Kosabaşı. Bu deyim, əsasən, kosanın qəhrəman olduğu xalq tamaşalarına aiddir. Tamaşanı
hazırlayan şəxs el ağzında və oyunçular arasında kosabaşı çağırılıblar.
Lotubaşı. Oyunçuları lotu adlandırılan məzhəkə, məsxərə, şəbədə və qaravəllilərin əsas
ifaçısına və həmin oyunları hazırlayıb ərsəyə gətirənlərə deyilib. Lotubaşı tamaşa boyu hər şeyə,
yəni bədii və texniki gedişata tam nəzarət edib.
Xəlfə. Ərəbcə bu sözün mənalarından biri məclisə başçılıq edəndir. Xalq içində həm lotubaşı
anlamı var, həm də toy şənliklərində teatral çalarlı oyunların təşkilatçısına deyilib.
Meydan qarababası. Baba sözü başçı, ağsaqqal, qara kəlməsi isə böyük mənalarında
işlədilib. Qara baba (qarababa kimi də işlədilib) küçə və meydanlarda və üstüörtülü böyük binalarda
göstərilən tamaşaların təşkilatçısı və rəhbəri olub.
Zikr mərasimi icra edən dərviş dəstəsinin başçısı da meydan babası kimi tanınıb.
Müqəllid. Ərəb dilində bu sözün təqlid edən, təqlidçi, artist, yamsılayan kimi yozum-
mənaları vardır. Əsasən, təlxəklərin və şəbədəçilərin göstərdikləri tamaşaları hazırlayanlara, çox
vaxtlarda da baş "rolda" çıxış edən oyunçulara müqəllid deyilib.
Cütçü baba. əkinçiliklə bağlı mərasimlərdə əsas cütçünü mütləq el-obanın müdrik ağsaqqalı
oynayırdı. Cütçü baba çağırılan həmin ağsaqqal həm də oyun-mərasimi göstərmək üçün hazırlayırdı.
Macgal. Cütçülük və əkinçiliklə bağlı mərasim tamaşalarının əsas ifaçısına və təşkilatçısına
verilən adlardan biridir. Mac cüt və kotanın əsas dəstəyinə, macgal isə şum vaxtı macdan tutana
deyilib. Macgal, həmçinin Cütçü babanın köməkçisi (assistenti) funksİyasını daşıyıb.
Hodaq. Kənd mərasimlərindən sayılan "Cütçü şumu"nun təşkilatçısı, həm də Cütçü babanın
köməkçisi kimi fəaliyyət göstərib. Cüt və ya kotana qoşulan öküzü (öküzləri) sürən hodaq adlanıb.
* * *
Tamaşaların göstərildiyi yerlər
Təbii ki, min illər boyu əsatir şənlikləri, el-oba oyunları, mərasim tamaşaları açıq havada,
şəhər meydanında, kənd içində, bazarda, əkənək sahəsində, camaatın gur toplandıqları yerlərdə,
hovuz üstündə, saray həyətində, xırman düzündə, ocaq başında, şenlik çalmalarında, gül-çiçəkli
yaylağa və bu kimi yerlərdə göstərilib.
Məhz ilk növbədə buna görə həmin oyun-göstərmələr meydan teatrı kimi ümumiləşdirilib.
Kütləvi oyun yerləri xalq arasında müxtəlif deyimlərlə adlandırılıb. Onlardan dildə-ağızda
daha çox işlədilənlərinin qısaca şərhini verməklə, oyun məkanlarının adları barədə müəyyən
təsəvvürə gəlmək olar.
Alan. Bu, müəyyən xalq oyunu üçün düzəldilən məkandır. Formaca yarımdairə və qövsvarı
olub. Ona görə də ətrafına çoxlu tamaşaçı toplanınasma imkan vardı.
Balaxan. Qədim elarası danışıq dilində "yuxarı otaq" mənasında işlənib. Açıq havada
taxtadan və ya hamar yonulmuş ağac tirlərindən düzəldilirdi və səhnə funksiyasını daşıyırdı. Bəzən
arakəsməli çadırabənzər görkəmdə olurdu.
Qaldıran. Süjetli qaravəlli tamaşalarının oynanılması üçün səkiyəbənzər, tamaşaçılar duran
səviyyədən azacıq hündür yer. Bu, yamaclı çəmən də ola bilərdi, torpaq atılıb tez vaxtda hasilə
gətirilən kövər də.
Əndam. Hərfi mənada görkəmli, iri mənasındadır. Ərəbcə isə bədən, qədd-qamət, boy-
buxun, biçimli adam deməkdir. Qədim dövrlərdə gəzərgi yox, bir məkanda çıxarılan oyunlar,
göstərilən tamaşalar üçün seçilmiş böyük həyətin hündür yeri. Yaxud, müvəqqəti qurulmuş, adamın
dizi bərabəri qurulan meydança əndam kimi tanınıb.
Gac. Mənası görünən səhnə deməkdir. Məişətdə işlənən, ağacdan düzəldilmiş, qurşaqboyu
taxt məzhəkə oyunlarında gətirilib meydançaya qoyulurdu. Aktyor-oyunçular bu gacın üstündə
tamaşalar oynayırdılar.
Geniş səkiyə taxta düzülüb, kilim-palaz salınıb üstündə tamaşa oynanılan yerə də bu ad
verilib.
Mərəkə. Ərəb sözüdür və çoxlu mənaları var. Dilimizdə izdiham, qələbəlik, qalmaqal,
vurhavur, vurhəşir, cəncəl deyimləri mövcuddur. Meydan oyunçuları arasında çox geniş və
qələbəlik yerdə çıxarılan oyun məkanlarının adlarından biridir.
Tək və cüt oyunçuların, həmçinin dərvişlərin, naqqalların, lotuların, məsxərəbazların,
məzhəkəçilərin, hətta canbaz və kəndirbazların kütləvi tamaşalar göstərdikləri yerdir.
Mərəkə yeri seçiləndə, adətən, orada uzun illər tamaşalar oynanılırdı. Mərəkə yerlərində
tamaşaçılara şirniyyat, sərinləşdirici içki satanlar da olurdu. Buraya daha çox tamaşaçı toplaşa
bilirdi.
Nümayişgah. Nümayiş sözü göstərmək, baxılan, görünən, gah isə yer, ev mənasındadır.
Həmin mənalardan götürülən bu deyim açıq havada teatr oynanılan məkan anlamında işlədilib.
Nəzrgah. Tamaşaxana, səhnə, oyun göstərilən meydan mənasını ifadə edən bu sözün
işlənməsi İran Azərbaycanının yaşayış məkanları üçün daha xarakterikdir.
Oynaqlıq. Açıq oyun meydançalarına verilən ümumi adlardan biridir.
Həmin sözün oynaq,
o y n a q m ə k a n deyimləri də var.
Səhnəcə. Kiçik süjetli, daha çox tək ifaçının göstərəcəyi oyun üçün iri mülkün həyəti,
bazarın bir küncü, iki küçənin kəsişdiyi tin, tamaşaçı az yığılan yer seçilirdi. Səhnəcə deyilən bu yer
kiçik, yığcam, xudmani tamaşa yeri mənalarını verirdi.
Hovuzüstü. Saray həyətində, memarlıq qurumu dairəvi və ya dördkünc olan karvansarayın
ortasında, şəhər bağında hündürlüyü yarım metr və ya bir metr olan hovuzun üstünə qalın taxtalar
atılırdı. Sıx düzülən taxtaların üstü xovsuz xalçalarla döşənirdi. Onun üstündə qısa məzmunlu, ancaq
əyləncə xarakterli, sadə süjetli və gülməli tamaşalar göstərilirdi. Yayın istisində hovuzun suyu
oyunçu-aktyorlara sərinlik gətirirdi.
Çavıstan. Kənd oyun tamaşalarının göstəriləcəyi yer çox vaxt əvvəlcədən
müəyyənləşdirilirdi. Oyunun təşkilatçıları dikdir yerlərdən torpaq qazıb ortaya tökürdülər. Sonra
onu hamarlayırdılar. Səki və ya səhnə kimi görünən yer çavıstan adlanırdı.
Həngə. Ən müxtəlif kiçik oyunların və uzun çəkən tamaşaların göstərildiyi yerə verilən
addır. Bəzi bölgələrdə həmin yerə h ə n g a m ə x a n a da deyilir. Söz həngamə, yəni məzəli oyun
çıxarılan yer mənasını verir.
Şelaxana. Daha çox musiqili oyunlar göstərilən yerə deyilib. Müəyyən mənada
tamaşaxananın və seyirxananın təhrif olunmuş şəklidir.
Adları göstərilən tamaşa yerlərinin bir qisınındə, nisbətən iri sahəsində ifaçıların paltar
dəyişmələri, "qrimlənib" oyuna hazırlaşmaları, səhnədə sözünü qurtarıb kənara çəkilən və növbəti
çıxışmı gözləyən oyunçunun dayanması üçün camaatla səhnənin arxa hissəsinə pərdə çəkilirdi.
Yaxud da araya vərni, zili, şəddə, sumax, bir sözlə, yüngül olan xovsuz xalça tutulurdu. "Kulis",
"şırma" mənasını verən həmin örtüyə ç a t ı n a p ə r d ə adı verilmişdi.