Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə46/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

______________Milli Kitabxana_____________ 

 157


adətən müxtəlif mənşəli sözlər öz əksini tapırdı. Buna misal 

«Şumer-akkad məktəb lüğətini» göstərmək olar. Çox hallarda 

yazılar iki dildə  tərtib olunurdu. Xarici dil bilən xüsusi mirzələr 

ədəbiyyat nümunələrini, əcnəbi sözləri tərcümə edirdilər. 

Qədim İkiçayarası xalqları memarlıq və incəsənət sahələrini 

inkişaf etdirmişdilər.  İkiçayarasında təbii ehtiyatlar yox 

dərəcəsində idi. Orada tikinti ağacları  və daş kifayət qədər 

olmadığından xüsusilə gil-kərpic memarlığı  təkmilləşirdi. 

İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi 

hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər. 

E.ə. IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər 

böyük yaşayış  məntəqələrinin mərkəzinə çevrilmişdi. E.ə. III 

minillikdə  şumer  şəhər-dövlətlərinin mərkəzində ibadətə xidmət 

edən tikintilər (məbəd) dəsti (kompleks) bina edilir, ətrafına da 

xüsusi divarlar çəkilirdi. Eyni zamanda İkiçayarası memarlığına 

xas olan zikkuratlar, yəni 3, 5, 7 mərtəbəli pilləli bürclər 

yaradılırdı. Bunlardan ən məşhuru Urda tikilmiş zikkurat idi. 

Zikkurat (qülləli məbəd) müxtəlif rənglərə boyanmış üç pillədən 

ibarət idi. Zikkurat adətən öz möhkəmliyi və  əzəmətliliyi ilə 

fərqlənirdi. Zikkuratın qülləsində kiçik ibadətgah yerləşirdi və 

oraya bir neçə ön pilləkən qalxırdı. Zikkuratdan rəsədxana kimi də 

istifadə edirdilər. 

Əzəmətli məbədlərlə yanaşı saray tikintisi dəsti də 

yaradılırdı. Sarayın bir çox yaşayış və köməkçi binaları, dəbdəbəli 

ön salonları olurdu. Qəbir memarlığı hökmdar məqbərələrindən 

ibarət idi. Bu qəbirlərdə xeyli incəsənət abidəsi aşkar edilmişdir. 

Müharibə mövzusu Entemenanın və Naram-Suenin daş abidəsində 

əks olunmuşdur: orada meyitlər və onları dimdikləyən qartal, 

döyüşçülərin dağ yolları ilə qalxması, hökmdarın əzəmətli əndamı 

(fiquru) göstərilmişdi. Hökmdar nizə ilə bir düşməni öldürür, o 

birisini isə ayağı ilə basır. Düşmən döyüşçüləri vahimə içərisində 

təsvir olunmuşlar. 

İkiçayarasının e.ə. III minilliyinə aid heykəltəraşlığı üçün 

alçaq boylu, ağır çəkili fiqurlar səciyyəvidir. Heykəl donmuş, 

gözlər böyümüş  şəkildə düzəldilirdi. Həmin üslubda hökmdar 

Qudeanın və Hammurapinin heykəl təsvirləri verilmişdir. Bununla 




______________Milli Kitabxana_____________ 

 158


yanaşı  qəddi-qamətli insan heykəlləri də yonulurdu. Getdikcə 

saray divarlarına rəngarəng təsvirlər vurulurdu. II Sarqonun Dur-

Şarrukində 14 m yüksəklikdə tikilmiş  əzəmətli saray dəstinin 

divarlarında müxtəlif səhnələr  əks olunmuşdu. Aşşurbanipalın 

saray divarlarında  şir ovu səhnəsini  əks etdirən təsvirlər vardı. 

Heyvan təsvirləri, o cümlədən oxlarla yaralanmış qan püskürən 

şirin təsviri xeyli real şəkildə verilmişdir. 

İkiçayarasında müxtəlif tətbiqi incəsənət növləri, o 

cümlədən zərgərlik, silahqayırma, daşdan güldan (vaza) 

hazırlama, silindrik möhür kəsmə  və s. geniş inkişaf tapmışdı. 

Zərgərlər müxtəlif rəng ahəngi yaradırdılar. Onlar adətən göy, 

qırmızı, sarı boyalardan istifadə edirdilər. 

Daşdan qayırılmış silindrik şəkilli möhürlər xeyli 

fərqlənirdi. Bu möhürlərdə insan və heyvan şəkilləri olan əfsanəvi 

və  məişət səhnələri təsvir edilirdi. İkiçayarası xalqlarının 

ədəbiyyat və elmi nailiyyətləri ilə yanaşı, incəsənəti də dünya 

mədəniyyətinin inkişafına müəyyən təsir göstərmişdir. 

Bəşəriyyətin ümumi mədəni inkişafında qədim şumer xalqı 

özünəməxsus yer tutur. Onların yaratdığı ilkin mədəniyyət 

dünyanın sonrakı inkişafına, o cümlədən onun tarixinin

mədəniyyətinin, fəlsəfəsinin,  ədəbiyyatının və s. inkişafına 

əvəzedilməz təsir göstərmişdir.  İlkin  Şumer miflərinin 

Azərbaycan xalqının mifologiyası, mədəniyyəti, dini və 

fəlsəfəsində özünü göstərməsi dünyanın bu qədim xalqını bizə 

doğmalaşdırır və onu «özümüzünkü» hesab etməyə imkan verir. 

 

 



 

 

 



 


______________Milli Kitabxana_____________ 

 159



______________Milli Kitabxana_____________ 

 160


 


______________Milli Kitabxana_____________ 

 161


 

 

 



 

 



______________Milli Kitabxana_____________ 

 162


 

 

 




______________Milli Kitabxana_____________ 

 163


 

 

 




______________Milli Kitabxana_____________ 

 164


 

 

  




______________Milli Kitabxana_____________ 

 165


 

 

 



 


______________Milli Kitabxana_____________ 

 166


 

 

 



 

 



______________Milli Kitabxana_____________ 

 167


 

QƏDİM FİNİKİYA 

 

Aralıq dənizinin  şərq sahilində Livan və Suriyanın sahil 



ərazisində  qədim finikiyalılar yaşayırdılar. Mesopotamiya və 

Misirdən gələn quru və  dəniz yolları Finikiyadan keçirdi. 

Finikiyalıların  ərazisi  əkinçilik və maldarlıq üçün əlverişli 

olmadığı üçün onların  əsas məşğuliyyəti dənizçilik və  dəniz 

ticarəti idi. E.ə. II minilliyin sonu - I minilliyin əvvəlində 

finikiyalılar Aralıq dənizində  ağalıq edirdilər. Finikiyalılar  ən 

yaxşı gəmiqayıranlar və dənizçilər idi. Onlar burada bitən sidr və 

palıd ağaclarından gəmi düzəldirdilər. Onlar Aralıq dənizi 

vasitəsilə üzüb ilk dəfə Atlantik okeanına çıxmışdılar. Sonra 

Avropa sahilləri ilə üzərək İngiltərənin cənub-qərbinə kimi gedib 

burada qalay mədəni tapmışlar. O vaxtı beynəlxalq ticarət 

finikiyalıların əlində idi. Onlar Yunanıstan, Misir, Babilistan və s. 

ölkələrlə ticarət edirdilər. Finikiyalılar  əsasən zeytun yağı, ağac, 

mis, tunc, mal-qara, taxıl və s. satırdılar. 

Finikiyalılar Aralıq dənizinin  şərq sahillərində bir çox 

şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə 

çevrildi. Sidon, Tir, Kabil belə  şəhərlərdən idi. Geniş ticarət Tir 

şəhər-dövlətinin yüksəlməsinə  şərait yalatdı. Tir qaya ada 

üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş  və 

genişləndirilmişdi. Dəniz ticarəti nəticəsində finikiyalılar Aralıq 

dənizi sahillərində, Kipr, Siciliya, Sardiniya adalarında 

məskunlaşmışdılar. Tir şəhəri tərəfindən e.ə. 825-ci ildə Karfagen 

şəhərinin əsası qoyuldu Mənası “yeni şəhər” deməkdir. E.ə. VII-

VI əsrlərdə Şimali Afrikada ən böyük dövlətlərdən biri olmuşdur. 

Uzun müddət Romaya qarşı müharibələr aparmış, e.ə. 146-cı ildə 

romalılar tərəfindən məğlub edilmiş və onun yaratdığı sivilizasiya 

məhv olmuşdu. Finikiyalılar 22 samitdən ibarət  ən qədim  əlifba 

(e.ə. X-IX əsrlər) tərtib etmişdilər. Finikiya əlifbasını yəhudilər və 

aramilər qəbul etdilər, sonra isə yunanlar da bu əlifbanın əsasında 

öz  əlifbalarını yaratdılar. Beləliklə, finikiyalılar  əlifba sisteminin 

ilk nümunəsini yaratdılar. 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə