Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4


Məhlul udulan zonaların izolə edilməsi üçün tampon qarışıqları



Yüklə 9,87 Mb.
səhifə4/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   36
tamamlama mühazrə

Məhlul udulan zonaların izolə edilməsi üçün tampon qarışıqları

Məhlul udulan layların izolə edilməsində, büzücü maddələr və polimer materialları əsasında hazırlanmış müxtəlif tampon qarışıqları geniş yayılmışdır. Bu növlü qarışıqların vaxtdan asılı olaraq möhkəmliyi artır və keçirməyən sədd yaradaraq, məhlulun udulmasının qarşısını alır.

Tampon qarışıqları aşağıdakı tələbləri ödəməlidirlər:

a)qarışığı quyuya vurmaq və onu udulan layın kanallarına basmaq üçün, o, yaxşı axıcılığa malik olmalıdır;

b)”quyu-lay” sistemindəki tarazlığı pozmamaq üçün qarışığın sıxlığı qazma məhlulunun sıxlığına yaxın olmalıdır;

v)qarışığın tutuşma vaxtı asan tənzimlənməlidir, tutuşma başlanğıcı onun laya vurulması vaxtından 20-25% çox olmalıdır, lakin 10-15 dəqiqədən az olmamalıdır;

q)tampon qarışığı quyuda olan temperatur və təzyiq sabitliyini saxlamalıdır;

d)tampon qarışığı lay suları ilə durulaşmalıdır, və yüksək struktur-mexaniki xassələrə malik olmalıdır;

e)qarışıq, udulma zonasına vurulduqdan sonra, tez tutuşmalıdır və qısa vaxtda lazımi səviyyədə (8-16 saatdan sonra nümunələr sıxılmaya sınaqdan keçirildikdə 0,5-1,0MPa-dan az olmamalı) bərkiməlidir.

Bu tələblərə tam cavab verən qarışıq seçmək çox çətindir. Ona görə tampon qarışıqlarını seçdikdə hər quyunun geoloji-texniki şəraiti nəzərə alınmalıdır.




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə