______________Milli Kitabxana_____________
306
təmtəraqlı geyimdə körpə Krişna olan evə gəlir. O, südünü
körpəyə əmizdirir ki, uşaq zəhərlənib ölsün. Lakin körpə Krişna
iblisənin bütün həyatını əmir və o qədər böyüyür ki, ilanın qarnı
partlayır. Bir çox macəralardan sonra Krişna Kansaya qalib gəlir
və onu öldürür. Uqarsen yenidən öz taxt-tacına sahib olur.
Krişna obrazı Mahabharata dastanında da verilmişdi. Burada
o, cəsur döyüşçü kimi təsvir olunur. Döyüş zamanı o həm hiyləyə
əl atır, həm də hərbi bacarıq və qabiliyyət nümayiş etdirir. O,
Pandavlar tərəfindən Kaurav qardaşlarına qarşı çıxış edirdi.
Krişna deyirmiş ki, xeyir naminə ədalətli döyüşdə əl
titrəməməlidir. O, həyatın mənasını allahı dərk etməkdə görür və
özünü allah kimi qələmə verirdi. Allahı dərketmə üsullarından biri
ona sadiq məhəbbət bəsləməkdən ibarət imiş. İnsanın sevən ürəyi
olmalıdır.
O, öz ürəyi vasitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib
allahı dərk etməyə qabildir. Allaha məhəbbət göstərən və onu dərk
edənlərə həyatda xüsusi imtiyazlar bəxş edilir. Krişna deyirdi:
"Mən bütün canlılara eyni cür baxıram. Mənim üçün nə qərəzkar
var, nə də istəkli. Lakin kim ki, mənə sədaqət və məhəbbətlə
sitayiş edir, o mənim daxilimdədir, mən də onların".
Qədim hind əsatirlərində allah Şiva və onun arvadı Parvati
müəyyən yer tuturdu. Şiva Himalay dağlarında məskən salıbmış.
O, Brahma allahını cəzalandırıbmış, çünki o, qan-qarışıq nikahına
yol veribmiş. Şiva rəqs hökmdarı kimi də qələmə verilirdi. O rəqs
"edəndə dördəlli təsvir olunur. Onun rəqsi dünyanın
yaradılmasını, inkişafını və məhv olmasını əks edirmiş. Dünyanın
sonunda Şiva hər şeyi udan bədheybət Alov yaradıbmış. Alov
varlığı məhv etmiş və Şivanın iradəsi ilə dünyanı yenidən
yaradıbmış. Şivaya öküz Nanda xidmət edirmiş. Şiva və arvadı
Parvati köçəri həyat sürürmüşlər, bədbəxt adamlara və yoxsullara
köməyə gəlirmişlər. Şiva üçün çətənədən məstedici içki
hazırlayarmışlar. Bəlkə də bu "saoma" içkisi imiş. Şivanın arvadı
Parvati əfsanələrdə ilahə ana kimi təsvir edilmişdir. Böyük ilahə
ana qeyri-ari tayfalarına mənsub olmuş, sonralar hind dini
tərəfindən mənimsənilmişdi.
Qədim hind panteonunda yüzlərlə allah cəmləşdirilmişdi.
______________Milli Kitabxana_____________
307
Onlara da insan əməlləri və güzəranı xas idi. Qədim allahların
ailəsi vardı, onlar yeyib içərdilər, saraylarda yaşayardılar,
döyüşlərdə iştirak edərdilər. Həm qəzəblənər, həm sevib-sevilər,
həm də ölüm-itimlə rastlaşardılar. İnsanlar allahları və onların
yaşayışını öz həyat tərzinə oxşar yaradırmışlar. Qədim hindlilərə
görə, kainat yer kürəsindən, fəzadan və səmadan ibarət idi.
Allahlar müvafiq surətdə kainatın bu və ya digər sahəsində
yaşayırdılar. Mitra, Varuna, Aditya, Surya, Vişna və b. səma
allahları hesab olunurdular. Fəzada İndra, Maruta, yerdə Aqni,
Soma və b. ağalıq edirdilər.
Qədim hindlilər axirət dünyasına inanırdılar. Ölülər allahı
Yama mərhumları o dünyada qəbul edər, sağlıqlarındakı
əməllərinə görə onların canını (ruhunu) cənnətə, ya da cəhənnəmə
göndərərdi. Tədricən axirət dünyası anlayışı da dəyişikliyə
uğramışdı. Belə təsəvvür yaranmışdı ki, guya insan öləndən sonra
məhv olmur, başqa bir görkəmdə yenidən yaranır. Bu təlimə görə,
insanlar öz əməllərinə uyğun yenidən varlı ya yoxsul, quldur ya
üçün daxili müvazinəti itirməməli, düz danışmalı, yalan və
böhtandan imtina etməli, düzgün əməl sahibi olmalıdır.
Budda təliminə görə, hər bir dindar bu yüksək məqsədə,
yəni əzab-əziyyətdən xilas olma yoluna qədəm qoymalı idi. O,
ancaq şəxsi səyi nəticəsində xilas olmaya çata bilərdi. Buna görə
o, nirvanaya nail olmalı idi. Nirvana həyatın eyş-işrətindən azad
olmuş insan ruhunun vəziyyətini bildirirdi. Nirvanaya çatmış
adam bir daha törəmirdi, ancaq onun ruhu başqa şəxsiyyətə keçə
bilərdi. Nirvana heç də insanı bu dünyada xoşbəxt etmirdi, əksinə
o bu dünyada insanı hər bir arzu, istək, həvəs və ehtirasdan "xilas"
edirdi. Nirvanaya çatmaq üçün hər bir kəs ailədən, mülkiyyətdən,
varnalara mənsubiyyətdən əl çəkməli və dindarlar icmasına daxil
olmalı idi.
Buddizm silki fərqləri rədd edirdi. İctimai və silki
mövqeyindən asılı olmayaraq hər bir kəs nirvanaya can ata, Budda
dininin ardıcılı ola bilərdi. Eyni zamanda, buddizm mərasim
keçirmə, qurban kəsmə, dua oxuma dini ayinlərindən imtina
etmişdi. Buddizm allahların varlığını qəbul edirdi, lakin onların da
dəyişməyə məruz qaldıqlarını bildirirdi. Onlar da nirvanaya nail
______________Milli Kitabxana_____________
308
olmalı idilər. Budda nirvanaya birinci çatdığı üçün allahlardan
üstün sayılırdı. Buna baxmayaraq Budda ardıcılları belə arzuların
yerinə yetirilməsi üçün qədim allahlara müraciət edirdilər. Qədim
allahların özləri də, guya Buddaya sitayiş edirlərmiş.
Buddizm brahmanizmdən fərqli olaraq adamları eyni
hüquqlu sanır, lakin ictimai münasibətlərin dəyişdirilməsinə
çağırmırdı. Buddizmə görə, bütün insanlar əzab-əziyyət içində
yaşayırlar, buna uyğun olaraq onlar bərabər hesab edilirdilər.
Əslində insanların bərabər olması və azadlığa çıxması (xilas
olmağa can atması) dini ehkamlara tabe edilmişdi. Bu, adamların
mənəvi aləminə təsir göstərir və buddizmi cazibədar edirdi.
Əslində buddizm mövcud olan vəziyyətlə barışmağı, mövcud
sosial münasibətlərlə qane olmağı təbliğ edirdi. Buddizm
Hindistanın özündə əsas dinə çevrilmədi, Hindistandan kənarda
daha geniş yayıldı.
Mədəniyyətin digər sahələri. Erkən dövr Hindistan
ədəbiyyatı barədə məlumat qalmamışdır. O zaman şifahi xalq
yaradıcılığı üstünlük təşkil edirdi. Bu dövrdə yaranmış dastanlar
sonralar yazıya köçürülmüşdü. Bunlardan biri Mahabharata
dastanıdır. Dastanda Brahtanın nəslinə mənsub olan yaxın
qohumlar hakimiyyət uğrunda mübarizə aparırlar. Bu qohumlar
əmiuşağı imişlər. Mübarizə vuruşan qohumların hamısının həlak
olması ilə nəticələnir. Digər dastan "Ramayana" adlanır. Burada
şahzadə Ramanın macəraları və nəhayət, hakimiyyətə sahib
olması barədə danışılır. Hadisələr ilə yanaşı bu dastanlarda qədim
əsatirlər, ibrətamiz və fəlsəfi mühakimələr, dini rəvayətlər əks
olunmuşdur. Bunlar eramızın əvvəlinə kimi şifahi icra olunurdu.
Hər iki dastan yazıya elə həmin vaxtlar köçürülmüşdür. İlk
zamanlar vedlər də yazıya köçürülməmişdi. Onlar da şifahi ifa
olunurdu.
Piktoqrafiyadan başqa digər qədim hind yazı növləri aşkar
edilməmişdir. Lakin e.ə. IV əsrə kimi Hindistanda yazının olması
ehtimal edilir. Qədim hind alimləri Panini (e.ə. V-IV əsrlər),
Katyayana və Patancali (e.ə. II əsr) sanskrit dilinin
qrammatikasını yazmışdılar. Vedlər də sanskrit dilində tərtib
olunmuşdu. E.ə. III əsrdə Aşokanın göstəriş və qanunları artıq
Dostları ilə paylaş: |