Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə237/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   233   234   235   236   237   238   239   240   ...   245

 
343
povest sosialist realizminə xas «tərbiyəvi»  ədəbiyyatın  ən parlaq nümunələrindəndir, onun da əsasını 
N.Ostrovski «Polad necə  bərkidi» romanında qoymuşdu. Böyük Vətən müharibəsi və sonrakı sülh dövrü 
vaxtında E.Q.Kazakeviç («Səhrada iki nəfər» 1948, «Ozerdə bahar» 1949) yazırdı. V.A.Koçetov «Jurbinlər» 
romanında (1952) fəhlə sülaləsinin üç nəslini təsvir etmişdi. 
Təsviri sənət və heykəltəraşlığın inkişafını əvvəlki kimi sosialist realizmi müəyyən edirdi. Böyük Vətən 
müharibəsi mövzusu Y.M.Neprinsevin «Döyüşdən sonra istirahət» («Vasili Tyorkin» 1951), A.İ.Laktionovun 
«cəbhədən məktub» (1947) əsərlərində öz əksini tapmışdı. Adı çəkilən əsərlərin əsas xüsusiyyəti ondadır ki, hər 
birində müharibə döyüş səhnələri ilə deyil, məişət səhnələri təsvir edilir. Rəssamlar hərbi dövranın ruhunu təsvir 
etməyə nail olmuşdu. Sosialist realizminin klassik əsəri Ukrayna rəssamı T.N.Yablonskayanın yaratdığı 
«Çörək» (1949) əsəridir. Səyyar rəssamlar  ənənələri ruhunda hekayət etməyə meylli əsərlər geniş yayılmışdı. 
Sovet dövründə F.P.Reşetnikovun «Yenə də «iki» (1952) əsəri böyük şöhrət qazanmışdı. 
Memarların başlıca vəzifəsi müharibənin dağıtdıqlarını  bərpa etmək idi. Stalinqradı, Kiyevi, Minski, 
Novqorodu yenidən tikib qurmaq lazım gəldi. Üslub cəhətdən «Stalin ampiri» üstünlük təşkil etməkdə davam 
edir. 
 
 
2.5.9. «Mülayimlik dövrü»ndə rus elmi və mədəniyyəti 
 
Stalin totalitarizmi Brejnev «durğunluğu» cildində geri qayıtdı. Qısa azadlıq zəmanısi kimi Xruşov dövrü 
«mülayimlik dövranı» adını aldı. 
Dövlətin totalitar nəzarətinin, müvəqqəti də olsa, əhəmiyyətli dərəcədə  zəifləməsi, mədəniyyətə idarə 
etmə üsullarının ümumiyyətlə demokratikləşməsi yaradıcılıq prosesini olduqca canlandırdı. Vəziyyətin 
dəyişməyinə  hər  şeydən  əvvəl həssaslıqla  ədəbiyyat münasibət bildirdi. Stalin dövründə repressiyaya məruz 
qalmış mədəniyyət xadimlərinin əksəriyyətinin bəraət qazanması da böyük əhəmiyyət kəsb etdi. Sovet oxucusu 
30-40-cı illərdə adlarına qadağa qoyulmuş bir çox müəllifi özü üçün yenidən kəşf etdi – ədəbiyyata S.Yesenin, 
M.Tsvetayevanın, A.Axmatovanın yaradıcılığı yendən daxil oldu. Poeziyaya kütləvi maraq dövranın səciyyəvi 
cəhəti oldu. Elə  həmin vaxtlarda yaradıcılığı rus mədəniyyətində bütöv bir dövr təşkil edən «60-cı illərin» 
şairləri adlanan gənc  şairlərin böyük bir dəstəsi meydana çıxır: Y.A.Yevtuşenko, A.A.Voznesenski, 
B.A.Axmadulina, R.İ.Rojdestvenski ədəbiyyata daxil olur. 60-70-ci illərdə B.Ş.Akucava, A.Qaliç, V.S.Vısotski 
gənclərin şüuruna hakim olur.  
60-cı illər yazıçıları D.A.Qraninin (German) («Fırtınaya doğru gedirəm» 1962), Y.N.Nagibinin («Yaxın 
və uzaq» 1965), Y.P.Germanın («Mənim  əziz insanım» 1961), V.P.Akeyonovun («Ulduzlara bilet» 1961) 
ədəbiyyatı xüsusi yaradıcı axtarışlarla səciyyələnir. Fantastik ədəbiyyat janrından da bir çox maraqlı  əsər 
yaradıldı. Alim və yazıçı  İ.A.Yefremovun («Andromeda dumanlığı» 1957, «Ülgücün tiyəsi» 1963), A.N və 
B.N.Struqatski qardaşlarının («Bazar ertəsi  şənbədən başlayır» 1965, «Tanrı olmaq çətindir» 1966, «Yol 
kənarında nahar» 1972) əsərləri fəlsəfi dərinlik, qeyri-adi geniş  mədəni dairəsi ilə  fərqlənirdi. Y.V.Bondarev 
(«Batalyonlar topdan atəş tələb edir» 1957), K.M.Simonov («Dirilər və ölülər» roman-trilogiyası 1959-1971) öz 
əsərlərində müharibə haqqında yeni həqiqətlər üzə çıxardılar. 60-cı illərin ədəbi həyatında qalın ədəbi jurnallar 
əhəmiyyətli rol oynayır. 1955-ci ildə «Yunost» jurnalının birinci sayı işıq üzü görür. Jurnallar arasında «Novı 
mir» jurnalı xüsusi ilə  fərqlənir, A.T.Tvardovski baş redaktor vəzifəsinə  təyin edildikdən sonra oxucular 
arasında geniş  şöhrət tapır. 1962-ci ildə  məhz «Novı mir» jurnalında N.S.Xruşşovun  şəxsi icazəsi ilə 
A.İ.Soljenitsinin «İvan Denisoviçin bir günü» povesti dərc edilir, burada ədəbiyyatda ilk dəfə olaraq Stalin 
düşərgələri mövzusuna toxunulur. 
Tənqiddə əvvəlki kimi bir çox məşhur yazıçıların – A.A.Voznesenskinin, D.A.Qraninin, V.D.Dulintsevin 
ünvanına «formalizm», «yadlıq» ittihamları yağdırılır. Boris Leonidoviç Pasternak qəddarcasına təqib edilir. 
1955-ci ildə o, şah əsəri olan «Doktor Jivaqo» romanını tamamlayır. B.L.Pasternak (1890-1960) «Doktor Jiva-
qo» romanı üzərində 10 il işləmişdi. 1958-ci ildə Pasternak ədəbiyyat sahəsi üzrə Nobel mükafatına layiq 
görüldü. Sovet hakimiyyəti dərhal tələb etdi ki, Pasternak mükafatdan dərhal imtina etsin. Pasternaka xalq 
düşməni damğası vuruldu, onu «sadə adama» həqarətlə baxmaqda ittiham etdilər. Bu azmış kimi, yazıçılar 
ittifaqından xaric etdilər. Yaranmış  şəraitdə Pasternakın mükafatdan imtina etməkdən başqa çarəsi qalmadı. 
Münaqişə yazıçının səhhətinə məhvedici təsir göstərdi – 1960-cı il mayın 30-da yazıçı vəfat etdi. 
Yeniləşmə prosesləri təsviri sənətdən də yan keçmədi. Realizm rəssamlar tərəfindən yeni baxışdan şərh 
edilir. 60-cı illər sovet təsviri sənətində «sərt üslub» adlanan üslubun təşəkkül vaxtıdır. D.D.Jilinskinin («Gənc 
heykəltəraşlar» 1964), V.Y.Popkovun («Bratsk HES-in inşaatçıları» 1961), Q.M.Korjnevin («Kommunistlər 
triptixi» 1960) əsərlərində gerçəklik 40-50-ci illər üçün səciyyəvi olan zahiri bəzəkdən, qəsdən qabardılan bay-
ram əhval-ruhiyyəsindən və təmtəraqlıqdan azaddır. 
