Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə234/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   ...   245

 
339
pressionizm cizgiləri rus pealizminin ənənələri ilə birləşir («Günbəz və qaranquşlar. Troitsa-Sergiy məbədinin 
Uspenye kilsəsi» 1921-ci il, «Kremlə daxil olmamışdan qabaq. Nikolski darvazası 2(15) oktyabr 1917-ci ildə», 
1926-cı il). 
İRRB rəssamlarının yaradıcılığında tarixi-inqilabi mövzular geniş yer tuturdu. Rəngkarlıqda 
«Leniniananın» yaradıcısı  İ.İ.Brodski idi. İdeoloji istiqamətindən asılı olmayaraq Brodskinin bəzi  əsərləri, 
şübhəsiz, yüksək bədii dəyərə malikdir («V.İ.Lenin Smolnıda» 1930). Brodski yaradıcılığı sovet incəsənətində 
rəsmi istiqaməti tərənnüm edir. Sovet döyüş səhnələrinin banisi M.B.Qrekov oldu («Taçanka» 1925-ci il, Birin-
ci Suvari Ordunun şeypurçuları, 1934-cü il). 
1924-cü ildə «Mavi qızılgül» və «İncəsənət aləmi» birliklərinin sabiq üzvləri «4 sənət» yaradıcılıq qrupu-
nu təşkil etdilər ki, buraya rəssam və qrafiklərlə yanaşı memarlar və heykəltəraşlar da daxil idi. Bu qrupun 
tərkibində görkəmli rəssam K.S.Petrov-Vodkin fəaliyyət göstərirdi. Bu rəssamın ilkin İntibah dövrü təsviri 
sənətinə  və  qədim rus ikona sənətinə aludə olması onun fərdi dəst-xəttinə böyük təsir göstərdi. Bu rəssamın 
yaradıcılığı üçün («Qırmızı atın çimməsi» 1912-ci il, «Komissarın vəfatı» 1928-ci il) cəsarətli kolorit seçmə 
səciyyəvidir. Ana mövzusuna həsr etdiyi əsərlərdə («Ana» 1915-ci il, «Petroqradda 1918-ci il», 1920) İsanın 
anası Məryəm surətinin təsiri duyulur. 
1925-ci ildə Moskvada VXUTEMAS-ın son kurs tələbələri «Dəzgahçılar cəmiyyətini» (OST) yaratdılar. 
Onun üzvləri məzmunsuz incəsənət  əleyhinə  çıxış edirdilər, eyni zamanda İRRB-nin  ənənəvi realizmini də 
qəbul etmirdilər. Hər ikisinə qarşı ifadə vasitələri impressionizmə yaxın olan, eyni zamanda plakat və ya 
əzəmətli təsvir janrını xatırladan «yeniləşmiş realizmi» irəli sürürdülər. OST-un parlaq nümayəndələri 
A.A.Deyneka idi («Petroqradın müdafiəsi» 1928-ci il). 
Vətəndaş müharibəsi, xarici işğal, ölkənin sonrakı  bərpası illərində ideoloji mübarizə aləti kimi plakat 
böyük şöhrət qazandı. Yığcam plakat qrafikası hətta savadsız adamın dərk etməsi üçün asan formada təşviqat 
aparmağa imkan yaradırdı. D.S.Moor (Orlov) görkəmli sovet qrafiki idi. Öz təsir gücünə görə heyrətamiz «Sən 
könüllü yazılmısanmı?» 1920-ci il və "Kömək et" (1921-ci il) plakatları ona məxsusdur. Özünü həm dahi şair, 
həm də istedadlı  rəssam kimi göstərmiş V.V.Mayakovski siyasi plakata çoxlu əmək sərf etmişdir. Başqa 
rəssamlarla (o cümlədən, Moorla) birgə Mayakovski «ROSTA (RTA-Rusiya teleqraf agentliyi) satira guşələri 
tərtib etmişdir. «RTA guşələrində» trafaret üsulu ilə çoxaldılan qrafik rəsmlərin və satirik şer formasında 
mətnlərin köməyi ilə  cəbhədə  vəziyyət haqqında  ən canlı  xəbərlər geniş kütlələrə çatdırılır, inqilabi təşviqat 
aparılırdı. 
Leninin 1918-ci ildə qəbul edilmiş əzəmətli təbliğat planı heykəltəraşlığın inkişafı üçün böyük əhəmiyyət 
kəsb edirdi. Bu plana uyğun olaraq bütün ölkədə yeni inqilabi dəyərləri təbliğ edən abidələr qoyulmalı idi. Bu 
işə N.A.Andreyev (sonralar heykəltəraşlıqda Leniniananın yaradıcısı), A.T.Matveyev, V.İ.Muxina kimi 
görkəmli heykəltəraşlar cəlb edilmişdi. İ.D.Şadr görkəmli sovet heykəltəraşı idi. 20-ci illərin əvvəlində o, yeni 
sovet dövrünün ümumiləşmiş tipaj surətlərini – «Kəndli», «Əkinçi», «Fəhlə», «Qızıl ordu əsgəri»ni yaratdı. 
20-ci illərdə memarlıqda konstruktivizm üslubu hökm sürürdü. Qərbdə məşhur memar Le Korbüzye kon-
struktivizmin qanunlarını işləyib hazırlamışdı. Vesnin qardaşlarının layihələri sovet konstruktivizm memarlığına 
nümunə gətirilə bilər. Onlardan ən əzəmətlisi – Əmək sarayı həyata keçməsə də ölkə memarlığının inkişafına 
mühüm təsir göstərdi. 
İnqilab nəhəng yaradıcı qüvvələri də kənar etdi. Bu, ölkənin teatr sənətinin inkişafında da özünü büruzə 
verdi. qocaman aktyor nəslinin fəaliyyəti davam edən  ənənəvi teatrla (M.N.Yermolova, A.M.Yujin, 
A.A.Ostujev, V.İ.Kaçalov, O.L. Knipper-Çexova) yanaşı yenilikçilik ruhu və yaradıcı axtarışla zəngin yeni inqi-
labi teatr meydana gəlir. V.E.Meyerxoldun rəhbərlik etdiyi teatr (hazırda Meyerxold adına teatr) üçün yeni 
səhnə ifadə formalarının axtarışı səciyyəvidir. Bu teatrın səhnəsində V.Mayakovskinin «Misteriya-buff» (1921), 
«Taxtabiti» (1929) və b. səhnələşdirilmişdi. Meyerxoldun tamaşaları üçün mənzərə zənginliyi, ictimai kəskinlik 
səciyyəvidir. MXAT-ın 3-cü studiyasının rejissoru Y.V.Vaxtanqovun teatrın inkişafında böyük əməyi olmuşdur: 
Kamera teatrının təşkilatçısı və rəhbəri, səhnə sənətinin islahatçısı A.Y.Tahirov idi. 
20-ci illərin mədəniyyət tarixində  ən  əhəmiyyətli və maraqlı hadisələrindən biri sovet 
kinematoqrafiyasının inkişafının başlancığı idi. Lenin geniş xalq kütlələrinə kinematoqraf vasitəsi ilə güclü təsir 
imkanlarının mövcudluğunu dərk etmişdi. O yazırdı: «Bizim üçün sənətlərdən  ən başlıcası kinodur». Plakatla 
yanaşı ideoloji mübarizə və təşviqatın ən təsirli alətinə çevrilmiş sənədli kino inkişaf etməyə başlayır. Sergey 
Mixayloviç Eyzenşteynin (1898-1948) «Zirehli Potyomkin gəmisi» filmi bədii film kinematoqrafiyasının 
inkişafında mühüm mərhələ olaraq (1925), dünya filmlərinin şah əsərləri sırasına daxil olur. 
 
 
2.5.7. 30-cu illərdə rus mədəniyyəti 
 
İnqilab illərində  və sonrakı dövrdə  mədəniyyətə böyük ziyan dəydi: görkəmli yazıçı, rəssam, alimlərin 
böyük hissəsi ölkəni tərk etməyə  məcbur oldu və ya məhv edildi. Memarlıq abidələri dağıdıldı: təkcə 30-cu 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
340
illərdə Moskvada Suxarev qülləsi, xilaskar Xristov məbədi, Kremldə Çudov məbədi, Qırmızı (Qızıl) darvaza və 
yüzlərlə adsız şəhər və kənd kilsələri məhv edildi, onların əksəriyyəti tarixi və bədii dəyərə malik idi.  
Eyni zamanda mədəni inişkafın bir çox sahələrində  əhəmiyyətli uğurlar qazanıldı. Buraya ilk növbədə 
təhsil sahəsi aiddir. Sovet dövlətinin planlı  səylərinin nəticəsində Rusiya əhalisinin savadlı hissəsi durmadan 
genişlənirdi. 1939-cu ildə RSFSR-də savadlıların sayı artıb 89% təşkil edirdi. 1930/31-ci dərs ilindən başlayaraq 
icbari ibtidai təhsil tətbiq edilirdi. Bundan başqa, 30-cu illərdə sovet məktəbi tədricən özünü doğrultmamış bir 
çox inqilabi yeniliklərdən imtina etdi – sinif-dərs sistemi bərpa olundu, «burjua» proqramları kimi xaric edilmiş 
fənlər (ümumi və Vətən tarixi ilk növbədə) cədvəldə yerini tutdu. 30-cu illərin əvvəlindən başlayaraq texniki-
mühəndis, kənd təsərrüfatı və pedaqoji kadrlar hazırlamaqla məşğul olan tədris müəssisələrinin sayı sürətlə artır. 
1936-cı ildə ali təhsil üzrə Ümmittifaq komitə yaradılır.  
Ədəbiyyatda  vəziyyət  əhəmiyyətli surətdə  dəyişir. 30-cu illərdə azad yaradıcı  dərnək və qrupların 
mövcudluğuna son qoyulur. ÜİK(b)P MK-nın 1932-ci il 23 aprel tarixli «Ədəbi-bədii təşkilşatların yenidən 
qurulması haqqında» qərarına  əsasən RAPP ləğv edilir. 1934-cü ildə sovet yazıçılarının I ümumittifaq 
qurultayında «Yazıçılar İttifaqı» təşkil olunur və onun tərkibinə ədəbi fəaliyyətlə məşğul olanların hamısı daxil 
olmaq məcburiyyətində qalır. Yazıçılar İttifaqı hakimiyyətin yaradıcılıq prosesinə hərcəhətli nəzarət alətinə çe-
vrilir.  İttifaqın üzvü olmamaq mümkün deyildi, əks halda yazıçı  əsərlərini dərc etməkdən məhrum olurdu
habelə onu «müftəxor» kimi cinayət cəzasına məhkum etmək olardı. Bu təşkilatın özəyində M.Qorki durdu, la-
kin onun sədrliyi uzun sürmədi. Onun 1936-cı ildə vəfatından sonra bütün Stalin dövrü gedişində sədr vəzifəsini 
icra edən (1956-cı ildə  həyatına qəsd etmişdir) A.A.Fadeyev təyin edildi. Yazıçılar  İttifaqından başqa digər 
«yaradıcılıq» ittifaqları- «Rəssamlar  İttifaqı», «Memarlar İttifaqı», «Bəstəkarlar  İttifaqı» yaradıldı. Sovet 
incəsənətində yeksənəklik dövrü başlandı. 
Təşkilati unifikasiyanı (vahid şəkilə salınmanı) həyata keçirmiş Stalin rejimi üslubi və ideoloji unifika-
siyaya da girişdi. 1936-cı ildə «formalizm haqqında mübahisə» vüsət aldı. «Mübahisənin» gedişində estetik 
müddəaları «sosialist realizmindən» fərqlənən yaradıcı ziyalı təbəqənin nümayəndələrini kobud tənqid vasitəsi 
ilə gözümçıxdıya saldılar. Simvolistlər, futuristlər, imajinistlər və başqaları  təhqiramiz hücum qasırğasının 
təzyiqinə  məruz qaldılar. Onları «formalist oyunbazlıqda» ittiham edir, sübut etməyə çalışırdılar ki, onların 
incəsənəti sovet xalqına lazım deyil, həmin incəsənətin kökləri sosializmə düşmən olan dayaqlara əsaslanır. 
«Yadların» siyahısına bəstəkar D.Şostakoviç, rejissor S.Eyzenşteyn, yazıçılar B.Pasternak, Y.Oleşa və başqaları 
daxil edilmişdi. Mətbuatda «Musiqi əvəzinə qarma-qarışıqlıq», «Balet uydurması», «cızma-qaraçı  rəssamlar 
haqqında» başlıqları altında məqalələr dərc edildi. Əslində «formalizmlə mübarizənin» məqsədi hakimiyyətə 
nökərçilik etməyən istedadları məhv etmək idi. Bir çox incəsənət xadimləri repressiya qurbanları oldu.  
Yuxarıda qeyd edildiyi kimi ədəbiyyatda, təsviri sənətdə və incəsənətin digər növlərində «sosialist realiz-
mi» adlanan üslub hakim mövqe tutdu. Bu üslubun əsil realizmlə cüzi oxşarlığı var idi. Zahiri «sima 
bənzəyişinə» baxmayaraq o, həqiqi gerçəkliyi  əks etdirmirdi, rəsmi ideologiya nöqteyi-nəzərindən olacağı 
gerçəklik kimi qələmə verirdi. Kommunist əxlaqının ciddi çərçivəsi hüdudlarına cəmiyyətin tərbiyə edilməsi 
vəzifəsi incəsənətin boynuna qoyulmuşdu.  Əməkçi ruh yüksəkliyi Lenin-Stalin ideyalarına sədaqət, bolşevik 
prinsipiallığı - o dövrün rəsmi incəsənt əsərlərinin qəhrəmanlarının həyatının məzmunun təşkil edirdi. Əslində 
gerçəklik qat-qat mürəkkəb idi və bütövlükdə təntənə ilə elan edilən idealdan uzaq idi. 
Sosialist realizminin ideya çərçivəsinin məhdudluğu sovet ədəbiyyatının inkişafında ciddi maneəyə çe-
vrildi. Buna baxmayaraq 30-cu illərdə rus mədəniyyəti tarixində yer almış bir neçə görkəmli əsər meydana gəlir. 
Həmin illərin rəsmi ədəbiyyatının ən iri miqyaslı siması Mixail Aleksandroviç Şoloxov (1905-1984) idi. Onun 
ən görkəmli əsəri Birinci dünya müharibəsi və vətəndaş müharibəsi illərində Don kazaklarından bəhs edən «Sa-
kit Don» romanı idi. «Oyanmış torpaq» romanı Don boyunda kollektivləşməyə həsr edilmişdir. Zahirən sosialist 
realizmi sərhədlərindən kənara çıxmayan Şoloxov baş vermiş hadisələrin həcmli surətini yaratmağa, inqilabdan 
sonra Don boyu kazaklar arasında vüsət almış qardaş qırğını faciəsini göstərməyə nail oldu. Sovet tənqidçiləri 
Şoloxovun şöhrətini göylərə ucaltmışdı. Onun ədəbi fəaliyyəti Dövlət və Lenin mükafatlarına layiq görülmüş, 
ona iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, SSRİ EA-na həqiqi üzv seçilmişdi. Şoloxovun yaradıcılığı 
ümumdünya nüfuzu qazandı – yazıçı xidmətlərinə görə Nobel mükafatına (1965) layiq görüldü. 
Otuzuncu illərdə M.Qorki öz son roman-epopeyası olan «Klim Samginin həyatı»  əsərini tamamlayır. 
L.M.Lernovun nəsr əsərləri üçün («Oğru» 1927-ci il, «Sot» 1930-cu il) məcazilik, fəlsəfi dərinlik səciyyəvidir. 
«Polad necə bərkidi» romanının (1934) müəllifi N.A.Ostrovskinin yaradıcılığı olduqca böyük nüfuza malik idi. 
Əsər Sovet hakimiyyətinin təşəkkül tapmasına həsr edilmişdi.  Əsərin baş  qəhrəmanı Pavka Korçagin yanar 
qəlbli komsomolçu nümunəsi idi. N.Ostrovski yaradıcılığında sovet ədəbiyyatının tərbiyəvi vəzifəsi özünü 
büruzə verdi. ideal personaj olan Pavka sovet gənclərinin geniş kütlələri üçün həyatda nümunə oldu. 
A.N.Tolstoy sovet tarixi romanının klassiki oldu ("I Pyotr" 1929-1945-ci il). İyirminci-otuzuncu illər uşaq 
ədəbiyyatının çiçəklənmə dövrüdür. K.İ.Çukovskinin, S.Y.Marşakın, A.P.Qaydarın, S.V.Mixalkovun, 
A.L.Bartonun, V.A.Kaverinin, L.A.Kassilin, V.P.Katayevin əsərlərini sevə-sevə oxuyan adamlarının bir neçə 
nəsli böyüyüb boya çatmışdır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə