eybəcərləşdirilir.
Fərd bəzən şit, təhqiramiz, bəzən isə sataşmaq, cırnatmaq məqsədilə həcv
obyektinə çevrilir. Şəbədə oyunu kütləvi yığnaqlarda, toy-düyün şənliklərində göstərilib. Şux
zarafata üstünlük verən şəbədələrdə yamsılama (parodiya) əsas götürülürdü.
Lal oyunu. Him-cimlə, plastik, zərif hərəkətlərlə, söz, danışıq ışlənmədən gostərılıb.
Oyunçulara psıxolojı yardım etmək, hərəkətləri mənalandırmaq məqsədilə qara zurnadan, aşıq
musiqisindən, təbildən, cüngdən istifadə olunub.
Tənbəki oyunu. Lağlağı el oyununa bənzəyir və onun bir növü kimi xarakterizə oluna bilər.
Əsasən, kənd yerlərində oynanılan tənbəki oyununda tamaşanın əsasını camaata tanış olan, nə
vaxtsa baş vermiş konkret hadisə təşkil edir. Oyun meydançada çıxarılır. İdeyası tərbiyəvi
əhəmiyyət daşıyır, süjeti sadə olub, məzmunca didaktik ruhludur. El arasında ona t ö v b ə l ə t m ə
o y u n u da deyilib.
Kəndirbaz oyunu. Oyun keçirmək üçün çataqlanmış ıki ağacın üstünə kəndir və ya sim
çəkilir. Kəndirbaz ora çıxıb mürəkkəb hərəkətlər göstərir, qorxulu tryuklar edir. Onun yardımçısı
keçəpapaq isə yerdə kəndirbazın hərəkətlərini "təkrarlayır". Onun gülməli hərəkətləri pantomima
teatrının elementlərinə əsaslanır. Keçəpapaq tamaşaçılardan pul və ya pay yığmaq üçün yeri gələndə
gülməli lətifələr söyləyir, qısa qaravəllilər danışır.
Kəndirbaz oyunları şəhər və bazar meydanlarında, kənd yerlərində, düzəngah çəmənlikdə,
karvansaraylarda göstərilirdi.
Oyun-tamaşaların pantomim əsaslar (lal oyunu) üzərində qurulmuş çoxlu növləri var.
Teatrallıq baxımından onların daha xarakteriklərinin qısaca şərhini vermək məqsədəuyğundur.
Onların arasında ən çox yayılanı "Bağbelləmə"dir.
Onun bir və bəzən bir neçə ifaçısı olur. Oyunçu və oyunçular ifadəli və yığcam, az, lakin
plastik, mənalı hərəkətlərlə təbiətdə yaz fəslinin nəfəsi duyulanda bağın bellənməsi prosesini
göstərirlər. Zəriflik, dəqiqlik, məntiqlə, aydın ideya ilə yanaşı, Bağbelləmə oyununda mənalı və şux
gülüşün olması da vacib saydırdı.
"Kaftarkus" oyunu da pantomim jestlərlə göstərilirdi. Burada iki obraz və iki ifaçı olurdu.
Oyunçular ölünün dirilməsini, goreşənin hoqqalarını gülməli lal hərəkətlərlə çatdırırdılar.
"Kar toyu" oyununda ifaçının pantomim hərəkətlərini mütləq musiqi müşayiət edir, himcimə
üstünlük verilirdi. Oyunun adındakı məna tamaşa göstərmənin məzmun mahiyyətini təcəssüm
etdirir.
Heykəl, abidə mənası daşıyan "Mücəssəmə" lal oyununda, pantomima tamaşasında ağa və
nökərin, kəndli və mülkədarın münasibətləri üzərində qurulmuş mövzu əsasdır. Mücəssəmə sadə
süjetli, tərbiyəvi əhəmiyyətli və ifşa xarakterlidir. "Kor döyüşü"nün iki ifaçısı olur. Tamaşada, guya
görməyən iki adi adamın çox gülməli və şit hərəkətlərlə bir-birini döyməsi, onların əl, ayaq savaşı,
yaxa dartışması oyunçuların məharəti ilə göstərilir.
Lal oyununun (pantomimanın) heyvanlarla bağiı "Lökləmə", "Maral oyunu" adlı qısa
tamaşaları da var. "Maral oyunu"nda iki nəfər həmin heyvanın dərisinə və ya xüsusi tikilmiş maral
müqəvvası paltarına girərək maralın çəmənlikdə otlamasını, ilanla savaşını, balasını hansısa
vəhşinin caynağından xilas etməsini tamaşaçılara çatdırır.
"Lökləmə"də isə yük altında olan dəvənin (lök, nər, maya...) hərəkət tərzi oyunçunun
pantomim jestlərində təcəssüm tapır. Həmin oyuna "D ə v ə d a b a n ı" da deyilib.
Pantomima, lal oyunu tamaşaları həmişə qısa və lakonik süjeti, ideya məzmunu, forma
yığcamlığı ilə xarakterik olub.
Pantomima tamaşalarına ə l-q o l ö l ç m ə, işarət oyunları da deyilib. Daha çox sifət ifadələri
ilə, yəni him-cimlə göstərilən tamaşalar qaş-gözatına da adlandırılıb. Burada işvəli sifət cizgiləri,
qaş-gözü mənalı oynatına, dodaqbüzınə, üztur-şutma vərdişlərinə yiyələnmək oyunçu üçün vacib
sayılıb.
OYUN-TAMAŞALARDA
OBRAZLAR VƏ MASKALAR
Azərbaycanda müxtəlif maskalar ilk əvvəl ovçuluq əsatiri ilə bağlı meydana gəlib. Xalqımız
eneolit və mezolit dövrlərində məişətdə maskalardan və müqəvvalardan istifadə ediblər. İbtidai
insanlar ovlayacaqları heyvanın maska və müqəvvas;na "girərək" ovçuluq etmişlər. Bu hərəkət ov
heyvanını ürkütməmək məqsədi güdürdü.
Əsatir mərasimlərində maskalar tanrını, əfsanəvi məxluqların sifətlərini, müqəddəs quş
başlarını, totem sayılan heyvanları təmsil etmək üçün oyunçular üzlüklər (maskalar) - taxıblar.
Əsrlər keçdikcə maskalar bədii ifadə vasitələrinə çevrilmişdir. Xalq meydan tamaşalarında
yumora, satiraya, məsxərəyə, bütövlükdə gülüşə müxtəlif çalarlar vermək, tipləri xarakterləşdirmək,
tipajları qabartmaq üçün maskalardan istifadə edilib.
El arasında üzlük də deyilən maskalar çoxnövlü olub. Hər biri ayrılıqda müxtəlif səciyyəli
həyat, məişət məsələlərini, təbiət hadisələrini, eybəcərliyi və gözəlliyi, xeyir və şəri, gücü və zəifliyi,
sevinci və kədəri təmsil edib. Maskalar, ilk növbədə, tamaşaçılarda hadisə, obraz, mövzu və ideya
barədə ilkin və aydın anlayış oyatınaq, onlara məlumat aşılamaq xarakteri daşıyıb. Bütün
söylənilənlərdən o qənaət hasil olur ki, meydan teatrının öz estetikası, öz poetika prinsipləri, öz
oyun-üslub parametrləri, səhnə-tamaşaçı nəzəri əsasları var.
Kosa. Xalq meydan tamaşalarının ən fəal, ən sevilən və ən çox oyunlarda iştirak edən
personajı kosadır. Kəvsəc, kosa-kosa, Novruz mərasim şənliklərində, digər müxtəlif meydan
tamaşalarında kosa həm hadisələrin mərkəzində duran, həm də süjet xəttinin əsasını təşkil edən
obrazdır.
Qədim qam-şaman sənəti və ulu çağların inancları ilə də kosanın bağlılığı var. Xalq oyun-
tamaşalarının bu ən qədim personajı bir müddət qocalmış Günəş tanrısının yer üzündə təmsilçisi
obrazı kimi də verilib.
Hələ bizim eradan əvvəl Kosa köhnə ilin, qış fəslinin, həmçinin şərin, bəd əməlin, pis
xarakterin timsalı, insana aclıq, yoxsulluq, səfalət, fəlakət gətirən obraz kimi qəbul olunub. Ona görə
də mərasim və əsatir oyunlarında Kosanı qara rəngdə göstərirdilər. Bunun üçün qrim vasitəsi kimi
hisdən, kömürdən, yandırılmış fındıq qabığının tozundan istifadə edilərək Kosa eybəcər, vahiməli,
bədheybət görkəmə salınırdı.
Şərin rəmzi Apuş divi obrazı da bu minvalla oyun meydanına (səhnəyə) çıxarılıb.
Müəyyən zaman kəsiyindən sonra "Kosa oyunu"nda məişət hadisələri əsatir oyunlarını
üstələyib. Nəticədə Kosanın gülərüzlü, zarafatcıl, xeyirxah sifətli maskaları meydana çıxıb.
Meydan tamaşalarinda, həmçinin Buğa, Keçi, Qoyun, Qurd, Keçəl, Qış, Yaz.. Kimi əsatir
mənşəli maskalardan istifadə edilib.
Maska taxmaqda məqsəd obrazı aydın göstərmək, xeyrin şər üzərində təntənəsini, zülmün
süqutunu, zəhmətin qələbəsini, idrakın nurunu... qabarıq vermək məqsədi daşıyıb. Bu baxımdan qışı
qorxutmaq üçün icra olunan "Kəvsəc" oyun-tamaşası xarakterikdir.
Kosanın geyimində şaman libasmm rəmzi əlamətləri çoxluq təşkil edib. Keçəlin maskaları
Keçədən, ya boz parçadan düzəldilirdi və ona Keçi saqqalı taxılırdı. Tamaşa vaxtı Kosaya eybəcər
və gülməli görkəm vermək üçün oyunçu maskanı taxır və çiyninə tüklü dəri atır, belinə taxta xəncər
qurşayırdı. Onun bir yanından süpürgə, o biri böyründən çömçə asılırdı. Kosa şiş, şüllə papağına
zmqrov keçirir və sonra başına qoyurdu. Kosanın maskası uzunburunlu, ordu ordundan keçən, arıq
üzlü olurdu.
Tamaşadakı bütün obrazların ifaçısı Kosa özü olanda o, müxtəlif maskalardan
(xarakterlərdən) istifadə edib. Müdhiş görkəmli Qış, bərələ gözlü, fırıldaqçı ara həkimi, qorxunc
üzlü, riyakar Qazı, ayağı ruzili və bərəkətli, xoşsima yaz, müdrik çöhrəli Aqil adam və bu kimi
maskalardan Kosa-aktyor bacarıqla barınıb. Bununla da tamaşaya coşğun ritm, dinamik sürət,
hərəkət çevikliyi gətirib.