Heykəltəraşlar Böyük Vətən müharibəsinə həsr edilmiş xatirə abidələri yaradıcılığı ilə məşğul olur. 60-cı 
illərdə Mamay yüksəkliyində Stalinqrad qəhrəmanlarına həsr edilmiş abidə ansamblı (1963-1967, heykəltəraş 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
344
Y.V.Vuçetiç), Peterburqda Piskaryov qəbiristanında xatirə abidəsi (1960, heykəltəraşlar V.İsayeva, R.Taurit) 
ucaldılır. 
Teatr inkişaf edir. Yeni teatr kollektivləri yaranır. «Mülayimlik dövründə» meydana çıxmış yeni teatrlar 
arasında 1957-ci ildə təsis edilmiş «Sovremennik» teatrını (baş rej.O.N.Yefremov) və Taqankada dram və ko-
mediya teatrını (1964, baş rej.Y.P.Lyubimov, 1964-cü ildən son günlərinə  qədər Taqanka teatrının aktyoru 
V.S.Vısotski olmuşdur) qeyd etmək zəruridir. 
Kinoda  əvvəlki kimi müharibə mövzusu əhəmiyyətli yer tutur. O, bir çox rejissorun yaradıcılığında öz 
əksini tapmışdır. M.K.Kalatozov (V.S.Rozovun «Durnalar uçur» 1957), Q.N.Çuxray («Əsgər haqqında dastan» 
1959) buna misaldır. Gənclərin problemlərinə  həsr olunmuş filmlər (M.M.Xutsiyev «İliç zastavası» 1965) və 
yüngül romantik filmlər («Mən Moskvanı gəzirəm» rej.Q.N.Daneliya, 1964) çəkilir. 
50-ci illərin sonlarında, 60-cı illərin əvvəlində sovet alimləri böyük uğurlar qazandı. Elmin ön cəbhəsində 
fizika dururdu – o, insanların  şüurunda  əsrin elmi-texniki rəmzi və  dərrakəsi qələbəsi kimi yer tuturdu. 
N.N.Semyonov (1956, kimyəvi zəncirvari reaksiyaların tədqiqi), L.D.Landay (1962, maye helium nəzəriyyəsi), 
N.Q.Basov və A.M.Proxorov (1964, ilk kvant generatoru – mazerin yaradılması) Nobel mükafatı laureatı oldu. 
SSRİ-də ilk atom elektrik stansiyası (1964) istifadəyə verildi, dünyada ən güclü proton sürətləndirici xofazotron 
quraşdırıldı (1957). Alim və konstruktor S.P.Korolyovun rəhbərliyi altında raket texnikası işlənib hazırlanırdı. 
1957-ci ildə Yer kürəsinin orbitinə ilk süni peyk çıxarıldı. 1961-ci il aprelin 12-də Y.A.Qaqarin kosmosa ilk 
dəfə insanın uçuşunu nümayiş etdirdi. 
 
 
2.5.10. Durğunluq dövründə rus mədəniyyəti 
 
Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi K.M.Simonov qalır, o "Dirilər 
və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" 
(1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 
1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. 
Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğ-
unluq" dövründə yazılmış  əsərlərin  əksəriyyəti yalnız "Yenidənqurma" illərində  işıq üzü gördü. Durğunluq 
illərində sovet mətbuatı artıq Soljenitsının  əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet 
rəhbərliyini olduqca əsəbiləşdirirdi. 1969-cu ildə onu Yazıçılar İttifaqından xaric edirlər. Xaricdə dərc edilmiş 
"QULAQ arxipelaqı" romanına görə 1970-ci ildə yazıçı Nobel mükafatına layiq görüldüyündən, onu ölkədən 
qovurlar. 
Təsviri sənətə  də  rəhbərlik mənasız qadağalar və müvəqqəti mülayimlik arasında mövcud olan nisbi 
tarazlıq üzərində qurulmuşdu. Belə ki, 1974-cü ildə Moskvada 24 avanqardçı  rəssamın  əsərləri nümayiş 
etdirilən sərgi sentyabrın 15-də darmadağın edilir ("buldozer ağzı ilə üzləşən sərgi"), lakin artıq sentyabrın so-
nunda bu hadisənin ictimai rəydə yaratdığı güclü mənfi təsirin  şahidi olan hakimiyyət rəsmiləri elə  həmin 
avandarqçıların iştirakı ilə başqa bir sərginin keçirilməyinə icazə verirlər. Uzun illər boyu təsviri sənətdə sosial-
ist realizminin hökmranlıq etməyi nəticəsində sovet tamaşaçı kütlələrinin bədii mədəni zövqü tənəzzülə uğrayır, 
onlar gerçəkliyin  əsl mənada, hərfi inikasından azacıq mürəkkəb olan şeyləri qavramaq iqtidarını itirir. 70-ci 
illərin sonunda portretçi-rəssam olan, "fotoqrafik realizm" üslubunda çalışan Aleksandr Şilov böyük şöhrət 
qazanır. 
Böyük surətlə kino inkişaf edir. Ədəbi klassika ekranlaşdırılır. Ölkə kinematoqrafçılarının inkişafında 
Sergey Fyodoroviç Bondarçukun əzəmətli "Hərb və sülh" bədii filmi (1965-1967) olduqca mühüm hadisə olur. 
Məzhəkə filmləri də  çəkilir. 1965-ci ildə ekranlara ifrat dərəcədə  şöhrət qazanmış "I əməliyyatı" filmi (rej. 
L.İ.Qayday) çıxır, Qaydayın Şurik, Qorxaq, Əbləh, Çoxgörmüş kimi kino qəhrəmanları ümumxalq sevimlilərinə 
çevrilir. Rejissorun sonralar çəkdiyi filmlər ("Qafqaz əsiri" 1967, "Brilyant əl" 1969, "İvan Vasilyeviç peşəsini 
dəyişir" 1973) hər dəfə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. E.A.Ryazanov yüngül, məzəli məzhəkələr 
çəkir, onlardan bir çoxu (məsələn, "Taleyin kinayəsi, yaxud həmişə  təmizlikdə" 1976) hələ bu gün də öz 
əhəmiyyətini itirməyib. Melodram mövzusunda çəkilən filmlər də böyük nüfuza malik idi, bu filmlərin 
qəhrəmanları  fərdi, ailə  həyatının mürəkkəb burulğanında çapalayan müasirlərimiz, adi insanlar idi 
(G.N.Daneliyanın "Payız marafonu", E.A.Ryazanovun "İki nəfərlik vağzal", V.V.Menşovun "Oskar" 
mükafatına layiq görülmüş "Moskva göz yaşalrına inanmır" filmi), "Baharın on yeddi anı" (rej.T.M.Lioznova), 
"Görüş yerini dəyişmək olmaz" (S.S.Qovoruxin), "Səhranın bəyaz günəşi" (rej.V.Y.Motıl), "Şerlok Holmsun 
sərgüzəştləri" (rej.İ.F.Maslyonnikov) kimi kəskin süjetli əsərlər yaradılır. Lakin heç də bütün filmlər kütləvi 
prokata gedib çatmır. Uzun müddət A.A.Tarkovskinin kino əsərləri, məsələn, məşhur "Stalker" filmi geniş 
tamaşaçı kütləsi üçün naməlum qalır. 
60-70-ci illərin mədəniyyəti üçün Vasili Makaroviç Şukşinin (1929-1974) yaradıcılığı xüsusi əhəmiyyət 
kəsb edir. Şukşin tanınmış yazıçı, aktyor və kinorejissor idi. Ustadın hekayə, povest və filmlərində  qəribə, 
"əcaib" insan əks olunmuşdur, qəhrəmanın dünyanı həssaslıq, hətta ağrı ilə duyması oxucu, tamaşaçı üçün ətraf 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə