Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə30/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

69
68
26.
 
ATMOSFER TƏZYİQİ 
Bəzi insanlar hündürlüyə qalxdıqca səhhətlərində  müəyyən dəyişikliklər hiss edir-
lər.  Bəzən  qulaqlar  tutulur,  nəfəs  almaq  çətinləşir,  hətta  burunda  qanaxmalar  baş 
verir. 
Hava Yer səthinə və orada olan bütün cisimlərə müəyyən qüvvə ilə təsir edir. 
Bu, atmosfer təzyiqi adlanır. Atmosfer təzyiqi hava kütlələrinin çəkisindən, 
havanın temperaturundan və yüksəklikdən asılı olaraq dəyişir. Təzyiqi ölçmək 
üçün civəli barometr ( ) və ya 
barometr-aneroid ( ) cihazlarından isti-
fadə olunur. 
a
b
mayesiz 
Normal atmosfer təzyiqi 45° paraleldə, okean səviy-
yəsində, 0°C temperaturda 760 mm civə sütununa (c.s.) 
bərabərdir. Atmosfer təzyiqi 760 mm c.s.-dan çox olar-
sa, o, yüksək təzyiq, az olarsa, alçaq təzyiq hesab olunur. 
Bu, maraqlıdır.
 Bu günə qədər Yer üzərində ən yük-
sək  atmosfer  təzyiqi    Rusiyada,  Sibir  ərazisində  qeydə 
alınmışdır.  Burada  atmosfer  təzyiqi  dəniz  səviyyəsində 
816 mm c.s. olmuşdur. 
Ən alçaq təzyiq isə Yaponiya ətrafında “Nensi” qasırğası 
zamanı 641 mm c.s.  müşahidə olunmuşdur. 
Coğrafi enliklər üzrə Günəşin istiliyi qeyri-bərabər 
paylanmışdır. Bu da Yer səthində müxtəlif təzyiq sahə-
lərinin yaranmasına səbəb olur. 
Ekvatorial enliklərdə hava qızaraq yüngülləşir və tro-
posferin yuxarı qatlarına qalxır. Havanın qalxan hərə-
kəti atmosfer təzyiqinin ekvatorda aşağı düşməsinə sə-
bəb  olur.  Troposferin  yuxarı  qatlarından  tropik  en-
liklərə  (30°  şm.e.  və  c.e.)  hərəkət  edən  hava  axınları 
Dağın ətəyində, okean səviyyəsində atmosfer 
təzyiqi 760 mm c.s. olarsa, 3000m yüksəklikdə 
atmosfer təzyiqini müəyyənləşdirin.
__ havanın Yer səthinə və cisim-
lərə göstərdiyi təzyiqdir. Təzyiq 
760 mm c.s.-dən çox olarsa,   o, 
__ az olarsa,   __ hesab olunur. 
__  xəritədə  eyni  təzyiqli  nöq-
tələri birləşdirən əyri xətlərdir.
Binanın hündürlüyü 237 m-dir. Əgər binanın özülündə atmosfer təzyiqi 745 mm c.s.-
dirsə, binanın damındakı atmosfer təzyiqini hesablayın.
Öyrändìklärìnìzì 
tätbìq edìn
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Yüksək təzyiq 
Alçaq təzyiq 
İzobar 
Atmosfer təzyiqi
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
a
b
soyuyaraq  Yer  səthinə  enir  və  yüksək 
təzyiq sahəsi yaradır. 
Mülayim  qurşaqlarda  (50°-60°şm.e. 
və  c.e.)  havanın  qalxan  hərəkəti  alçaq 
təzyiq sahəsi yaradır. Qütblərdə isə tem-
peraturun ilboyu aşağı olması səbəbin-
dən yüksək təzyiq qurşağı yaranır. 
Yüksəkliyə qalxdıqca havanın sıxlı-
ğının azalması atmosfer təzyiqinin aşağı 
düşməsinə səbəb olur. Hündürlüyə qalx-
dıqca, təzyiq orta hesabla hər 10 metrdə 
1 mm. c.s. azalır ( ). 
Bu qanunauyğunluq 
təxminən 3000 m-ə qədər müşahidə edilir.
Yer səthində təzyiqin paylanması haq-
qında  məlumat  almaq  üçün  xəritələrdə 
eyni təzyiqə malik nöqtələr birləşdirilir. 
Alınan belə əyri xətlər izobar  adlanır. 
c
· Sizcə, bu dəyişikliklər nə ilə bağlıdır?
Təchizat: su, stəkan və kağız vərəq.
İşin gedişi: 1. Stəkanı yarısına qədər su ilə doldurun. 
2. Vərəqi stəkanın ağzına qoyun. 
3. Əlinizlə vərəqi saxlamaqla stəkanı çevirin. 
4. Əlinizi vərəqdən çəkin.  
Müzakirə edək: Su stəkandan niyə tökülmədi? 
Müşahidə etdiyinizi izah edin.
Fäaliyyät
Fäaliyyät
c
760 mm c.s.
460 mm c.s.
198 mm c.s.
267 mm c.s.
560 mm c.s.
660 mm c.s.
Hünd. km ilə
12
10
8
6
5
4
3
2
1
0
10 metr =1mm c.s.
h(m)
5000
4500
4000
3500
3000
2500
2000
1500
1000
500
0
3000 m
?
760 mm c.s.
760
mm


71
70
27. 
KÜLƏKLƏRİN YAYILMASI 
· Sizcə, bunun səbəbi nədir?
Şəklə diqqət yetirin: yağıntı  yalnız 
okean üzərinə düşür. Əslində isə 
okean üzərində yaranan yağıntının bir 
qismi quru üzərinə gətirilir. 
Cədvəli  dəftərinizə  çəkin. 
Küləyin  təbiətdə  və  insan 
həyatında  əhəmiyyəti 
barədə fikirlərinizi yazın.
Müzakirə edək: Küləyin əhəmiyyəti nədir?
Müəyyən məntəqə üçün küləklərin istiqaməti “külək gülü”  adlanan sxemlə 
göstərilir.
Nümunə.  “Külək gülü”nün qurulması.
Verilmiş məlumatlara əsasən Bakı şəhərində fevral ayı üçün “külək gülü”nü qurun:
Bakıda fevral ayında 5 gün şimal, 10 gün şimal-şərq, 4 gün şimal-qərb, 2 gün 
şərq, 5 gün qərb, 2 gün isə küləksiz gün olmuşdur. 
Küləklərin  istiqaməti  __  adlanan  sxemlə  verilir.  Külək-
lərin gücü və sürəti 12 ballıq __ ilə müəyyən edilir. Ayrı-
ayrı ərazilər üçün səciyyəvi olan küləklər __ adlanır.
Aşağıdakı amillərdən hansılar küləyin yaranmasına səbəb ola bilər?
1. Temperaturun gün ərzində dəyişməsi
2. Süxurların tərkibinin müxtəlifliyi; 
3. Bitki örtüyünün zənginliyi
4. Temperaturun il ərzində dəyişməsi; 
5. Atmosfer təzyiqinin müxtəlifliyi.
Təbiətdə  əhəmiyyəti  
İnsan həyatında əhəmiyyəti
1. Üfüqün əsas və aralıq 
cəhətləri çəkilir.
2. Bir ay ərzində əsən küləklərin 
istiqaməti şrtixlərlə qeyd edilir. 
Hər bir ştrix bir günü əks etdirir. 
3. İstiqamətlər üzrə sonuncu 
ştrixlər birləşdirilir. Küləksiz 
günlər mərkəzdə qeyd edilir.
Şm
C
Q
Ş
Şm
C
Q
Ş
Şm
C
Q
Ş
4
C-Ş
C-Q
Şm-Q
Şm-Ş
Bofort şkalası
AÇAR  SÖZLÄR
Bofort şkalası
Külək gülü
Yerli külək
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
Fäaliyyät
Fäaliyyät
Şimal küləyi
Şimal-şərq  küləyi 
Cənub küləyi 
Cənub-şərq küləyi
Hava  şəffaf  və  rəngsiz  olmasına 
baxmayaraq, biz onu daim hiss edirik. 
Hava daim hərəkət edir və yerini dəyi-
şir. Onun bir yerdən başqa yerə hərə-
kət etməsinin başlıca səbəbi atmosfer 
təzyiqinin yer səthində qeyri-bərabər 
paylanmasıdır.  Təzyiq  fərqləri  külək 
yaradır. Hava yüksək təzyiq sahəsin-
dən  alçaq  təzyiq  sahəsinə  doğru  hə-
rəkət edir. Təzyiq fərqi böyük olduqca 
külək  də  güclü  əsməyə  başlayır.  Yer 
üzərində ən güclü küləklər Antarktida 
materikinin ətrafında yaranır. 
Küləyin gücü və sürəti 12 ballıq Bo-
fort şkalası ilə müəyyən olunur. Külək 
əsdiyi səmtin istiqamətinə görə adlan-
dırılır.  Külək  şimaldan  əsirsə,  şimal 
küləyi adlanır və oxla işarələnir. 
Yer kürəsinin ayrı-ayrı ərazilərində özünəməxsus xüsusiyyətlərinə malik 
olan yerli küləklər formalaşır. Belə küləklərə səmum və xəmsin (Şimali Afrika 
və Ərəbistan), bora (Şimali Qafqaz), villivili (Avstraliya), sirokko (İtaliya), 
sarma (Baykal ətrafı), mistral (Fransa) kimi küləkləri misal göstərmək olar.   
Səmum küləkləri quru və isti olmasına görə digərlərindən fərqlənir.  
Güclü qasırğa
11-12
28,5-32,7 m/san 
və daha çox
7-8
13,9-20,7 m/san-yə 
qədər
Çox güclü
Küləyin 
sürəti (m/san)
Küləyin 
gücü (bal)
Dağıdıcı 
qüvvəsi
0-0,2 m/san-yə 
qədər
Şələkət 
(küləksiz hava)
Zəif 
Güclü
1-3
0,3-5,4 m/san-yə 
qədər
4-6
5,5-13,8 m/san-yə 
qədər
0-1
Qasırğa
9-10
20,8-28,4 m/san-yə 
qədər


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə