XALQ OYUN-TAMAŞALARI
Açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkəzində, şəhər meydançalarında,
karvansaraylarda, bazar içində, küçələrdə, kənd əkənək yerlərinin yanında göstərilən kütləvi xalq
tamaşalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi "meydan teatrı" deyilir. Meydan teatrı
xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərkolunmaz hadisələrinə
münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla
təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur.
Meydan tamaşalarını şərti olaraq dörd bölümə ayırmaq olar:
mərasim və əsatir şənlik oyun-tamaşaları;
kütləvi həyat və məişət etno-mədəni oyun-tamaşaları;
əyləncəli səhnə oyunları;
mistik xarakterli şəbih tamaşaları.
Azərbaycanda mərasim tamaşalarını ümumiləşdirib iki qismə bölmək olar: mövsümi
mərasimlər və məişət mərasimləri.
Mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması, elin-elatın yaylağa
çıxması, qoyun qırxını ilə əlaqəlidir.
Məişət mərasimlərinə aşıq toyları, dərviş düyünləri, ölən igidlərin şəninə ağılar deyib, bayatı
çağırmaq, yuğlama (ağlama) məclisi qurmaq, vəsfi-hal oyunları aiddir.
Dodu-qodu. Kütləvi xalq mərasimi tamaşalarından olan Qodu-qodu (Dodu-dodu da deyilir)
yurdumuzda aramsız yağan, əkinə və biçinə ziyan vuran leysanlara son qoymaq məqsədilə
keçirilirdi. Tamaşada qadın obrazını xatırladan xırdaca Kuklalar düzəldilirdi və ona "qodu"
deyilirdi.
Bu, Günəş tanrısını, sonraki illər Günəşin özünü təmsil edirdi. Oyun iştirakçıları yağışa
məhəl qoymadan qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxuyur, tərifli sözlər deyir, onu vəsf
edirdilər. Onları musiqiçilər müşayiət edirdilər. Qodunu qırmızı parçalarla bürüyürdülər və bu da
Günəşin rəmzi kimi səciyyələnirdi.
Kəvsər. Qışı qorxutmaq, onun tufan-boranına hazır olmaq məqsədilə keçirilən el mərasiminə
kəvsəc deyilib. Kəvsəc oyununun təşkilatçıları qışın mənfur obrazını canlı vermək məqsədilə ən
bacarıqlı, çevik, çalıb-oxuyan, məzəli danışan təlxəyə cırcındır paltar geyindirir, onun üz-gözünü
kömürlə, unla eybəcər hala salır və sonra da qatıra mindirib kəndi, obanı gəzdirirdilər.
Cütçü şıımıı. Adından göründüyü kimi, bu mərasim sırf - əkinçiliklə bağlıdır. Ulu
zamanlarda insanların torpağa ilahi varlıq kimi tapındıqlarını təcəssüm etdirib. Novruz bayramının
torpaq çərşənbəsində icra olunan Cütçü şumu oyun-tamaşası yalnız əkənək torpağı bol olan
kəndlərdə göstərilirdi. Mərasim cüt və kotanın vəsfi-halı kimi dəyərləndirilirdi. Adətən, ən bərəkətli
əkin sahəsinin yanındakı meydançada keçirilirdi.
Yel baba. Bu oyun zəmilərdən taxıl biçilib xırmanlara toplanandan sonra keçirilirdi. Məqsəd
taxıl sovurmaq naminə meh əsdirmək üçün Yel tanrısını köməyə çağırmaq olub. Mərasimdə "A yel
baba, yel baba" nəğmə-gözəlləməsi xorla oxunardı. Mahnının ifaçıları nəğmədə oxunan sözlərin
məna və məzmununu hərəkətlərlə də göstərməyə çalışardılar.
Güdül. Qodu-qodudan fərqli olaraq, bu mərasim tamaşası yağışı çağırmaq
məqsədilə
keçirilərdi. Kökü su tanrısına pərəstişlə bağlıdır. Əkinin torpaqda boy verib su istədiyi, ancaq
havaların quraq keçən vaxtlarında icra olunub. İştirakçılar suyu vəsf edən nəğmələr oxuyar, yağışı
çağıran bayatılar söyləyərdilər.
Kütləvi etno-mədəni oyun-tamaşaları xalqın təbiət hadisələrinə (Günəş, yağış, ildırım
çaxması, doğum-ölüm və sairə) itaətkar, şüurlu münasibətləri, həyatı dərk etmək cəhdləri ilə
bağlıdır.
Yuğ. Islamdan çox-çox əvvəl Azərbaycan ərazisində məşhur, şöhrətlı, mərd xalq
qəhrəmanlarının, el igidlərinin ölümü ilə bağlı keçirilən anmaq, xatırlamaq, onu vəsf etmək və sonda
mütləq ağlamaq mərasiminə yuğ deyilir. Yuğ toplantısı üçün camaat bir yerə cəm olurdu.
Xüsusi
qonaqlıq mərasimi düzəldilirdi, məclisə məşhur yuğçular çağırılırdı. Adətə görə yuğ mərasimini
təqdim edən oyunçular beş dəstədən ibarət olurdular: qılıncoynadanlar, çalğıçılar, müğənnilər, ağıçı
qadınlar və kişilər.
Sayaçı. Azərbaycanda sayaçı oyunu çox məşhurdur. Köçəri türk tayfaları, qoyunçuluqla
məşğul olan elat camaatı, heyvandar tərəkəmələr arasında geniş yayılıb. Qoyunun yun qırxımı, döl
və quzulama dövrlərində qoyunçular tərəfindən keçirilən kənd mərasimidir. Oyunçular şən bayatılar
çağıra-çağıra, holavarlar söyləyə-söyləyə, mərasimə uyğun nəğmələr zümzümə edə-edə çıxışa
hazırlaşırdılar. Geyim mərasimindən sonra sayaçılar şadlıq edən izdihamın dövrəsmdə yurdları
gəzər, bərəkət, firavanlıq, halal ruzi olan qoyuna aid sayalar oxuyardılar.
Qaravəlli. Mahiyyəti və estetik tipi baxımından komediya tamaşasıdır. Orta əsrlərdə toy-
nişan mərasimlərində, dastan-nağıl məclislərində qaravəllilər söylənilib. Əvvəllər varsaqlar, sonralar
aşıqlar söylədikləri nağıl-dastanın arasında bir növ nəfəs dərmək, gərginliyi, psixoloji dramatizmi
aradan götürmək üçün yumorlu hadisələr nəql edirdilər. Məzhəkə, məsxərə tipli bu söyləmələr
qaravəlli adlanırdı. Əsrlər, qərinələr keçdikcə qaravəlli oyunu nağıl məclislərindən ayrılıb və
müəyyən estetik göstəricilərlə səciyyələnən məzhəkə-oyun meydan tamaşasma çevrilib.
Məzhəkə. Xalq oyunlarının ən qədimlərindən biri də məzhəkədir. Formaca xalq
tamaşalarının daha çeviki, bitkini olan məzhəkə tamaşalarının oyun prinsipi bilavasitə improvizəyə
əsaslanır. Qaravəlli oyunlarından fərqli olaraq, məzhəkə tamaşalarında kobud, əndazəni aşan
zarafatlara, şit atmacalı lağaqoymaya, intim epizodları qabartmağa üstünlük verilib. Məzhəkələrdə
mənfi xarakterli insanlar, əməli qüsurlu adamlar, cəhalət, kütlük, mənəviyyatsızlıq, əxlaqsızlıq,
cəmiyyətin kiçik qüsurları, həyat davranışındakı zahiri çatışmazlıqlar ifşa hədəfi seçilib.
Məsxərə. Mənşəcə Qədim saray tamaşaları ilə bağlı olan məzhəkəli oyun-tamaşa növüdür.
Sonralar saray "çərçivəsindən" çıxaraq meydan tamaşası kimi geniş intişar tapıb, yeni inkişaf
səmtinə düşüb, təzə ifadə vasitələri ilə zənginləşib. Məsxərə oyunları camaatın gur yığnaq yeri olan
meydanlarda göstərilib. Eyni zamanda karvansaraylarda, aşxanalarda, hətta ev mərasimlərində də ifa
olunub. Məsxərələrdə müxtəlif peşə sahiblərinin tipikləşdirilmiş, qroteskli hərəkətlərlə, satirik, hətta
şit, açıq-üryan təhqirlərlə məişət koloriti aşılanmış tipik obrazları lağa qoyulub. Kənd yerlərində
göstərilən belə tamaşalara l a ğ o y u n u da deyilib.
Dərvişlik. Mənası qapı atzında yatan, yoxsul, dilənçi deməkdir. Dərvişlik təxminən XI
əsrdən başlayaraq Hindistanda, Pakistanda, İndoneziyada, İranda və Azərbaycanda geniş yayılıb.
Tədricən sufi təriqətinin bir qolu kimi formalaşıb. ilk əvvəllər dərvişlər müxtəlif dini təriqətlərin
təmsilçiləri və təbliğçiləri zəminində intişar tapıb. Get-gedə ölkələri, şəhərləri, kəndləri didərgin
həyat tərzində gəzərək el arasında nağıl məclisləri quran nağılbaz-oyunbazlar kimi tanınıblar. Eyni
zamanda zəhərli ilanlar gəzdiriblər, əqrəblər oynadıblar, gözbağlayıcılıq ediblər, ritmik hərəkət
oyunları çıxarıblar. Onların göstərdikləri tamaşalara d ə r v i ş m ə r ə k ə s i deyilib.
Dərvişlər dəridən tikilən və ya qalın toxunuşlu parçadan saya paltar geyiniblər. Çiyinlərindən
kəşkül asıblar, sağ qulaqlarında həlqəvari sırğa olub.
Hoqqa. Sözun mənası "sehrli qutu", sandıqça deməkdir. Sonralar müəyyən mürəkkəb
oyunlar hoqqa adlanıb. El arasında ona g ö z b a ğ l a y ı c ı oyunu da deyilir.
Əyləncəli səhnə oyun-tamaşalarına aid olan oyunlar meydan teatrının yığcam, iştirakçısı az
olan formasıdır. Onlardan ən məşhurlarının qısa şərhini nəzərdən keçirək.
Lağlağı oyunu. Bir ifacının göstərməsi olan bu oyun bəzən l a ğ o y u n u da adlanır.
Xarakterlərinin mahiyyətinə görə məsxərə oyununa bənzəyir. İfaçı kənd arasında müəyyən
xarakterik xüsusiyyətləri, davranış tərzi, geyim-kecimi, danışığı, görkəmi ilə fərqlənən bir şəxsi
özünə "obyekt" seçib. Sonra onun komik obrazını tamaşaçılara təqdim edib. Bu oyun əyləndirmə və
güldürmə xarakteri daşıyıb.
Şəbədə. Geniş yayılıb və xaraktercə, üslubca lağ oyununa yaxındır. Şəbədə oyunlarının
mövzusu bilavasitə məişət hadisələrindən götürülüb. Kiçik və sadə süjetli əhvalat qəsdən