14
Məlumdur ki, ibtidai insanın həyatında odun böyük rolu olmuşdur.
Cjoukoudyanda sinantropların oddan istifadə etdiyini göstərən kömür və kül
yığınlarına da təsadüf edilmişdir.
Sinantropların təsərrüfat fəaliyyətində bitki məhsulları yığmaqdan
əlavə, ovçuluq da böyük yer tutmuşdur. Cjoukoudyanda daş alətlərlə yanaşı,
kül və kömür qalıqlarına qarışmış çoxlu heyvan sümüyünə təsadüf edilmişdir.
Bəzən iri sümüklərin iliyini çıxarmaq məqsədi ilə onların sındırıldığına da
rast gəlinir. Burada ayı, xırda gəmirici, vəhşi at, donuz, camış və başqa
heyvan sümükləri də tapılmışdır. Pitekantroplar da qruplarla yaşamış və belə
dəstələrlə vəhşi heyvanları ovlamışlar. Bu, ilk ibtidai insan sürüləri hesab
olunur.
1907-ci ildə Almaniyada, Heydelberq yaxınlığında sinantropa yaxın
olan bir adamın alt çənəsi tapılmışdır. Onu «Heydelberq adamı»
adlandırmışlar. Daha belə bir ibtidai adamın çənəsi 1949-1950-ci illərdə
Cənubi Afrikada (Svartrans mağarasında) tapılmışdır. Bu çənələrin məxsus
olduğu adamlar «kaptelantroplar» adlandırılmışdır. Bunlar sinantrop və
Heydenberq adamlarının Cənubi Afrikada yaşayan nümunələri idi. 1935-ci
ildə belə adamların kəllə sümükləri Şərqi Afrikada (afrikantroplar), sonralar
İspaniya, Fransa, Yuqoslaviya, İtaliya, Fələstin, İraq ərazilərində və başqa
yerlərdə də tapılmışdır. Bunlar sinantropu çox xatırladırlar. Lakin onlarda
sonrakı inkişaf izləri də müşahidə olunmuşdur.
Dostları ilə paylaş: