Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

D
DƏYƏRLƏRİMİZ
105
mağa başladı. Suyu da bol­bol içəndən sonra dizlərini bükərək başını otun
üstünə qoydu, qoxusunu içinə çəkməyə başladı.
Acından arıqlamış at bir neçə günün içində özünə gəldi və atılıb­düş ­
mə yə, vurnuxmağa başladı. Atın genişlik istədiyini anlayan erməni onu gə ­
zin tiyə çıxardı, bir neçə dəfə minib doyunca çapdı. At artıq yeni sahibinə
öyrəş miş di, çünki erməni ona istədiyi otu, suyu gətirmişdi. Bundan başqa,
o, Atın dilini tap mışdı, onunla azərbaycanca danışırdı. 
Nəhayət, yarış günü gəlib çatdı. İsveçrənin ən gözəl mənzərəli yer lə ­
rinin birində  – dağların ətəyindəki yaşıl düzənlikdə minlərlə insan top laş ­
mışdı. Aparıcı ilk sırada yarışa çıxacaq atların adını elan etdi. “Qarabağ
gözəli” də onların arasında idi. Atı  həmin erməni – Armen Papazyan
sürəcəkdi. İşarə ve rilən kimi At ildırım sürəti ilə irəli atıldı. “Qarabağ gözəli”
rəqiblərini bir­bir arxada qoyaraq irəli keçəndə Armen sevindiyindən öz
dilində bağırdı. Beyni gicəlləndirən hay­küy içində Atın qulağı belində
daşıdığı adamın yad dildə dediyi sözləri aldı, sürəti yavaşıdı. Atın gözləri
artıq ayaqları altındakı torpağın yadlığını hiss edirdi. Özündən ixtiyarsız
başını qaldırdı və gözləri qarşıda açılan nəhəng düzəngaha, onun sonun ­
da görünən dağlara sataşdı. Elə bildi ki, qarşısındakı Cıdır düzüdür, bütün
qüvvəsi ilə irəli atıldı. 
Finişə çatmağa bir neçə addım qalmış Armen öz dilində “Qələbə!” deyə
bağırdı. Bu bağırtı Atı diksindirdi. O, iki ayaqları üstə şahə qalxaraq dəli bir
kişnərti çəkdi. Armen qamçı ilə atı sakitləşdirməyə çalışdı,  lakin o, yenə ayaq ­
larını qaldırdı, bir də şahə qalxdı və qəzəblə ayaqlarını yerə çırpanda sanki
torpaq titrədi. At üçüncü dəfə şahə qalxaraq dəli bir kişnərti ilə er mənini
belindən atdı və finiş xəttini təkbaşına keçərək öz cıdırına sarı üz tutdu.
Arxadan fit çalır, onu qovurdular, lakin heç kölgəsinə də çata bilmirdilər.
Qarabağ atını həsrət çulğamışdı, baş götürüb onu böyüdən, yetişdirən
yurduna doğru qaçırdı. Lakin nə qədər qaçırdısa, doğma torpağın qoxusu
dəymirdi burnuna. Bu yerlər nə qədər gözəl olsa da, nə qədər Qarabağ
çöl lərini xatırlatsa da, yad idi, yadların idi. O isə öz yurdunu, öz torpağını
axtarırdı, ona görə də dəli kimi ürəyi atlana­atlana qaçır, qaçır, qaçırdı...
Nə ha yət, ürəyi dözmədi, ağzı köpükləndi. Atın dizləri bü kül dü, yerə gəldi.
Bir neçə dəfə qüvvəsini toplayıb qalxdı, hətta iki­üç addım irəli getdi də.
Amma artıq yaşıllıq qurtarmışdı, qarşıda gözqamaşdırıcı işıqlara bü rün ­
müş yad bir şəhər görünürdü. Atın gözləri qaraldı, dizləri yerə toxundu,
yo rulmuş, üzülmüş vücudunu daşımağa taqəti çatmadı, torpağa sərildi.
2. Atın V t n h sr ti  ç kdiyini göst r n m qamları ş rh edin.
3. Sizc , Atı q z bl ndir n n  idi?
Çap üçün deyil


VV 
BÖLMƏ 
106
Get­gedə altındakı torpağın soyuğu canına işləyirdi. Gözləri səmaya ba ­
xırdı. Bu səmanın altında, haradasa onun öz torpağı, öz otu, öz suyu, yur ­
du vardı. Bəli, vardı, elə bunu hiss etmək də gözəl idi. Bayaqdan onu
iz ləyən helikopter yaxınlıqda yerə endi. Oradan düşən adamlar yaxın la ­
şanda At artıq can verirdi... 
Papazyan atın ölümünü seyr edə­edə cib telefonunu çıxardı, oğluna
zəng etdi. Oğlu Ermənistan ordusunun tərkibində idi və Qarabağ üçün vu ­
ru şurdu. Qarabağ atını da atası üçün o alıb göndərmişdi. Armen oğ lu nun
səsini eşidən kimi dedi:
– Təcili bilet al, İsveçrəyə gəl, oğlum. Vuruşmağın mənası yoxdur, Qa ­
rabağ heç vaxt bizim olmayacaq. Özgə torpaqdan vətən olmaz.
Aygün Hәsәnoğlu
Söz ehtiyatı
4. M tnd ki “dilini tapmışdı”, “fikir götürdü” ifad l ri h qiqi, yoxsa
m cazi m nada işl nib?
Düşün və cavab ver
5. M tnin sonunda erm ninin telefonla oğluna dediyi sözl r   mü na -
si b  tinizi bildirin. Onu bu sözl ri dem y  n  m cbur etdi?
Yazı
6. Qarabağ atları haqqında m lumat toplayaraq t qdimat hazırlayın.
Dil qaydaları
7. M tnd  göy r ngl  verilmiş sözl ri ixtisar etm kl  cüml l ri oxu -
yun. M na v  into nasiyada baş vermiş d yişikliyi izah edin.
dat cüml d  fikrin t sirli ifad  olunmasına köm k edir: sual,
mr, xahiş, arzu v  s. m naları gücl ndirir.
Sual: 
M g r s n bununla razı deyils n?  
Arzu: 
T ki s n xoşb xt olasan. 
Az rbaycan dilind   n çox işl n n  datlar: 
axı,  n, daha, olduqca,
da, d , ki, artıq, n , nec , b s, -mı
4
, bir, ancaq, yalnız v  s.
datları cüml d n çıxaranda m na d yişikliyi baş vermir, lakin
cüml nin emosionallığı azalır; m s l n:
Oxumamısan ki? – Oxumamısan?
Axı s n h r şeyi bilirs n. – S n h r şeyi bilirs n.
Yadda saxla!      
DAT
Çap üçün deyil


D
DƏYƏRLƏRİMİZ
107
8. Verilmiş  datları müvafiq cüml l r   lav  edin.
kaş, g l, axı,  n, çox, b s
1. T ssüf ki, Müşfiq  ... qısa ömür n sib oldu.
2. ...  vv lc  bu m rh l ni keç k.
3. Bu m nim h yatımda ...  lam tdar hadis  idi.
4. ... dem mişdim ki, bu qutuya  l vurma.
5. ... m n n  bil  idim ki, işıqlar sön c k.
6. ... s n dey n  qulaq asa idim.
9. Cüml l rd  işl nmiş  datları seçin v  h min  datlarla yeni cüml l r
qurun.
1. İnsan öz tay-tuşları arasında üstünlüyü yalnız elm v  s n t  gör
ld  edir. 
(“Qabusnam ”)
2. Amma lap nahaq yer  h nadan söhb t saldım, heç yeri deyildi.
(Ü.Hacıb yli)
3. M n artıq bel  fikirl rl  razılaşa bilmir m.
4. S n bu bar d  heç k s  dem din ki?
5. Qoy m n yen  söhb t açım öz diyarımdan. 
(M.Gün r)
6. B s s n işd n n  vaxt qayıdacaqsan?
10. Nümun y  uyğun c dv l ç kin. Cüml l rd  tapdığınız  datların
qram matik  m nasını aydınlaşdırın v  c dv lin müvafiq xanasına
yazın. 
1. Kaş h r şey s n dey n kimi ola idi.
2. Q rarını verm zd n  vv l qoy m n d  sözümü deyim.
3. B li, m n s n  etibar edir m.
4. B s bu gün imtahana hazırlaşmayacağıq?
5. Xeyr, m n bu fikirl  razılaşa bilm r m.
6. M hz bu s b bd n iki dövl t arasında münaqiş  d rinl şdi.
11. Bayatılarda  datları tapın v  onlarla bağlı olan feill rin ş klini
mü y y n edin.
Bağçaları sarı gül, 
Araz üst , buz üst ,
Yarı qönç , yarı gül,
Kabab yanır köz üst ,
Gec açıldın, tez soldun,
Qoy m ni öldürsünl r
Olmayaydın barı, gül.
Bir alagöz qız üst .
Arzu
mr
D qiql ş-
 dirm
Sual
T sdiq
İnkar
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə