16
Neandertal adamların şüur inkişafına gəldikdə, bunu, hər şeydən
əvvəl, onların əmək alətlərinin daha da təkmilləşməsi ilə müəyyən etmək
olar.
Mustye mərhələsində biz ilk dəfə olaraq dəfnetmə adətinə təsadüf
edirik ki, bu da neandertallarda təbiət qüvvələri qarşısında acizlik nəticəsi
olaraq, ilk ayinlərin yarandığını göstərir. Tədqiqat zamanı 20-yə qədər
neandertal adamın sümüklərindən onların vaxtilə dəfn edildiyi məlum
olmuşdur. Bəzən bir qəbirdə iki cəsədin basdırıldığı da göstərilmişdir
(məsələn, Krımda). Meyitləri qol və dizləri bükülü halda dəfn etmişlər.
Beləliklə, dəfnetmə ayini kimi müəyyən bir inam - etiqad, göründüyü kimi,
insanlarda lap əvvəlcədən deyil, sonralar, insanların əmələ gəlməsindən
təxminən 600-500 min il sonra yaranmışdır.
Dostları ilə paylaş: