15
heyvan sümüklərinə təsadüf edilmişdir. Soyuqdan və vəhşi heyvanlardan
özünü qorumaq üçün insanların oddan istifadə etdiyi şübhəsizdir. Çox
ehtimal ki, bu zaman insanlar artıq süni surətdə od əldə etməyi öyrənmişdilər.
Tapılan sümüklərdən neandertal adamlarının mamont, ayı, vəhşi at, donuz və
başqa heyvanları ovladıqlarını demək olar. Ovçuluq bu zaman da maddi
istehsalın əsas sahəsi imiş.
Təbiət qüvvələrinə və iri vəhşi heyvanlara qarşı mübarizə pitekantrop
və sinantropların yaşadıqları dövrdə olduğu kimi, neandertalların yaşadığı
dövrdə də çox çətin olmuşdur. İstehsal alətlərinin bəsitliyi və az
məhsuldarlığı şəraitində ayrı-ayrı fərdlərə həyat uğrunda mübarizədə qələbə
qazanmaq asan iş deyildi. Təsadüfi deyildir ki, neandertalların tapılan
sümükləri tədqiq edilərkən onların çoxunun 20 ildən az yaşadığı məlum
olmuşdur. Bu, bir daha qədim insanın həyat şəraiti haqqında tədqiqatçılardan
birinin aşağıdakı sözlərini xatırladır: «... ibtidai insanlar yaşayışın çətinlikləri
içərisində,
təbiətlə
mübarizənin
çətinlikləri
içərisində
tamamilə
boğulurmuşlar». Belə həyat şəraiti hələ neandertal adamların əcdadlarını
sürülərlə dolaşmağa və əlbir əməklə yemlənməyə məcbur etmişdi.
Çox ehtimal ki, bu sürülər sonralar məhz neandertalların yaşadığı
dövrdə matriarxat nəsli insan icmalarına çevrilmişdir.
Dostları ilə paylaş: