|
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyininkitab20120427032409824II. Arxeoloji mənbələr.
Arxeoloji mənbələr öz xarakterinə və
daşıdığı informasiyanın növünə uyğun olaraq xüsüsi qrupa aid edilir və
aşağıdakı növlərə bölünür:
1.
Əmək alətləri.
2.
Silahlar.
3.
Məişət əşyaları.
4.
Dini-inanc xarakterli əşyalar.
5.
Bəzək əşyaları.
Arxeoloji mənbələr öz adət-ənənələri ilə fərqlənən uzaq keçmişin
mədəniyyət qalıqlarıdır ki, bu mənbələrin araşdırılması da xüsusi yanaşma
tələb edir. Həmçinin nəzərə alınmalıdır ki, arxeoloji mənbələr əsasən
fraqmental xarakterlidir və çox vaxt təbii, yaxud fiziki amillərin təsiri altında
dəyişikliklərə məruz qalmış şəkildə aşkar olunur. Onların daşıdıqları
informasiya birtərəfli olmayıb tarixin müxtəlif mərhələlərinə aid məlumatları
əhatə edir. Qeyd edilən səbəblərə görə arxeoloji mənbələr dəqiq tarixi fakt
hesab edilə bilməz. Bu, sözü gedən mənbələrin əsas çatışmayan cəhətidir.
Qarşıya çıxan digər çətinliklərdən biri də onların ölü, artıq mövcud olmayan
mədəniyyətin qalıqları olmalarıdır.
Arxeoloji materialların güvənli saxlanma, yeri sözsüz ki, torpaqdır.
Torpaqdan aşkar edilən əşyaların sayı hər il artmaqdadır. Yeni tədqiqat
üsullarının tətbiqi və texnologiyanın inkişafı sayəsində bu mənbələrdən yeni
məlumatlar əldə olunur, yeni nəticələr çıxarılır və zaman keçdikcə onlara
olan tarixi baxışlar dəyişir.
Dostları ilə paylaş: |
|
|