Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə50/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   111

______________Milli Kitabxana_____________ 

 181


QƏDİM MANNA DÖVLƏTİ 

E.ə. I minilliyin əvvəllərində Urmiya gölündən-cənub şərq-

də hövzəsində mərkəzləşdirilmişmiş Manna dövləti yaranmişdı. 

Manna dağlıq ölkə idi. Ərazisindən müxtəlif çaylar axırdı. 

Urmiya gölünün suyu duzlu olduğundan suvarma üçün yararsız 

idi. Məhsuldar çay vadiləri sıx məskunlaşmışdı. Manna ərazisində 

çoxlu faydalı qazıntı yataqları (dəmir, mis, gümüş, qızıl, qurğuşun 

v. s.) vardı. Mannanın düzən və dağətəyi yerlərinin  əhalisi 

əkinçiliklə  məşğul olurdu. Arxeoloji qazıntılar zamanı bu 

ərazilərdə arpa, buğda və darı qalıqları tapılmışdır.  Əkinçilər 

torpağı  dəmir toxa və  xış ilə  şumlayırdılar. Taxılı  dəmir oraqla 

biçirdilər. Assuriya mixi yazılarında göstərilir ki, Mannada taxıl 

anbarları olmuşdur. Böyük anbarlar dövlətə, yaxud hökmdara 

məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından 

əhaliyə taxıl paylanırdı. Bağçılıq və üzümçülük də inkişaf etmişdi. 

Üzümdən şərab hazırlayırdılar. 

Mannalıların həyalında maldarlıq mühüm yer tuturdu. 

Atçılıq geniş yayılmışdı. Mannanın Subi vilayəti öz atları ilə 

xüsusilə  fərqlənirdi. Manna əhalisi oturaq həyat sürürdü. Yaz və 

yay aylarında mal-qaranı, qoyun-quzunu dağlara aparırdılar. Bara 

(Sanqibuti) vilayətində hökmdar sürüləri saxlanılırdı. Təsərrüfatda 

dəvədən də istifadə edirdilər. 

E.ə. I minilliyin başlanğıcında Azərbaycanın cənubunda, 

Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi 

üçün  şərait  əmələ  gəlmişdi. E.ə. IX əsrdə burada Manna dövləti 

yarandı. Lakin həmin dövrdə Manna hələ bütün cənubi 

Azərbaycan torpağını əhatə edə bilməmişdi. Manna adına ilk dəfə 

e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı 

kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa adını bildirir. 

 E.ə. XI əsrdə Manna ərazisində müstəqil siyasət yürüdən 

Zamua, Gilzan, Alateye, Surikas, Gizilbunda, Zikirtu, Andia və s. 

vilayətlər meydana gəlmişdi. Zamua ölkəsi Mannanın  əsas 

hissəsini təşkil edirdi. Urmiya gölündən cənubda yerləşən Zamua 

əvvəllər lullubilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin birinci 

yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər. Buna görə də 

xarici hücumların qarşısını almaq mümkün olmurdu. Onların hər 




______________Milli Kitabxana_____________ 

 182


biri Assuriya ordusuna qarşı  təkbaşına mübarizə aparmalı olur, 

yaxud xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə 

yaradırdılar. 

Mannaya qarşı Assuriya və Urartunun hücumları ara 

vermirdi. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib, 

xarici hücumların qarşısını almağa çalışırdılar.  

E.ə. IX əsrin sonu-VIII əsrin  əvvəlində Manna güclü bir 

dövlətə çevrilmişdi. 

Mannanın  ərazisi  şimalda Araz çayına çatırdı, cənubda və 

cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə  həmsərhəd idi. 

İranzunun hakimiyyəti dövründə Manna qüdrətli dövlət olmuşdur. 

Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi. Bir 

qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna 

torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya 

müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı. 

Urartunun hücumlarına qarşı uzun müddət mübarizə aparan 

Mannaya  əmin-amanlıq lazım idi. Başqa bir qrup isə Urartu ilə 

ittifaq tərəfdarı idi. Onların siyasəti Manna vilayətlərinin mərkəzi 

dövlət ətrafında birləşməsinə mane olur, ölkənin parçalanmasına, 

torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı. 

Mannada dövlətçilik ənənəsi qədim köklərə malik idi. Hələ 

e.ə. III minillikdə onun ərazisində dövlət qurumları meydana gəlir. 

Dövləti hökmdar idarə edirdi. Hökmdar mütləq hakimiyyətə 

malik idi. E.ə. VIII əsrin ikinci yarısında hakimiyyət irsi olaraq 

atadan oğula keçirdi. Dövlətə  qədim Azərbaycan türk sülaləsi 

başçılıq etmişdir. Manna mərkəzləşmiş dövlət idi. Ölkənin 

vilayətlərini canişinlər idarə edirdilər. Onlar mərkəzi hakimiyyətə 

tabe idilər. Dövlətin idarə işlərində müxtəlif əyanlar və məmurlar 

çalışırdılar. Məmurlar mixi qaynaqlarda əyan, ağsaqqal, 

məsləhətçi, başçı və canişin adlandırılmışlar. Dövlətin idarəsində 

hakim ailənin üzvləri də  iştirak edirdilər. Mannada ağsaqqallar 

şurası da fəaliyyət göstərirdi. Lakin bu şura hökmdardan asılı idi. 

Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq 

üçün qonşu Assuriyaya ilə diplomatik əlaqələr yaratmış  və 

ölkənin ərazi bütövlüyünü saxlamağa müvəffəq olmuşdular.  



______________Milli Kitabxana_____________ 

 183


Ahşerinin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan 

baş verdi. Üsyançılar Ahşerini öldürdülər. Hakimiyyətə Ahşerinin 

oğlu Ualli (e.ə. 650-630) gəldi və Assuriya ilə ittifaqı bərpa etdi. 

Bundan sonra Manna Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı 

ildə Ön Asiyanın qüdrətli Assuriya dövləti Midiya və Babilistan 

ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək 

etdi. Qaynaqlardan göründüyü kimi, e.ə. 593-cü ildə Manna 

müstəqil dövlət kimi öz varlığını saxlayırdı. 

Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində 

yaranmış Midiya dövlətinin tərkibinə daxil edildi. Mannan 

müstəqil dövlətçiliyinə son qoyuldu. 

Mannada sənətkarlıq mühüm yer tutmuşdur. Mannanın 

ərazisində  zəngin dəmir filizi, o cümlədən qiymətli daş yataqları 

var idi. Mannada peşəkar sənətkarlar qızıl, gümüş, tunc və misdən 

bəzək  şeyləri, qab-qacaq və s. hazırlayırdılar.  İndiki Cənubi 

Azərbaycan  ərazisində, qədim Həsənli məskənində qazıntılar 

zamanı müxtəlif daş  qəliblər tapılmışdır.  Əridilmiş metalı  həmin 

qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, 

bəzək  əşyaları  və s. hazırlayırdılar. Həsənli qızıl camı 

Azərbaycanın nadir qədim sənət əsəridir.  

E.ə. VIII-VII əsrlərə aid Ziviyə Manna qalasından zəngin 

sənətkarlıq nümunələri tapılmışdır. Azərbaycanın cənubunda 

Sakkız şəhəri yaxınlığında yerləşən bu abidədə qızıl və gümüşdən 

hazırlanmış döşlük, qılınc qınının və dəstəyinin hissələri, at qoşqu 

ləvazimatı, gümüş sini, buynuzvarı  qədəhlər, kəmər, dəmir 

qılınclar və s. aşkar edilmişdir. 

Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətinin 

yüksək inkişaf etdiyini göstərir. Toxuculuq mühüm sənət sahəsi 

olmuşdur. Həsənli qazıntılarından tapılan müxtəlif parça qalıqları 

toxuculuqda qoyun yunundan və keçi dərisindən istifadə edildiyini 

göstərir. Mannada boyaqçılıq sənəti də olmuşdur. Mannalıların 

geyimi müxtəlif olmuşdur. Üst paltarları uzun, lakin qısaqol idi. 

Döyüşçülər uzun və dizə çatan libas da geymişlər. 

Mannalılar qonşu ölkələrlə ticarət  əlaqələri yaratmışlar. 

Mannadan müxtəlif məhsullar və xammal ixrac edilirdi. 

Mannada memarlıq sənəti inkişaf etmişdi. Mannaya 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə