Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə49/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   111

______________Milli Kitabxana_____________ 

 177


şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, 

Argiştihinili və Erebuni kimi qala-şəhərləri yüksək inkişaf 

səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri 

hesab edir, kanallar çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq 

hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması 

hökmdarın göstərişi ilə həyata keçirilirdi. 

Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü. 

Belə  əsirlər Cənubi Qafqazdan, Şimali Suriyadan və Mannadan 

gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi 

dövlət təsərrüfatında tətbiq olunurdu. 

Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun 

təkmilləşdirilməsini tələb edirdi. Əsirlər Urartu ordusunda 

xidmətə  qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz 

edirdilər.  İşğal olunmuş ölkələrdə  hərbi və inzibati mərkəzlər 

yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin 

Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini 

sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı. Ölkədə 

atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini 

atlar təşkil edirdi. At ölkəyə qənimət kimi də gətirilirdi. Urartuda 

at çapma və oxatma yarışları keçirilirdi. 

Dövlətin  ərazisi canişinliklərə bölünmüşdü.  İşğal olunmuş 

torpaqlarda, xüsusilə Cənubi Qafqazda canişinliklər yaradılmışdı. 

Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin 

hərbi qüvvələri və inzibati idarəsi vardı. Urartunun Cənubi 

Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə  şərait 

yaratdı. Burada xırda hökmdarlar bu və ya digər  ərazini idarə 

edirdilər. Urartunun Cənubi Qafqaza qəsbkarlığı buranın daxili 

inkişaf prosesini pozur və onların dövlət  şəklində birləşməsini 

ləngidirdi. 

Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir 

göstərmişdi.  İkiçayarasından mixi yazı  mənimsənilmiş  və Urartu 

dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala 

inşası sahəsində püxtələşmiş  və  şəhərsalma inşaat qaydalarını 

mənimsəmişdilər. 




______________Milli Kitabxana_____________ 

 178


 


______________Milli Kitabxana_____________ 

 179


QƏDİM MİDİYA MƏDƏNİYYƏTİ  

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi 

müasir İranın mərkəzi hissəsində yaranmışdı. 

Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid 

mixi yazılı qaynaqlarda verilir. Bu adı ilk dəfə Midiya ərazisinə 

hücum edən və oranı talayan Assur hökmdarı III Salmanasar 

işlətmişdir. Midiya tayfaları haqqında ilk geniş  məlumatı yunan 

tarixçisi Herodot “Tarix” əsərində vermişdir. O, Midiya ərazisində 

altı qəbilənin yaşadığını göstərmişdir. 

Mixi yazılarda Midiya sözü Maday, Matay, Amaday 

şəklində işlənmişdir. Yunan mənbələri onu “Midiya” kimi qələmə 

almışdır. 

Midiya xırda vilayətlərdən (45-ə  qədər) ibarət olmuşdur. 

Vilayətləri canişinlər idarə edirdi. Midiyalılar əkinçilik,  maldarlıq  

və    sənətkarlıqla məşğul olurdular. Əhalinin  əsas məşğuliyyəti 

əkinçilik, maldarlıq və  sənətkarlıq idi. Metalişləmə  işi sənətlər 

içərisində daha çox seçilirdi. Midiya ərazisində dəmir, qurğuşun, 

qızıl, neft və s. çıxarılırdı. “Midiya yağı” adlanan neftdən hərbi 

işdə də istifadə edilirdi. Neftli parçanı oxlara bağlayıb od vuraraq, 

düşmənin üzərinə, habelə yanğın törətmək üçün evlərin damına 

atırdılar. 

Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək 

alətləri, parça, xalça, silah, bəzək  əşyaları, məişət  əşyaları  və s. 

hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri 

qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin 

inkişafına böyük təsir göstərmişdir. 

Midiya-Azərbaycan  əlaqələri Azərbaycanda (Urmiyada, 

Naxçıvanda, Qarabağda) tunc dövrünün boyalı qablar mədəniyyəti 

nümunələrində daha yaxşı izlənir. 

Əhali  əyanlar, kahinlər, azad adamlar, sıravi icma üzvləri-

kəndlilər və qullar kimi müxtəlif təbəqələrə ayrılırdı. Astiaq nəsli 

zadəganların hüquqlarmı  məhdudlaşdırmağa çalışırdı. Bu 

əyanların narazılığına səbəb oldu. Tarixi rəvayətlər Astiaqı qəddar 

hökmdar kimi tanıtmışdır. Astiaq hakimiyyətini itirməkdən 

həmişə ehtiyat edirmiş. O, hətta yeganə  qızının övladının 



______________Milli Kitabxana_____________ 

 180


hakimiyyətə  gəlməsini istəməmişdir. Bu məqsədlə  qızını fars 

vilayətinin hökmdarı I Kambizə  (Əhəməni nəslindən)  ərə verir. 

Onun fikrincə, fars mənşəli nəvə Midiya taxt-tacına sahib ola 

bilməzdi. Astiaq yeni dünyaya gəlmiş  nəvəsi Kirin öldürülməsi 

haqqında gizli göstəriş verir. Lakin uşaq təsadüfən sağ qalır. 

Astiaqın sarayında fars meylli qüvvələr artır. Onlar Kirin 

hakimiyyətə gəlməsinə çalışırlar. 

E.ə. 553-cü ildə fars vilayətində II Kir hakimiyyətə gəldi. O, 

Astiaqa qarşı üç il mübarizə apardı. E.ə. 550-ci ildə qələbə çaldı 

və Ekbatana şəhərini tutdu. Midiya dövləti süqut etdi və  İran 

Əhəməni (fars) dövlətinin tərkibinə qatıldı. 

Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, Assur-

Babil qayaüstü mixi yazılarından məlum olur ki, Midiyada   

mədəniyyət   yüksək   inkişaf   etmişdi. Midiya əfsanələri  

(“Astiaq  və Tomiris”) Midiya mədəniyyətin öyrənilməsi üçün 

çox mühüm əhəmiyyətə malikdir. 

Midiyada memarlıq güclü inkişaf etmişdi. Suz sarayları, 

Ekbatananı  əhatə edən yeddi cərgə divarları, qırmızı  kərpicdən 

tikilmiş şah sarayı gözəl memarlıq nümunələridir. 

Zərdüştlük təqribən e.ə. VII- VI əsrlərdə meydana gəlmişdir. 

Müqəddəs kitabı “Avesta” sayılır. Zərdüşt təliminə görə  şər ilə 

xeyir, yalan ilə  həqiqət arasında ölüm-dirim mübarizəsi gedir. 

Zərdüştlüyün təlimində təkallahlılıq təzahür edir. O, Ahrumazdanı 

vahid allah kimi təbliğ edir. Dünya yaranandan xeyir və  şər 

arasında mübarizə gedir. İnsanlar xeyir və  şəri seçməkdə 

sərbəstdirlər, lakin son anda xeyir şərə, həqiqət yalana qalib 

gəlməlidir.  

“Avesta” e.ə. 330 ildə Makedoniyalı  İsgəndər tərəfindən 

əhəməniləri sarayı Persopolu tutan zaman yandırılmış  və  əsil 

nüsxəsi bizə  gəlib çatmamışdır. Yalnız Sasanilər dövründə (III-

VII  əsrlər) yenidən bərpa edilmiş  və dövlət dini elan edilmişdir. 

21 hissədən ibarət “Avestanın” yalnız 3 hissəsini bərpa etmək 

mümkün olmuşdur. 1) Vendidad 2) Visperad 3) Sasna. Bu 3 hissə 

milli mədəniyyətin inkişafına güclü təsir göstərmiş  və onu 

zənginləşdirmişdir. 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə