Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə3/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   36
tamamlama mühazrə
2 5348153810248276441, yay mektebi erize, web
Tamponların qoyulması

Qazma məhlulu tam udulan hallarda “yumşaq tıxac” tipli tamponlardan istifadə edilir. Tampon, müxtəlif doldurucularla qatılaşdırılmış xəmir kimi maddədən ibarətdir. O, qazma məhlulu və ya sement məhlulu ilə qarışdırılaraq, qazma məhlulu ilə intensiv udulma zonasına basılır. Qazma məhlulunda doldurucunun miqdarı, 1 m3 məhlulda 30-70 kq və ya artıq ola bilər. Tamponun həcmi 5-10 m3 –dən az olmamalıdır. Bəzi hallarda, məhlul udulan layın qalınlığından asılı olaraq, onun miqdarı 50-100 m3 ola bilər. Əgər udulmanı bir növlü doldurucudan hazırlanmış tampon ilə ləğv etmək mümkün olmazsa, o zaman müxtəlif ölçülü və növlü dolduruculardan kombinə edərək tampon hazırlamaq lazımdır.

Qazma məhlulu qismən udulan hallarda, dizel yanacağı bentonit (SBQ) və ya neft bentonit (NBQ)qarışıqlarından istifadə etmək olar. Dizel yanacağı və bentonit qarışığı aşağıdakı tərkibdə olur:

a)səthi aktiv maddələr əlavə edilmədən 1m3 dizel yanacağı və 1-1,2 t bentonit gili;

b)SAM əlavə etməklə 1m3 dizel yanacağı və 1,2-1,5 t bentonit gili və 0,5% SAM (qarışığın çəkisindən). SAM kimi krezol, natrium karbonat (Na2CO3) və s. istifadə olunur.

Qarışıq aşağıdakı qaydada hazırlanır: həcmi 4-5 m3 olan təmiz çənə əvvəlcə hesablanmış miqdarda dizel yanacağı, sonra SAM tökülür və yaxşı qarışdırıldıqdan sonra gil əlavə edilir. Tampon hazırlanan və quyuya vurulan zaman çənlə birləşdirilmiş aqreqatla qarışdırılır. Hazırlanmış qarışıq, aqreqatlarla (3 ədəddən az olmayaraq) udulma zonasının tavanından 20-30 m yuxarı endirilmiş qazma boruları vasitəsilə vurulur. SBQ-nin qazma məhlulu ilə qarışması üçün, ondan əvvəl və sonra həcmi 0,5 m3 olan dizel yanacağı vurulur.

Qarışığı elə vurmaq lazımdır ki, udulma zonasını tavanından 10-15 m yuxarı hündürlükdə qarışığın sütunu qalmış olsun. Qarışıq basılarkən həlqəvi fəzada təzyiqin 0,0 MPa-dən çox olmasına yol verilməməlidir. Qarışıq basıldıqdan sonra, qazma aləti qoruyucu kəmərin başmağına qaldırılır, quyuda məhlulun dövranı yaradılır və quyunu dərinləşdirmək üçün, qazma məhlulu kimyəvi işlənərək parametrləri lazım olan səviyyəyə çatdırılır. SBQ-nin və NBQ-nin həcmi 1,5-3,0 m3 artıq olmamalıdır. Bu qarışıqların buraxıla bilən həcmi 10 m3qədərdir, lakin bu halda buferin həcmini artırmaq lazımdır.

Məhlul udulan zonanı izolə etmək üçün qazma məhlulundan və poliakrilamidin sulu məhlulundan istifadə etmək olar. Bu məhlulları, udulma zonasında qarışdırarkən, gil hissəcikləri koaqulyasiya edərək lopa halında çöküb, məhlul udulan yolları bağlayırlar. Poliakrilamid məhlulunun optimal konsentrasiyası 0,2-dən 0,3 qədər olur. Belə konsentrasiyada polimerin bir həcmi, qazma məhlulunun 3-6 həcmi qədərini koaqulyasiya edə bilmir. Buna əsaslanaraq, poliakrilamid məhlulunu borulara və qazma məhlulunu həlqəvi fəzaya eyni vaxtda vurmaq şərti ilə nasosun məhsuldarlığını hesablayırlar. Qazma boruları udulma zonasının yuxarısına endirilir və polimer məhlulu ilə doldurularaq, borulardan çıxıncaya qədər basılır. Polimerin sonrakı basılmaları hissə-hissə (hər dəfə 5-6 m3) edilir və eyni zamanda həlqəvi fəzaya 10-15 m3 qazma məhlulu vurulur, hər hissə vurulduqdan sonra 10-15 dəqiqə gözlənilir. Komponentlərin yaxşı qarışması üçün, qazma kəmərinin aşağısında perforasiya olunmuş boru yerləşdirilir.

Poliakrilamidin sulu məhlulu hidroqarışdırıcıda isti suda (60-700C) hazırlanır.


Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə