Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   245

 
30
Varlığın estetik jəhətdən qavranılması haqqında danışarkən xüsusilə demək lazımdır ki, gözəllik haqqında 
mühakimələr müxtəlif səbəblərdən asılıdır. 
Bədii mədəniyyət jəmiyyətin estetik mədəniyyətinin anjaq bir hissəsidir. Estetik fəaliyyət estetik 
mədəniyyət sisteminə ijtimai praktikanın müxtəlif sferalarını  jəlb edir. Eyni zamanda elmi- texniki inqilabın 
estetik fəaliyyətə qarşılıqlı təsir prosesi baş verir. Bu iki tendensiya qovşağında estetik fəaliyyətin maddi istehsal 
sistemində yeni növü- dizayn yaranmışdır. O, müasir estetik mədəniyyətin mühüm elementi olmuşdur. Dizaynın 
məqsədi nətijə etibarı ilə maddi sərvətlər istehsalıdır. Lakin bu sərvətlər xüsusi özfəaliyyət- bədii konstruksi-
yalaşdırma əsasında estetik dəyər alır. 
Maddi istehsal sistemində jismin estetik dəyəri onun istehlak keyfiyyətinin göstərijilərindən biri kimi 
çıxış edir. Lakin dizayn anjaq hazır məhsul istehsalı ilə  məhdudlaşmır. O, hələ öz rolunu itirməmiş köhnə 
əşyanın modernləşdirilməsindən, jəmiyyətin tələblərini ödəyən yeni məmulat layihəsi verilməsindən başlana 
bilər. Lakin dizayn insanın bütün əşya mühitinin estetik təşkili ilə başa çatmalıdır. Dizaynerin bilavasitə vəzifəsi 
çox yaxud az dərəjədə  məhdud görünə bilər: məmulatın funksiyaları  və konstruksiya xüsusiyyətləri nəzərə 
alınmaqla məqsədyönlü və mükəmməl formasının yaradılması. Lakin onun daha böyük vəzifəsi məhz insanın 
tələblərinə uyğun münasib əşya mühiti təşkil etməkdir. Estetik jəhətdən mütəşəkkil mühitin (məişət və istehsalat 
mühitinin) özü insanın davranışını  jəmiyyətin qəbul etdiyi və  bəyəndiyi normalara uyğun olaraq 
istiqamətləndirir və həyata keçirir, yəni insanın davranış mədəniyyətində «əşyalaşır». 
Dizaynın mədəni- estetik funksiyası bunula da qurtarmır. Dizayn injəsənət və istehsalat arasında 
vasitəçidir, injəsənətin yaratdığı  bədii sərvətləri və ifadəli vasitələri texnikaya çevirməyə imkan verir. Bədii 
konstruksiyavermə, öz növbəsində texniki vasitələrin estetik baxımdan interpretasiyasına şərait yaradır. 
Estetik baxımdan dəyərləndirmə, estetik tərbiyə insanın ideya- mədəni yüksəlişində kömək etməklə 
yanaşı o bir sıra səjiyyəvi vəzifəyə malikdir. Həmin səjiyyəvi vəzifələr sırasında aşağıdakıları xüsusi qeyd 
etmək lazımdır. 
1. Milli vətənpərvəlik idealı əsasında estetik zövqün formalaşması; 
2. İjtimai praktikanın hər bir sahəsində yüksək estetik fəaliyyətə qabiliyyət və tələbatın formalaşması; 
3. Bədii yaradıjılıq üçün vərdişlərin və qabiliyyətlərin təkmilləşməsi və inkişafı; 
Estetik mədəniyyətin tərkib hissəsi olan injəsənətin insanların formalaşmasında misilsiz rolu vardır. İdeal 
öz konkret obrazlı  təjəssümünü injəsənətdə tapır.  İnjəsənət müxtəlif estetik təsir amillərini vahid sistemdə 
birləşdirməyə imkan verir. Estetik ideal müəyyən tarixi şəraitdə ijtimai praktika əsasında  əmələ  gəlir və 
jəmiyyətin dəyişməsi ilə dəyişir. Sənətkarın siyasi, fəlsəfi, etik, estetik baxışlarının təsiri altında qərarlaşan este-
tik idealı əsas etibarı ilə bədii metod və tendensiyanı, sənət əsərinin məzmunu və formasını müəyyən edir. Este-
tik ideala sənətkar müxtəlif üsullarla, bilavasitə müsbət qəhrəman obrazları yaratmaqla (S.Rəhimovun  Şamo, 
S.Vurğunun Vaqif, Anarın Təhminə obrazları) və yaxud bilavasitə  təsvir olunan hadisələrə öz münasibətini 
bildirməklə nail olur. İnjəsənətin müxtəlif canrlarında idealın bu və ya başqa şəkildə təjəssüm olunması üsulu 
üstünlük təşkil edəf bilər. 
Hələ  qədim dövrlərdən estetik mədəniyyətin mühüm elementi memarlıq olmuşdur. Memarlığın 
mütəşəkkil həyati mühit kimi əsasını təjrid olunmuş və eyni zamanda təbiətlə bağlı məkan təşkil edir. Memarlıq 
məkanı onların həyat fəaliyyəti formalarına uyğun təşkil edərək insanların müəyyən davranış üsubunu müəy-
yənləşdirir. 
Memarlıqda olan estetik prinsiplər qismən təbiətə, məsələn, praktiki memarlığına da nüfuz etmişdir. Lakin 
bütövlükdə  təbiət uzun müddət mədəniyyətin təsirindən kənarda qalmışdır.  İntensiv urbanizasiya prosesi təbiəti 
getdikjə daha inadla mədəniyyət sisteminə  jəlb edir. Təbii mühitin o jümlədən Landşaftın estetik dəyərinin 
qorunması inkişaf edən jəmiyyətin mühüm mədəni tələbatı olmağa başlamışdır. Bu aktual sosial- mədəni tələbatın 
əsasında estetik mədəniyyətin yeni sferası- ekoloci estetika yaranmaqdadır. 
Estetik tərbiyə sistemi estetik təhsilsiz mükəmməl sayılmaz. Estetik tərbiyə- insanda həyatda gözəllik və 
ülviliyi qavramaq, düzgün başa düşmək, qiymətləndirmək və yaratmaq bajarığının  əldə edilməsinə  və 
təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemidir. Estetik tərbiyənin məqsədi jəmiyyət üzvlərinin əqli, siyasi, 
əxlaqi və fiziki jəhətdən hərtərəfli inkişafına kömək etmək onlarda gözəllik hissini təkmilləşdirmək, gözəllik 
qanunları üzrə yaratmaq həvəsi oyatmaqdır. Estetik tərbiyənin  əhəmiyyəti və  məqsədi estetik sərvətləri 
dünyagörüşü səviyyəsinə qaldırmaq, onu şəxsiyyətin bütöv dünyagörüşü sisteminə qatmaqdadır.  İnsan 
tərəfindən dərk edilərək onlar şəxsiyyətin gerçəkliyə öz münasibətinin əsasını təşkil etməyə başlayır. Bəzən es-
tetik mədəniyyət sahəsinə injəsənətin elə növləri daxil olur ki, o insanların tərbiyəsindən çox, onların 
pozulmasına gətirib çıxarır. Nətijədə milyonların zövqü korlanır.  İnsanlar  ənənəyə hörmət etmir, tarixi- etnik 
köklərini unutmaq yolunu tuturlar. Simasızlıq, ideyasızlıq və ya dünyagörüşü dolaşıqlığı və s. bir çox injəsənət 
əsərlərin sücetini, məzmununu təşkil edir. Milli mədəniyyət- musiqi, kino, teatr, ədəbiyyat və s. böhran 
vəziyyətinə düşür. Bunun qarşısını isə dövlət səviyyəsində almaq lazımdır. 
İnsanların həyat fəaliyyətinin  əsas forması olan əməkdə estetik başlanğıjın aşkara çıxarılması xüsusi 
əhəmiyyət kəsb edir. K.Marks əməyə yalnız yaşamaq vasitəsi kimi baxan, zövq almağı yalnız əməkdən azad vax-
tla bağlayan bir çox iqtisadçılarla mübahisəsində qeyd edirdi ki, hər bir insan normal vəziyyətində normal əmək 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə