Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə229/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   ...   245

 
333
yarandı. Bu orqan özündə tədris, elm, incəsənət, mədəni-maarif, təbliğat, muzey və s. üzrə müəssisələri əhatə 
edirdi. Mədəni dəyərlərin milliləşdirilməsi adı altında siyasi tədbir geniş vüsət almağa başladı. Rusiyada Ermi-
taj, Rus muzeyi, Tretyakov qalereyası, Silah palatası, muzey, teatr, musiqi müəssisələri Dövlət mülkiyyətinin 
nəzdinə daxil edildi. Analoji təbdirlər digər regionlarda, yəni sovet hakimiyyətini qurmuş respublikalarda da 
reallaşdırmağa başladı. 
Sovet dövlətinin mədəni dəyişikliklərindən  ən qiymətli və  əhəmiyyətlisi savadsızlığın ləğvi və xalq 
təhsilinin yeni sisteminin formalaşdırılması oldu. 1919-cu ildə XMK-ğı «RSFSR əhalisi arasında savadsızlığın 
ləğvi haqqında» məşhur dekret imzalandı. Bu dekretin müddəalarına görə 8-50 yaşlardan olan bütün vətəndaşlar 
oxumaq, yazmaq, ana və ya rus dillərində  təlimi öyrənməlidir.  Əvvəlcə Rusiya Federasiyasında, daha sonra 
SSRİ-də ali, orta və məktəbəqədər məktəblərin şəbəkə və tiplərini müəyyənləşdirən təhsil sistemi müəyyənləşdi. 
Mədəni quruculuğun yeni modelinin təşəkkülü mürəkkəb, ziddiyyətli və bir çox hallarda, hətta faciəvi 
səciyyə kəsb edirdi. Bu prosesin ən mühüm problemi mədəniyyətdə köhnə ilə yeni arasında nisbətin təzahürü 
məsələləri idi. Bu məsələ sovet hakimiyyətinin ideya mübarizəsinin ən güclü predmeti oldu. Oktyabr inqilabının 
ilk onilliyindən sonra sosialist mədəniyyətinin inkişafı istiqamətləri üzrə məsələlərin həllində müxtəlif diskus-
siyalar, rəylər meydana çıxdı. Bir tərəfdən, inhisarçı rolunu oynayan partiya-bürokratik rəhbərlik, digər tərəfdən
yeni yaranmış mədəniyyət təşkilatları mədəniyyətin idarə edilməsi işinə qarışır. Proletkult adı altında istiqamət 
götürmüş «mədəniyyət təəssübkeşləri» «təmiz» proletar mədəniyyəti yaratmaq üçün köhnəliyə qarşı mübarizə 
kimi qorxulu addım atmağa çalışırlar. Bu hərəkata qarşı mübarizə  məqsədilə, 1920-ci ildə RK(b) PMK-nin 
«Proletkultçuluq haqqında» məktubunda həmin istiqamət nümayəndələri ciddi tənqid olunur. Lakin bu 
hərəkatdan başqa, yeni quruluş azad və müstəqil fikirli ziyalı və alimlərin, mədəniyyət xadimlərinin yaradıcılıq 
məsələlərinə ciddi şəkildə qarışır, bu sahədə qeyri-humanist addımlardan belə çəkinmirdilər. Bu səbəbdən istər 
rus, istərsə  də digər xalq və millətlərin qabaqcıl düşünənlərini, mədəniyyət nümayəndələrinin mühaciratı 
başlandı. Ən qorxulusu isə, vətəndə qalanların repressiyası oldu. 
Ölkənin sosial-mədəni dəyişiklikləri Sovet respublikalarının ədəbiyyat və incəsənətində öz parlaq əksini 
tapdı. Bu ən mürəkkəb və ziddiyyətli dövr idi. Rus ədəbiyyatında A.M.Qorki, A.A.Blok, V.V.Mayakovski, 
S.A.Yesenin, A.A.Axmatova, Azərbaycan  ədəbiyyatında sovet ədəbiyyatının gənc nümayəndələri S.Rüstəm, 
S.Vurğun, R.Rza və b. yeni mədəniyyətin formalaşmasını təmin etdilər. Bu yazıçı və şairlər öz əsərlərində yeni 
cəmiyyət və onun qurucularını  tərənnüm edirdilər. Bu əsərlərin qəhrəmanları  cəsur, mərd, inqilaba sədaqətli 
insanlardır. Bir faktı da nəzərdən qaçırmaq olmaz ki, «tarixin ağ ləkələri» kimi tanınan hadisələr də məhz 20-30-
cu illərə aiddir. Məhz bu illərdə Azərbaycan  ədəbiyyatının istedadlı nümayəndələri M.Müşfiq, S.Mumtaz, 
H.Cavid və b. amansızcasına istintaq olunaraq bəziləri qətlə yetirilmiş, bəziləri ölkədən sürgün edilmişlər. 
Sovet hakimiyyətinin 20-ci illərinin sonu – 30-cu illərin əvvəllərində ölkə rəhbərliyinin inzibati-komanda 
sistemində Stalinin başçılığı ilə  həyata keçirilən  şəxsiyyətə pərəstiş  mədəniyyətə də öz dərin təsirini göstərdi. 
Hər  şeydən  əvvəl, bədii mədəniyyət bütövlükdə partiya və dövlət orqanlarının nəzarətində idi. Mədəniyyətin 
müxtəlif sahələri üzrə Dövlət Komitələri təşkil olundu: Ali məktəblər üzrə Ümumittifaq Komitə (1936), 
İncəsənət üzrə Ümumittifaq Komitə (1936), Radio verilişləri üzrə Dövlət Komitəsi və s. 30-cu illərdə 
incəsənətin müxtəlif sahələri üzrə vahid təşkilatlar yarandı. 30-cu illərin  əvvəllərində sosialist realizmi 
konsepsiyası işlənib hazırlandı. Bu metod sovet ədəbiyyatı və incəsətində yeganə düzgün və başlıca metod he-
sab olundu. Bu metod bədii yaradıcılığı unifikasiya edirdi. Belə bir şəraitdə yaradıcı  və istedadlı insanlar 
yaşayıb-yarada bilmirdilər. 
Möhkəm partiya-dövlət nəzarəti keçmişin mədəni irsinə təsir göstərirdi. Milli mədəniyyətlərin tarixindən ideo-
loji və siyasi görüşlərinə görə «yad», «köhnə» hesab edilən dəyərlər sıxışdırılıb aradan götürülürdü. Xüsusilə, dini 
abidələr – məscid, türbə, məbəd, monastırlar məhv edilir, başqa məqsədlər üçün istifadə edilərək darmadağın edilirdi. 
Hərbi dövrə qədər – 1941-45-ci illərə qədər sovet mədəniyyəti çoxcəhətli, mürəkkəb və ziddiyyətli xarakter daşıyırdı. 
Ədəbiyyatda, incəsənətdə köhnə  və yeni formaların qovuşması  və bu prosesdəki neqativ cəhətlər sovet 
hakimiyyətinin ilk onilliklərinin sosial mədəni prosesinin səciyyəvi xüsusiyyətləri idi. 
Sovet hakimiyyətinin hərbi illərini  əhatə edən 1941-45-ci illər mədəniyyət müəssisələri sistemində 
incəsənətdə yeni məzmun, forma və metodların yaradılmasını  zəruri etdi. Kütləvi, operativ mədəni işin rolu 
gücləndirildi. Mədəniyyət müəssisələrinin evakuasiyası, mədəni sərvətlərin ölkənin  şərq rayonlarına 
köçürülməsi işi üzrə  gərgin fəaliyyətə başlanıldı. Böyük Vətən müharibəsi cəbhələrində minlərlə  mədəniyyət 
xadimi vuruşurdu. Dünya şöhrətli bir çox sovet incəsənət nümunələri məhz bu dövrün məhsulları hesab edilir. 
Rus ədəbiyyatında M.A.Şoloxovun «Onlar Vətən üçün vuruşmuşlar» romanı, A.T.Tvardovskinin «Vasili Tyor-
kin» poeması, K.M.Simonovun, A.A.Surkovun şeirləri, azərbaycanlı şairlərdən S.Rüstəm, S.Vurğunun əsərləri 
yüksək sənətkarlıqla qələmə alınmış mədəniyyət nümunələrindəndir. 
Əsgərlərin mənəvi ruhunun möhkəmləndirilməsi üçün cəbhə briqadaları  təşkil olunurdu ki, bunların 
tərkibinə artist, musiqiçi, müğənni, şair, yazıçılar daxil idi. Hərbi illərdə sovet mədəniyyət və incəsənəti, sanki 
ciddi imtahan qarşısında idi. Bütün mənfi məqamlarına baxmayaraq, cəsarətlə demək olar ki, faşizm üzərində 
qələbənin qazanılmasında sovet mədəniyyətinin də xidməti olmuşdur. Belə ki, bütün elm, incəsənət xadimləri 
istedad və bacarıqlarını optimal formada nümayiş etdirmiş, qüdrətli, təsiredici sənət  əsərləri yaratmaqla sovet 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə