Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

Ə
ƏL-XARƏZMİ
Orta Asiya ərazisində yerləşən qədim
Xa rəzm vilayətinin Xivə  şəhərində bir
kahin nəsli yaşayırdı. İslam dini Orta Asi ­
yaya yayıldıqdan sonra bu nəsil də mü ­
səlmanlığı qəbul etdi. 780­ci ildə bu ailə   də
anadan olmuş uşağa uca peyğəm bə ri ­
mizin adını qoydular. Mə həm məd kiçik
yaş  larından babalarının nəsil dən­nəslə
ötür düyü bilikləri mənim sə məklə yanaşı,
doğma şəhərində tanınmış böyük alim ­
lərdən dərs alır, hind və yunan elmi ilə
ya xından tanış olurdu.
Bu dövr islam dünyasının elmi və mədəni yüksəliş dövrü idi. Xilafətin
paytaxtı olan Bağ dad şəhəri dörd min hektar sahəni əhatə edirdi. Böyük
İpək yolunun üs tün də yerləşən bu şəhər dövrün ən böyük ticarət və
mədəniyyət mər kəzlərindən biri idi. 
Abbasilər sülaləsinin hökmdarı  xəlifə Harun ər­Rəşidin ölümündən
sonra böyük islam dünyasını onun oğlu xəlifə əl­Məmun idarə edirdi. Bu
şəxs islam tarixində elmin inkişafına səy göstərən tərəqqipərvər hökmdar,
alimlərin böyük himayədarı kimi iz qoymuşdur. O, dünyanın hər yerindən
tanınmış alimləri Bağdada dəvət edirdi. 819­cu ildə artıq yetkin bir alim
kimi tanınan Məhəmməd əl­Xarəzmi də xəlifənin dəvəti ilə Bağdada gəldi.
O, burada “Hikmətlər evi” adlanan elm ocağının yaradılmasında yaxından
iştirak etdi.
825­ci ildə fəaliyyətə başlamış Hikmətlər evində o zamanlar üçün misli
görünməmiş layihələr həyata keçirilirdi. Mərkəzin qədim əlyazmalarla zən ­
gin olan kitabxanası, rəsədxanası, xəstəxanası və tədris hissəsi var idi.
Burada 90­a yaxın alim çalışırdı. Alimlər o dövrə 
qədər
yaradılmış məş ­
hur əsərləri ərəb dilinə tərcümə edirdilər. Dörd əsrdən çox fəaliyyət gös ­
tər miş bu elm ocağında yüzlərcə yeni elmi əsərlər yaradıldı. Sonralar bu
əsərlər Avropada elmin inkişafında böyük rol oynadı.
Ömrünün sonuna 
kimi
Hikmətlər evində yaşayıb işləmiş əl­Xarəzmi
riyaziyyat, coğrafiya və astronomiya sahəsində 20­yə yaxın qiymətli əsərin
müəllifi olmuşdur. Əl­Xarəzminin ən məşhur əsərləri riyaziyyat sahəsin də ­
dir. Onun adı, ilk növbədə, “Əl­cəbr...” traktatı ilə elm tarixinə həkk olunub.
Bu əsərdə əl­Xarəzmi cəbri müstəqil elm sahəsi kimi təqdim edib. Kitabın
adındakı “cəbr” sözü sonralar riyaziyyatın bu sahəsi üçün əsas terminə
138
VI 
BÖLMƏ
Çap üçün deyil


çevrildi və bir çox xalqların dillərinə, o cümlədən bizim dilimizə daxil oldu.
Kitabda tənliklər sistemləşdirilərək altı növdə cəmləş di rilir və onların ədədi
həlli üsulları verilir. 
Həmçinin
müxtəlif həndəsi fiqur ların sahələri və
həcmlərinin ölçülməsi üsullarından bəhs edilir. Kitabın ikinci  hissəsi tətbiqi
məsələlərdən ibarətdir. ... alim burada məişət, ticarət və hüquq, əmlak və
torpağın bölüşdürülməsi, kanalların tikilməsi və başqa sahələrdə mə sə ­
lələrin həlli üçün riyazi üsullar təklif edir.
Əl­Xarəzmi “Hind hesabı haqqında” adlı ikinci riyazi traktatında o dövr ­
də Hindistanda yayılmış onluq say sistemini təsvir etmiş və bu sistemə
uy ğun hesab qaydaları vermişdir. Alim ilk dəfə olaraq hind rəqəmləri ilə
ədədlərin yazılışında “əs­sifr” adlandırdığı “0” rəqəmindən istifadə etdi. Bi ­
zim işlətdiyimiz “sıfır” və “şifr” sözlərinin kökü də “əs­sifr” sözü ilə bağlıdır.
Beləliklə, hind rəqəmləri əl­Xarəzminin kitabı vasitəsilə bütün dünyaya
yayıldı və yanlış olaraq ərəb rəqəmləri adlandırıldı.
Əl­Xarəzminin riyazi traktatları üç əsr sonra ərəb dilindən latın dilinə,
sonra isə başqa Avropa dillərinə  çevrildi. Bu əsərlər bir neçə əsr Avropa
universitetlərində riyaziyyatdan əsas dərslik kimi istifadə edildi və onların
əsasında bir çox riyaziyyat dərslikləri yazıldı.  Əl­Xarəzminin  əsərləri
sayəsində o zaman Hindistanda yayılmış onluq say sistemi Avropada ta ­
nındı və elmin inkişafında mühüm rol oynadı.
Xəlifə əl­Məmunun sifarişi ilə əl­Xarəzmi Yer kürəsinin diametrini ölç ­
mək üçün araşdırmalar aparmışdı. Bu hesablamalar sonrakı 700 il ərzində
Yer kü rəsinin ölçüləri ilə bağlı ən dəqiq araşdırma hesab olunurdu.
Əl­Xarəzminin astronomiya sahəsində də ciddi işləri var. O, Hikmətlər
evinin rəsədxanasından göy cisimlərini müşahidə edərək Günəşin, Ayın,
eləcə də
bir sıra planetlərin yerini, Günəş tutulmalarının vaxtını kifayət qə ­
dər dəqiq hesablamışdı. Alim astronomik cədvəllər tərtib etmiş, ro ma lıların
təqvimini təsvir etmiş, onu ərəblərin Ay təqvimi ilə müqayisə etmişdi.
Müasir informatika elminin əsas anlayışlarından olan “alqoritm” termini
əl­Xarəzminin adının latın dilində yazılışından götürülüb.
1. Sonuncu cüml d  nöqt l rin yerin  hansı ifad  daha çox uy -
ğun g lir?
A) Daim yorulmadan çalışan
B) Riyaziyyatın müxt lif sah l rin  toxunan
C) Elmi insanların xidm tin  verm y  çalışan
D) Ensiklopedik bilikl r  malik
2. vv lki bölm l rd  aldığınız m lumatlardan istifad  ed r k
altından x tt ç kilmiş cüml ni genişl ndirin.
139
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


Təəssüf ki, əl­Xarəzminin əsərlərinin az bir qismi bizə gəlib çatmışdır.
1258­ci ildə monqolların Bağdada yürüşü Hikmətlər evinin məhvi ilə nə ti ­
cələndi. Deyilənə görə, Dəclə çayının suyu ona atılmış saysız­hesabsız
ki tabların mürəkkəbindən qara rəngə boyanmışdı.
Əl­Xarəzmi dünya elm və mədəniyyətinin görkəmli nümayəndələrindən
biridir. Bu dünyadan köçəndən sonra onun qoyduğu elmi irs əsrlər boyu
bəşəriyyətə xidmət edib.
Özbəkistanın Xivə şəhərində böyük alimin heykəli ucalır: dərin dü ­
şüncələrə dalmış müdrik qoca sanki yeni bir elmi traktat üzərində işləyir... 
Reyhan Yusifqızı
Düşün və cavab ver
3
3. Aşağıdakı cüml l ri m tnin hansı hiss l rin   lav  etm k olar?
1. X lif   l-M mun ucsuz-bucaqsız  razil ri olan xilaf ti idar  et -
m yin yolunu müxt lif elm sah l rini inkişaf etdirm kd  görürdü. 
2. Hikm tl r evind   r b dilin  t rcüm  olunan  s rl r arasında
Hippokrat, Platon, Aristotel v  Arximedin  s rl ri d  vardı. 
3.  l-Xar zminin ulduz falı, Gün ş saatları haqqında da qiym tli
elmi  s rl ri var.
4. Sillogizm qurmaqla aşağıdakı suallara cavab verin.
1.  l-Xar zmi neç  yaşında Bağdada köçdü?
2. Bağdaddakı Hikm tl r evi neç  il f aliyy t göst rdi?
5. M tnd ki m lumatlardan istifad  etm kl  “c br”, “sıfır”, “şifr”, “al -
 qo ritm” sözl rinin etimologiyası haqqında şifahi t qdimat hazır layın.
Dil qaydaları
6. M tnd  göy r ngl  verilmiş hansı sözl r bir-birini  v z ed  bil r?
7. F rql ndirilmiş sözl rin hansı nitq hiss sin  aid olduğunu mü y -
y n l şdirin v  onları sinonimi il   v z edin.
Sızlayır  hvalıma sübh  q d r tarım m nim,
T kc tarımdır qara günl rd  dildarım m nim. 
(Ş hriyar)
B zi köm kçi nitq hiss l ri bir-biri il  sinonimlik t şkil edir. Bu
zaman onlar cüml  daxilind  bir-birini  v z ed  bilir; m s l n:
Uşaqlar meş y  t r f (doğru, sarı) qaçdılar. 
D rs qurtarmışdı, amma (ancaq, lakin) o, ev  getm y  t l smirdi.
Yadda saxla!       
KÖM K İ NİTQ HİSS L RİNIN SİNONİMLİYİ
140
VI 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə