fərhad - Cahangir Zeynalov, Gavə - Səməd Mənsur, Pərviz - 

Abbasmirzə Şərifzadə, Zöhhak - Məhəmmədhəsən Mərəndi), Mirzə Fətəli Axundzadənin "Lənkəran 

xanının vəziri " (vəzir Mirzə  Həbib - Cahangir Zeynalov, Şölə xanım - Şura Olenskaya), "Hacı 

Qara" (Hacı Qara - Cahangir Zeynalov, Sona - Şura Olenskaya, Əsgər bəy - Səməd Mənsur), 

Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (operetta), Səməd Mənsurun və Abbasmirzə 

Şərifzadənin rejissorluqlarında Əbdülhəq Hamidin "Tariq ibn Ziyad və yaxud fəthi-İspaniya" (təbdil 

edəni Dadaş Bünyadzadə),  İsmayıl bəy Rüstəmbəyovun "Dövləti-bisəmər", Jan Batist Molyerin 

"Zorən təbib" (tərcüməçi Əhməd Qəmərli) əsərlərini tamaşaya hazırlayıb. 

"Nicat" və "Səfa" truppalarının aktyorları bir yerdə  də tamaşalar oynayıblar. Bu baxımdan 

"Yezid ibn Müaviyyə" Mehdi bəy Hacınski), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Pəri 

cadu",  İvan Turgenevin "Pulsuzluq" (təbdil edəni Ceyhun bəy Hacıbəyli) tamaşalarını göstərmək 

olar. 


Hər iki truppanın qabaqcıl aktyorları "Səfa"nm fəaliyyətinin ilk iki il ərzində qüvvələrini 

vahid truppada birləşdirməyə bir neçə  dəfə  cəhd göstəriblər. Lakin cəmiyyətin rəhbərləri və  bəzi 

iddialı aktyorlar buna mane olublar. Təəssüf ki, bu iki truppanın tam olmayan, yarımçıq görünən 

aktyor heyətinin fəaliyyəti sənəti yüksəlişə aparan, faydalı rəqabət doğurmayıb. əksinə, anlaşılmaz 

qarşıdurma və yaradıcılıq əlaqələrinin sistemsizliyi, repertuar tərtibindəki nizamsızlıq fədakar teatr 

xadimlərinin səhnə sənətini inkişaf etdirmək zəminindəki potensial güclərini parçalayıb. 

"Səfa" mədəni-maarif cəmiyyəti ədəbiyyat bölməsinin əsas qüvvələri teatr truppası heyəti ilə 

birlikdə 1913-cü il noyabrın 13-də Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə 

yubiley keçiriblər. Rəsmi hissədə Bakıdakı ən müxtəlif mədəni-maarif təşkilatlarının təbrikləri olub, 

ədibə nədiyyələr verilib. Bədii hissədə isə dramaturqun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura 

düşdük") komediyası Cahangir Zeynalovun rejissorluğunda göstərilib. Teatrsevərlərin maraqla 

qarşıladıqları tamaşada  əsas rolları Cahangir Zeynalov (Hacı  Qəmbər), Səməd Mənsur (Hacı 

Səməd), Məhəmmədhəsən Mərəndi (Cəbi), Abbasmirzə  Şərifzadə  (Əşrəf bəy) oynayıblar. "Səfa" 

truppasının bəzi aktyorları bu il yaranan və bu il də fəaliyyətinə xitam verən "Ziya" və "Hilal" adlı 

teatr dəstələrinin tamaşalarında da yaxından iştirak ediblər. 

1914-cü il yanvarın 6-da "Səfa" teatr truppasının geniş iclası keçirilib və yığıncağın qərarı ilə 

aktyor heyəti buraxılıb. Elə  həmin gün truppanın təzə nizamnaməsi qəbul edilib və bu sənəd 

əsasında dəstəyə aktyorlar götürülüblər. Teatr bölMəsmə Cahangir Zeynalov sədr, Mehdi bəy 

Hacınski isə sədr müavini, aktyorlardan Abbasmirzə Şərifzadə, Hacıağa Abbasov, Ələkbər Əliyev, 

Hilal Bağırov və  Əli Səbri Qasımov isə heyətin üzvləri seçiliblər. Yeni nizamnaməyə  əsasən 

