Kromanyonlar.
Neandertal insanlar bilavasitə kromanyonluların ulu
babaları olmuşlar. Əvvəla, ona görə ki, bütün kromanyon insanlarının
sümükləri abidələrin nisbətən üstdəki təbəqələrindən tapılmışdır. Həm də
neandertalların sümükləri ilə birlikdə, bir ədəd də olsa, üst paleolitə aid silah
tapılmamışdır. Bunlardan əlavə, kromanyon adamları fiziki quruluşca
sinantrop
və
neandertallardan
daha mükəmməldirlər. Kromanyon
adamlarının qalıqlarına Aralıq dənizi hövzəsində, Ön və Orta Asiyada, Krım
və Qafqazda, Şərqi və Orta Avropa ərazisində çox təsadüf edilmişdir.
Aralıq dənizi sahilində (İtaliya) Qrimaldi adlı yerdəki bir mağaradan
tapılmış və tədqiq edilmiş insan sümükləri kromanyon adamlarını daha yaxşı
öyrənməyə imkan vermişdir. Bu adamlar neandertallara nisbətən daha
düzgün bədən quruluşuna, inkişaf etmiş alın və beyin həcminə (gənclərdə
1580 sm
3
) malik olmuşlar. Kromanyonlular tam şaquli vəziyyətdə yerimişlər.
Neandertallara nisbətən daha inkişaf etmiş olan kromanyon adamları
mürəkkəb işlər görə bilmiş və Mustye mərhələsinə aid silahlara nisbətən daha
təkmilləşmiş alətlər hazırlamağı bacarmışlar.
Fransanın Orinyak adlı yerində tapılmış Mustye tipli alətlər içərisində
daha təkmil əmək alətlərinə də təsadüf edilmişdir. Ehtimal ki, bu alətlər daha
yüksək keyfiyyətli əmək alətlərinin hazırlanması və işlədilməsinə - keçid
dövrünə aiddir. Həm də alətlərin Mustye tipli silahlarla qarışıq olması onların
Mustye alətlərinin təsiri altında yarandığını təsdiq edir.
Orinyak alətləri kəsərlərdən, mızraq uclarından, bizdən, çaxmaqdaşı
neştərlərindən, getdikcə xırdalaşan müxtəlif daş alətlərdən, çoxlu sümük və
heyvan buynuzundan hazırlanmış alətlərdən ibarətdir. İlk dəfə olaraq,
sümükdən düzəldilmış müxtəlif nizə ucluqlarına, hətta sümük tilovlara
(Hamburq yaxınlığında) təsadüf edilmişdir. Orinyak əmək alətləri orta
paleolit silahlarına nisbətən daha da təkmilləşmiş silahlardır. Arxeoloqlar bu
dövrün əmək alətlərini yuxarı paleolit dövrünə aid etmişlər.
17
Üst paleolit alət-silahları Orinyakdan əlavə, Solyutre (Şərqi Fransa) və
Madlen mağaralarında da (Cənubi Fransa) çoxlu miqdarda tapılmışdır. Bu
alət-silahlar sümükdən daha çox istifadə edilməklə hazırlanmış və bununla da
Orinyak alətlərindən fərqlənmişlər. Madlen silahları (alətləri) arasında
sümükdən və buynuzdan düzəldilmış çoxlu iynə, biz və ağaca keçirtmək
üçün xüsusi oyuğu olan ox ucluqlarına da təsadüf edilir. Üst paleolit tipli
alətlər Don çayı boyunda (Voronejdən 23 km cənubda) və Qafqazda, Sibir və
Krımda, həmçinin Azərbaycanda da tapılmışdır.
Bu istehsal alətləri və silahlar üst paleolit dövrü adamlarının istehsal
üsulları və ictimai münasibətlərini öyrənməyə imkan verir. Bunlara əsasən
demək olar ki, üst paleolit dövründə insanların həyat tərzi nisbətən
mürəkkəbləşmişdir.
|