"Səfa"nın aktyorlarına opera və operetta tamaşaları oynamağa da icazə verilib. Bu istiqamətdə 

truppanın ilk addımı yanvarın 17-də atılıb. Həmin gün Cəlal Yusifzadənin "Fərhad və Şirin" (tarzən 

Saşa Oqanezaşvilinin musiqi tərtibində) operasını tamaşaçılara təqdim edib. Operanın tamaşasında 

Xosrovun partiyasını Cəlil Bağdadbəyov oxuyub və Şirin rolunu İstanbuldan Bakıya qastrola gəlmiş 

Mərziyə xanım oynayıb. Operanın quruluşunu Cahangir Zeynalov verib və Abbasmirzə  Şərifzadə 

ona yardımçı rejissor olub. 

Həmin illərdə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və 

Xurşid banu", "Rüstəm və Söhrab" operaları, "Ər və arvad", "Məşədi İbad" ("O olmasın, bu olsun"), 

"Arşın mal alan" (1913-cü ildən) operettaları çox dəbdə idi. Geniş tamaşaçı kütləsi faciələrdən daha 

çox musiqi əsərlərinə maraq göstərirdi. Bu əsərləri oynamaq səlahiyyəti isə, bəstəkarla bağlanan 

müqaviləyə  əsasən, bilavasitə "Nicat" truppasında idi. Buna görə  də "Səfa"nın repertuarına 

göstərilən tamaşaçı marağı günü-gündən zəifləyirdi. 

Həm mətni, həm də musiqi tərtibatı çox məqamlarda uyuşmayan, janrın estetik prinsipləri 

baxımından zəif və sönük olan "Fərhad və  Şirin" operasının ardınca "Səfa"nın aktyorları dram və 

komediyalar oynayıblar. Cahangir Zeynalov dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Millət 



dostları", Jan Batist Molyerin "Zorən təbib", Abbasmirzə  Şərifzadə osmanlı  ədibi  Şəmsəddin 

Saminin "Əhdə vəfa və yaxud arnaudlar" (çevirəni Səməd Mənsur), dəvətlə rejissorluq edən Hüseyr 

Ərəblinski tamaşaçıların maraq göstərdikləri Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül 

Üla" əsərlərini tamaşaya hazırlayıblar. 

"Səfa"nın bir qrup aktyoru ilin ikinci yarısında Hüseyn Ərəblinskinin təşkil etdiyi 

"Müsəlman dram artistləri şirkəti"nin hazırladığı "Otello", "Yezid ibn Müaviyyə", "Dəmirçi Gavə", 

"Qaçaq Kərəm" tamaşalarında oynayıblar. 

"Otello" tamaşasından sonra, 1914-cü ilin lap son günlərində  Ərəblinskinin truppası yenə 

dağüıb. Aktyorlar "Nicat" və "Səfa" teatr dəstələri arasında parçalanıblar. Aktyor ansamblı nisbətən 

güclənən "Səfa" 1915-ci il yanvarın 9-da tamaşaçıların qarşısına  Şəmsəddin Saminin "Tariq ibn 

Ziyad" (çevirəni Səməd Mənsur və rejissoru Cahangir Zeynalov) əsəri ilə  çıxıb. Tamaşada  əsas 

rolları Cahangir Zeynalov (Zübeyr), Səməd Mənsur (Fəttah ağa), Sidqi Ruhulla (Rəcəb), Yeva 

Olenskaya (Validə), Rüstəm Kazımov (Dəmir bəy) oynayıblar. 

Yanvarın 30-da truppa ötənilki repertuarından Əbdülhəq Hamidin "Tariq ibn Ziyad" ("Tariq 

ibn Ziyad və yaxud ərəblərin müharibəsi" adı ilə) dramını Abbasmirzə  Şərifzadənin quruluşunda 

yenidən repertuara daxil edib. Baş rollar Abbasmirzə Şərifzadəyə (Tariq ibn Ziyad), Sidqi Ruhullaya 

(Musa ibn Nasir), Mehdi bəy Hacınskiyə (Don Simanos), Yeva Olenskayaya (Səhra),  Şura 

Olenskayaya (Zəhra), Hacıbaba Şərifzadəyə (Əziz) tapşırılıb. 

"Səfa" truppası "Nicat"ın yardımı ilə fevralın 20-də Mayılov teatrında Abbasmirzə 

Şərifzadəyə ("Ağa Məhəmməd  şah Qacar" faciəsi ilə) və aprelin 17-də  Şura Olenskayaya 

("Müsəlman səhnəsinin qəhrəmanları" tamaşa-kompozisiyası ilə) benefis keçirib. Şərifzadə ilk dəfə 

Qacar rolunu oynayıb. 

Truppa beş aya yaxın fasilədən sonra, sentyabr ayının 18-də Tağıyev teatrında mövsümü 

açıb. Gündüz Ağa Rəsul Şərifzadənin "Ənuşirəvani-adil", axşam isə Şəmsəddin Saminin "Dəmirçi 

Gavə" dramlarının tamaşaları göstərilib. Hər iki tamaşanın səhnə quruluşunu Hüseyn Ərəblinski 

vermişdi. "Dəmirçi Gavə"də  əsas rolları Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski (Fərhad), 

Kuznetsova (Mehriban), Nataliya Lizina (Mehri), Abbasmirzə  Şərifzadə (Pərviz), Mirzə Muxtar 

Məmmədov (Möbid), Rüstəm Kazımov (Zöhhak), Cəlil Bağdadbəyov (Qəhtan) oynayıblar. 

Bir neçə kiçik vodevil və məzhəkələrin, təbdil və iqtibasların üçünü eyni gündə bir neçə dəfə 

oynayan truppa oktyabrın 23-də İsmayıl bəy Rüstəmbəyovun "Dövləti-bisəmər" pyesini yenidən və 

təzə  səhnə  təfsirində (rejissor Hüseyn Ərəblinski) repertuara daxil edib. Baş rollar Hüseyn 

Ərəblinskiyə (Ağabala), Cahangir Zeynalova (Hacı Sultan), Hacıağa Abbasova (Məşədi Cavad), 

Hüseynqulu Sarabskiyə (Vəli bəy), Məhəmmədhəsən Mərəndiyə (Hacı Fərəc) tapşırılıb. 

Vano Mçedaşvilinin məşhur azərbaycanlı Qaçaq Kərəmin həyatından bəhs edən eyniadlı 

qəhrəmanlıq dramının tamaşası Hüseyn Mirzəcamalovun tərcüməsində dekabrın 11-də Tağıyev 

teatrında göstərilib. Qaçaq Kərəm, Çinovnik və Feyzulla rollarında səhnəyə Hüseyn Ərəblinski, 

Cahangir Zeynalov və Bağır Bağırzadə çıxıblar. 

Gələcəyin tanınmış aktyoru və rejissoru Rza Darablı (Hüsenov) bu il səhnəyə qədəm qoyub 

və "Səfa" truppasının bir neçə tamaşasında iştirak edib. 

"Səfa" truppasının yaradıcılıq ritmi 1916-cı ildə aşağı düşməyə başlayıb. Truppanın rejissoru 

Hüseyn Ərəblinski yenidən müstəqil teatr dəstəsi yaratmağa çalışırdı. Bakıda müvəqqəti truppaların 

sayı çoxalmışdı. Üzeyir bəy Hacıbəyov özü, əsasən, musiqi əsərləri, eyni zamanda faciə  və 

komediyalar oynayacaq dəstə yaratmaq fikrinə düşmüşdü. Təbii ki, bütün bunlar "Səfa"nın 

yaradıcılığına mənfi təsir göstərirdi. 

Bütün bu çətinliklərə baxmayaraq, truppa 1916-cı ildə Hüseyn Ərəblinskinin rejissorluğunda 

"Hacı Qara" komediyasını (Hacı Qara - Cahangir Zeynalov), "Dursunəli və ballıbadı" məzhəkəsini 

(Ağa Cəfər - Hüseyn Ərəblinski, Dursunəli - Cahangir Zeynalov), yeni quruluşda "Qaçaq Kərəm" 

dramını, Səkinə Axundzadənin osmanlı  ədibi Namiq Kamaldan təbdil etdiyi "Zavallı cocuq" 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə